Prezident təqaüdçüsü:
“Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib”
Bakı Ali Neft Məktəbinin
(BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin
“BANM-in Prezident təqaüdçülərinə 10 sual”
layihəsində sualları BANM-in Kimya mühəndisliyi
ixtisasının I kurs tələbəsi Fatimə Abdinli
cavablandırır.
- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən, Abdinli Fatimə Surxay qızı, 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbdə əla qiymətlərlə oxumuşam. Builki qəbul imtahanında iştirak edərək Bakı Ali Neft Məktəbinə daxil olmuşam. İxtisasım kimya mühəndisliyidir.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- İmtahanlardan öncə qarşıma məqsəd qoymuşdum. Çünki həmişə Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olmuşam və məqsədimə çatmaq üçün, bəzən asan olmasa da, çox çalışmışam.
Nə qədər
bal topladınız və niyə məhz BANM-i seçdiniz?
- 695 bal toplamışam. Azərbaycanda “bir nömrə” olan Bakı Ali Neft Məktəbində təhsil yüksək səviyyədə olduğu üçün mən də məhz bu universiteti seçdim. Bu ali təhsil ocağına daxil olmaq mənim məqsədim idi.
- Ailənizin
oxumağınızdakı rolu haqqında
nə demək istərdiniz?
- Ailəm mənə bütün verdiyim qərarlarda hər zaman dəstək olub və arxamda dayanıb. Buna görə də mən həmişə ailəmə minnətdaram.
- Ən böyük arzunuz nədir?
- Müxtəlif ölkələrə səyahət etmək, müxtəlif yerləri gəzmək, şəhərləri görmək, hər bir ölkənin maraqlı yerlərində olmaq ən böyük arzumdur.
-
İxtisasınız haqqında nə demək istərdiniz?
- İxtisasım kimya mühəndisliyidir. Bu ixtisas Azərbaycanda çox inkişaf edib və mənim də bu sahəyə böyük marağım var. Gələcəkdə bu sahə üzrə yüksək ixtisaslı mütəxəssis olacağıma inanıram.
- Hobbiniz
nədir?
- Dərsdənkənar vaxtlarımda velosiped sürmək və kitab oxumağı xoşlayıram.
- Başqa
hansı maraqlarınız var?
- Futbol ilə maraqlanıram.
- Hansı janrda kitabları oxuyursunuz?
- Detektiv janrında olan kitabları oxumağı sevirəm.
Nigar
Palitra.-2017 7 yanvar.-S.15.