İKT sərgisi mühüm nəticələri ilə yadda qaldı

 

Ölkədə informasiya kommunikasiya texnologiyaları ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Ötən il ərzində bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılıb. Həmin tədbirlər sırasında Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları “Bakutel-2016” sərgisi öz möhtəşəmliyi ilə yadda qaldı. Sərginin nəticələrinə baxdıqda həm ölkəmiz, həm beynəlxalq səviyyədə geniş əks-səda doğurdu. Layihəmiz İKT-nin inkişafı ilə bağlı olduğu üçün bizbu böyük sərginin nəticələrini oxuculara təqdim edirik:

 

200 şirkət öz məhsulunu təqdim etdi

 

Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları “Bakutel-2016” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin çıxış etdiyi sərgidə dünyanın 18 ölkəsini təmsil edən 200 şirkət iştirak edirdi. Prezident İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi tədbirin yüksək statusunu göstərirdi. Qeyd edək ki, “Bakutel” sərgisi İT məhsul və xidmətlərin təqdim edildiyi əsas platforma kimi beynəlxalq biznes platforması statusu qazanıb. Builki sərgi Azərbaycanda İKT sahəsinin inkişaf tempini inandırıcı şəkildə əks etdirirdi. Sərgi üzrə VİP turda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Houlin Çjao, Belarus Respublikasının rabitə və informasiya naziri Sergey Popkov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Çinin sənaye və informasiya nazirinin müavini Çjin Şubo, Qazaxıstan Respublikasının informasiyakommunikasiya nazirinin müavini Alan Ajibayev, “China Telecom” şirkətinin Mərkəzi Asiya üzrə Baş direktoru Sia Vey və başqaları iştirak edirdilər. Yüksək rütbəli qonaqlar sərginin əsas stendlərini, müxtəlif ölkələrin milli pavilyonlarını ziyarət etdi, İT məhsul və xidmətlərinin nümayişinin miqyas və səmərəliliyini müsbət qiymətləndirdilər. “Bakutel- 2016” sərgisinin iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alırdı. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirdi. Azərbaycanda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, BelarusunBeltelecomkimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom” və “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var idi.

Sərginin ekspozisiyası bir sıra seqmentləri əhatə edirdi: telekommunikasiya və şəbəkələr, kabelsimsiz rabitə, peyk rabitə və texnologiyaları, İT və ofis texnologiyaları, 4-5G mobil texnologiyalar, informasiya təhlükəsizliyi, kosmik texnologiyalar. Yaxın gələcəkdə yüksək texnologiyalar sənayesinin inkişafını sərgidəki yeniliklər - insanların gündəlik həyat və məişətini yüngülləşdirən müxtəlif qacetlər, eləcə də İT və kiber-hücumlardan müdafiə sahəsində təhlükəsizlik üzrə yeni texnologiyalar və bir sıra digər məhsullar əks etdirirdi.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunan milli pavilyonların fəal iştirakı artıq “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il Avstriya, Belarus, İran, İtaliya, Niderland Krallığı, Pakistan, Sloveniya, Türkiyə, XorvatiyaFransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətlərini, innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərin təqdimatlarını nümayiş etdirirdilər.

Rabitə və Yüksək Texnologiyalar NazirliyiBakutel- 2016” sərgisinə rəsmi dəstək verirdi. İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətləri, həyata keçirdiyi layihələri təqdim olunurdu. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imzainfrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunurdu. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllərlə tanış olmaq mümkün idi.

 

Sərgi mühüm tədbirlərlə yadda qaldı

 

Qeyd edək ki, sərgi çərçivəsində bir sıra tədbirlər keçirildi. Belə ki, “Bakutel- 2016” sərgi-konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı təşkil olundu. Toplantıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Zhao iştirak edirdi.

“Bakutel-2016” sərgisi çərçivəsində reallaşan tədbirlərdən biri də “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans oldu. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə “Bakutel-2016” sərgisi çərçivəsində keçirilən “Əşyaların İnterneti. Növbəti nəsil” adlı konfransdaHuawai”, “SAP”, “Microsoft” və “Ciscokimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak edirdi.

"Bakutel-2016" Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində keçirilən tədbirlərdən biriÜmumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli İşçi Qrupun 4-cü iclası oldu. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın rabitə administrasiyalarının, həmçinin RRB-də müşahidəçi statusuna malik olan Əfqanıstan, Bolqarıstan, Latviya, Litva, Sloveniyanın rabitə administrasiyalarının, "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı və "EUTELSAT" hökumətlərarası təşkilatının nümayəndə heyətləri iştirak edirdi.

 

Ölkəmiz layiqincə təmsil olundu

 

Həmin sərgidə ölkəmiz layiqincə təmsil olundu və kifayət qədər yerli şirkət iştirak etdi. Sumqayıt Texnologiyalar Parkı (STP) “Bakutel-2016” sərgisində yeni məhsullarını nümayiş etdirirdi. Bundan başqa, “Bakcell” şirkəti XXII Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları (Bakutel-2016) sərgisində özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirdi. Digər stend ölkəmizə məxsus ilk regional Data Mərkəzi ilə bağlı oldu. TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmışbuludtexnologiyası əsasında regionda ilk olan Data Mərkəzi idi.

Azerkosmos” ASC-nin stendinə gəldikdə isə ziyarətçilərə məlum oldu ki, ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya 14 radio kanalı yayımlanır.

Sərgidə nümayiş olunan stendlərdən biri Azərpoçt”un stendi idi. Bu qurumun 2 ofisiŞəbəkəüçün rekonstruksiya edilib bu mərkəzlərdə istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb. Telekommunikasiya poçt xidmətlərindən başqa, aviabiletlərin satışının təşkilinin nəzərdə tutulduğu bu mərkəzlərdə vətəndaşlara yüksək xidmət göstərilir.

 

Sərgini dünya mətbuatı işıqlandırdı

 

“Bakutel–2016” sərgidi bir sıra dünya mətbuatında geniş şəkildə işıqlandırıldı. Prezident İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanıEuronewstelekanalına müsahibə verib. Euronewstelekanalı dövlətimizin başçısının müsahibəsi “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb. “Bakutel–2016”-ya həsr olunan digər məqalə İtaliyanınL’opinioneqəzetində jurnalist Domeniko Letisiyanın müəllifi olduğuYüksək texnologiyalar dünyası Bakıda görüşüradlı məqalə dərc edildi. Bundan başqa, “Bakutel-2016” sərgisi Türkiyənin bir sıra KİV-lərində geniş işıqlandırıldı. Onlardan biri kimi “haberler.com” saytı “Bakutel-2016” sərgisinə geniş yer ayırdı.

 

Sərgi çərçivəsində müqavilələr imzalandı

 

Onu da qeyd edək ki, sərginin nəticələrindən biri kimi bir sıra mühüm müqavilələrə imza atıldı. Belə ki, "Bakutel 2016" sərgi-konfransı çərçivəsində Rabitə Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarusun "Geoinformasiya idarəetmə sistemləri" holdinqinin idarə şirkəti "AGAT-idarəetmə sistemləri" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzi, "Türkiyə elmi texnoloji araşdırma qurumu informatika məlumat təhlükəsizliyi yüksək texnologiyalar üzrə araşdırma mərkəzi (TÜBİTAK BİLGEM)" "Hava Elektronik Sanayi ve Ticaret A.Ş. (HAVELSAN)" şirkətləri arasında da Anlaşma Memorandumu imzalandı. Sərgi çərçivəsində həmçinin "Elektron hökumət" portalının Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalandı.

 

Nigar Abdullayeva

Palitra.- 2017.- 10 yanvar.- S.11.