“Banklar müştərilərə
kreditləri nağdsız formada verəcək”
“Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək”. Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib.
Onun sözlərinə
görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanunda
nəzərdə tutulub: "Müştəri
istədiyi qədər vəsait əldə edə bilər.
Əgər müştəri vergi ödəyicisi
olmayan fiziki şəxsdirsə,
vəsait nağdılaşdırılanda ondan
vergi tutulmayacaq. Əgər
müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa,
həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində
1%-lik sadələşdirilmiş vergi
tutmalıdır".
Tural
Palitra.-2017.-13 yanvar.-S.10.