“Aprel döyüşlərinda
həlak olanların ailələrinə, yaralananlara
25 min manat məbləğində
yardım göstərilib”
Fövqəladə
Hallar Nazirliyi (FHN)
işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin növbəti Plenumu keçirilib.
Əvvəlcə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun 2016-cı ildə görülən işlər barədə hesabatı dinlənilib. O bildirib ki, ötən il Həmkarlar İttifaqı tərəfindən ölkənin əlamətdar günlərində müxtəlif tədbirlər təşkil olunub. M. İsmayılov 2016-cı ilin aprel döyüşləri zamanı ermənilərin iri çaplı silahlardan açdığı atəş nəticəsində FHN-nin Ağdam Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının yaralandığını deyib: “Biz yaralı əməkdaşımızı ziyarət etdik. Aprel döyüşləri zamanı həlak olanların ailələrinə, yaralananlara 25 min manat məbləğində maddi yardım göstərildi”.
M. İsmayılov qeyd edib ki, ötən il şahmat, daşqaldırma, çoxnövçülük, mini futbol, üzgüçülük, atıcılıq, səmti müəyyən etmə, yanğın xilasetmə, köpükvermə, voleybol, sərbəst güləş üzrə idman yarışları keçirilib: “2016-cı ildə ittifaq üzvlərinin müalicə və istirahəti də diqqət mərkəzində olub. Ötən il 1642 nəfərin istirahəti təşkil edilib. Müalicəyə ehtiyacı olan 148 nəfər sanatoriyalara göndərilib”.
Plenumda maliyyə
hesabatı da dinlənilib. Bildirilib ki, ötən il ayrılmış
vəsaitlər təyinatı
üzrə xərclənib.
Hesabatlar
səsə qoyulub və qəbul olunub.
Adil İsgəndərov adına Mədəniyyət
Evi işçilərinin
Həmkarlar İttifaqı
Komitəsinin ləğv
edilməsi barədə
qərar qəbul edilib. FHN işçilərinin
Həmkarlar İttifaqı
Gəncə Regional Mərkəzi
işçilərinin Həmkarlar
İttifaqı Komitəsinin
sədri Anar Filmanovun sədrlikdən çıxarılması məsələsinə
baxılıb və
o, sədrlikdən çıxarılıb.
Su Ehtiyatları Dövlət Agentliyi -
SEDAM MMC işçilərinin Həmkarlar İttifaqı
Komitəsi ləğv
edilərək Su Ehtiyatları
Dövlət Agentliyi
“Hidrotex” MMC işçilərinin
Həmkarlar İttifaqı
Komitəsinə birləşdirilib.
FHN aparat və qurumlarında fəaliyyət
göstərən bir
qrup həmkarlar ittifaqı komitəsi sədrlərinə birdəfəlik
maddi yardımın verilməsi, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının 2018-ci ildə keçirilməsi
nəzərdə tutulan
III qurultayına hazırlıqla
əlaqədar FHN işçilərinin
Həmkarlar İttifaqının
komitələrində hesabat-seçki
konfranslarının keçirilməsi
barədə da qərar qəbul olunub.
Tural
Palitra.-2017.-12 yanvar.-S.7.