İKT-nin inkişafı: uşaqların
internet mühitində təhlükəsizliyinin
necə təmin olunmalıdır?
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların internetdə təhlükəziliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəz yaradıla bilər
İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır. Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulub. Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir. Dövlət Proqramının məqsədinə nail olunması bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bu sahədə mühüm məsələlərdən biri də uşaqların internetdən istifadə edilməsi ilə bağlıdır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələyə toxunacağıq.
İnternetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çoxlu məlumatlar yayılır
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirilib. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev iclasın uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib. “İKT.az” bildirir ki, R.Əliquliyev internetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çox sayda məlumatın yayıldığını və onların təbliğatını aparan kontentlərin ziyanlı informasiya daşıyıcıları olduğunu bildirərək uşaqların internetin bu kimi təsirlərindən qorunması probleminin dünya səviyyəsində diqqət cəlb edən məsələlərdən olduğunu vurğulayıb. Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar haqqında danışan alim bu sahədə İngiltərədə “The Internet Watch Foundation” təşkilatının mühüm rola malik olduğunu söyləyib. Qeyd edib ki, bu kimi təşkilatlara daxil olan müraciətlər əsasında internetdə rast gəlinən təhlükələrə qarşı mübarizə aparılır. “Media orqanlarında mütəxəssislər tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılmalı və bu problem populyarlaşdırılmalıdır”, – deyə bildirən R.Əliquliyev ölkəmizdə bu sahədə mövcud olan problemlərin araşdırılmasına böyük ehtiyac olduğunu söyləyib. Alim müvafiq qurumlarla birgə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin önəmini vurğulayıb. R.Əliquliyev, həmçinin ölkəmizdə bununla bağlı atılacaq addımlardan biri kimi institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların internetdə təhlükəziliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəzin yaradılmasının vacibliyini önə çəkib. Alim qeyd edib ki, mərkəzdə əldə olunan məlumatların intellektual analizi bu problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edəcək.
“Uşaqlar üçün
daha yaxşı
internet”
Sonra institutun
Beynəlxalq əlaqələr
şöbəsinin əməkdaşı
Aysel Əliyeva “Uşaqlar üçün
daha yaxşı
internet” mövzusunda məruzə
ilə çıxış
edib. O, “Uşaqlar üçün
daha yaxşı
internet” layihəsinin “Insafe”
şəbəkəsi və
internet qaynar xətlərinin
Beynəlxalq Assosiasiyası
tərəfindən birgə
həyata keçirildiyini
bildirib. Avropa Təhlükəsiz İnternet
Mərkəzləri tərəfindən
“Insafe” yardım xətti, “Inhope” qaynar xətti, “Insafe” maarifləndirmə mərkəzləri kimi xidmətlərin göstərildiyini
söyləyən məruzəçi
Avropada 31 Təhlükəsiz
İnternet Mərkəzinin
və “Daha yaxşı İnternet” layihəsini yerli, milli və beynəlxalq
səviyyədə dəstəkləyən
2000-dən çox qurumun,
o cümlədən 90-dan çox
Təhlükəsiz İnternet
Günü komitələri
və dəstəkçilərinin
mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə,
Təhlükəsiz İnternet
Günü 9 fevral
2016-cı il tarixdə “Daha yaxşı İnternet üçün öz töhfəni ver” şüarı altında
beynəlxalq səviyyədə
qeyd edilib. Cari ildə bu tədbirin “Dəyişin: Daha yaxşı internet üçün
birləşin” şüarı
altında fevral ayının 7-də keçirilməsi
nəzərdə tutulub.
A.Əliyeva, həmçinin Təhlükəsiz İnternet
Günündə həyata
keçirilən tədbirlər
haqqında məlumat verib. Qeyd edib ki, bu
gündə mediada maarifləndirmə işləri
aparılır, xüsusi
televiziya proqramları,
uşaqlar üçün
yarışlar, bu sahədə aparıcı
şəxslər, xüsusilə
valideynlər, şagirdlər,
tədqiqatçılar və
mütəxəssislərlə görüşlər təşkil
olunur, onlayn təhlükəsizlik sahəsində
əldə olunan araşdırmaların nəticələri
nəşr olunur və s. işlər həyata keçirilir. Sonda A.Əliyeva Birləşmiş
Krallıq və Rusiyanın Təhlükəsiz
İnternet Mərkəzləri,
Qazaxıstan Təhlükəsiz
İnternet Günü
Komitəsinin fəaliyyəti
haqqında məlumat verib. Ölkəmizdə də bu komitənin yaradılması
ilə bağlı tədbirlərin görüldüyünü
diqqətə çatdırıb.
Məruzə ətrafında
gedən müzakirələrdə
institutun direktor müavini, texnika üzrə fəlsəfə
doktoru, dosent Rəşid Ələkbərov,
institutun şöbə
müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə
Məmmədova, şöbə
müdirləri, texnika
üzrə fəlsəfə
doktoru, dosentlər Yadigar İmamverdiyev və Firudin Ağayev, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə
doktoru, dosent Şəfəqət Mahmudova
çıxış edərək
sual və təkliflərini səsləndiriblər.
“Horizon
2020” proqramında İKT ən
əhəmiyyətli sahələrdən
biridir
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun Beynəlxalq
əlaqələr şöbəsinin
müdiri, texnika üzrə fəlsəfə
doktoru Vüqar Musayev Elmi şurasının
iclasında “Horizon 2020” proqramı
haqqında danışıb. O, proqramın
əsas məqsədinin
Avropa İttifaqının
elm, texnologiya və innovasiya sahəsində mövqeyini möhkəmləndirməkdən
ibarət olduğunu qeyd edib. Bildirib ki,
elmdə mükəmməllik,
sənayedə liderlik
və sosial məsələlər layihənin
prioritet istiqamətləridir.
“H2020”-də informasiya-kommunikasiya
texnologiyalarının ən
əhəmiyyətli sahələrdən
biri olduğunu deyən məruzəçi
bu istiqamətdə mövcud olan layihələrdən danışıb.
İKT və sənayedə
liderlik çərçivəsində
qabaqcıl hesablama texnologiyaları və
“Cloud Computing”, gələcəyin interneti, kontentlə bağlı texnologiyalar, əşyaların İnterneti
kimi istiqamətlərdə
müxtəlif layihələrin
həyata keçirildiyini
bildirib. Onun sözlərinə görə, son 2 ildə
“H2020” proqramına Avropa
İttifaqı ölkələrindən
275,841 müraciət qeydə
alınıb. V.Musayev həmçinin
“H2020”-yə müraciət
və bu proqramda iştirakla bağlı önəmli veb-saytlar, o cümlədən
layihə nümunələri
haqqında məlumat verib. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev məruzənin əhəmiyyətini
qeyd edərək institut əməkdaşlarının
beynəlxalq elm aləminə
inteqrasiyası, tədqiqatların
yüksək səviyyədə
aparılması və
yeni əməkdaşlıq
əlaqələrinin qurulması
baxımından “Horizon 2020” proqramının geniş imkanlara malik olduğunu qeyd edib. AMEA prezidenti,
akademik Akif Əlizadənin Akademiya əməkdaşlarının bu
layihədə iştirakına
xüsusi önəm verdiyini bildirərək bütün alim və mütəxəssisləri
beynəlxalq qrant layihələrdə fəal
iştiraka səsləyib.
A.Miriyev
Palitra.-2017.-13 yanvar.-S.11.