2017-ci il “İslam Həmrəyliyi İli” elan edildi
Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycanda
“İslam Həmrəyliyi İli”
elan edilməsi haqqında
sərəncam imzalayıb.
Azərbaycan uzun əsrlərdən bəri
İslam sivilizasiyasının
əsas mərkəzlərindən
biri olmuşdur. O, İslam
dininin yayılmasında
və
eyni zamanda Müsəlman
İntibahının bərqərar olmasında
mühüm rol oynamışdır. Bütün bunlar
Azərbaycan
ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü
ildə
tikilən
Şamaxı Cümə məscidi
və
ölkəmizin
muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.
Dinlə bağlı sərt qadağaların
mövcud olduğu sovet dövrü Azərbaycanında
cəmi
17 məscid
fəaliyyət göstərdiyi
halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu
tarixi-mədəni abidə
kimi qorunur. Azərbaycan
dövlətinin
İslam dini dəyərlərinə
qayğısı sayəsində son illər
ərzində İslam mədəniyyətinin
qiymətli
abidələrindən Bibiheybət,
Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və
Gəncə şəhərindəki “İmamzadə”
kompleksi əsaslı şəkildə yenidən
qurularaq təmir olunmuş,
ölkəmizin
paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər
məscidi
inşa edilmişdir.
Azərbaycan Respublikası
İslam Əməkdaşlıq Təşkilatının,
İSESKO-nun, həmçinin
müsəlman
ölkələrini birləşdirən digər
mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı
münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm
mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin,
mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun
qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə
böyük töhfələr vermişdir.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz
2009-cu ildə
Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin
İslam mədəniyyətinin
paytaxtı elan olunmasında öz ifadəsini
tapmışdır. IV
İslam Həmrəyliyi Oyunlarının
2017-ci ildə
Bakı şəhərində
keçirilməsi
ilə
bağlı qərar isə
ölkəmizin
İslam həmrəylinin möhkəmləndirilməsi
sahəsində növbəti
əməli addımlar atması üçün əlverişli şərait
yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin
32-ci bəndini
rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin
möhkəmləndirilməsini təmin
etmək
məqsədi ilə
qərara
alıram:
1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan
Respublikasında “İslam
Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
Palitra.-2017.- 11 yanvar.-
S.3.