“Hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə xüsusi hazırlıq keçməlidir”

 

İlham Əhmədov: “İKT bu gün elə bir sürətlə inkişaf edir ki, təhsil sistemi bu yeniliklə heç cür ayaqlaşa bilmir, inkişaf edərək heç cür ona çata bilmir

Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “IKT Mərkəzi”nin direktoru İlham Əhmədovla müsahibəni təqdim edirik

 

-Təhsilin informatlaşması nə dərəcədə pedaqoji elm sahəsidir?

-İnformasiya texnologiyalarının təhsil prosesində tətbiqi müasir pedaqoji elmin Təhsilin informatlaşması istiqaməti kimi formalaşıb. Son 25 ildə yarananintensiv inkişaf edən təhsilin informatlaşması elmi-praktik istiqaməti bizim respublikamızda da ciddi elmi araşdırmalar, praktik nailiyyətlər meydanı olmalıdır. Təhsilin informatlaşması tətbiqi informatikanın bir istiqaməti kimi informatikanın pedaqogikaya tətbiqi məsələlərini öyrənir. Bu səbəbdən təhsilin informatlaşmasına pedaqoji informatika da deyirlər (iqtisadi informatika, tibbi informatika, hüquqi informatikas. kimi). Pedaqoji elmlərin yeni sahəsi kimi təhsilin informatlaşmasının əsas anlayışlarından biri pedaqoji informasiyadır. Pedaqoji informasiya təlim-tərbiyə prosesini əks etdirən məlumatlar külliyyatı olub bu prosesin makromikro səviyyədə səmərəli idarə edilməsinə xidmət edir. Bu günə qədər pedaqoji informasiya anlayışı özlüyündə nə pedaqoji, nə də digər elmlər tərəfindən obyekt olaraq kifayət qədər öyrənilməmişdir. Bu mənada pedaqoji informasiya anlayışı xüsusi öyrənilməlidir (pedaqoji informasiyanın xüsusiyyətləri, təbiəti, strukturu, xassələri, təsvir formaları və onun qiymətləndirilməsi, işlənmə texnologiyası və s.).

Pedaqoji informatika - pedaqoji informasiyanın kompüterdə emalı proseslərini, bu əsasda təhsilin təşkili və idarə edilməsini öyrənən pedaqoji elminpedaqoji praktikanın yeni fəaliyyət sahəsidir. Şərti olaraq pedaqoji informatikanı 5 bloka bölmək olar: pedaqoji fəaliyyət alqoritmlərinin hazırlanması; alqoritmlər əsasında pedaqoji proqram vasitələrinin hazırlanması; pedaqoji prosesin proqram-aparat təminatının seçilməsi; pedaqoji proqram vasitələrindən təlim-tərbiyə prosesində istifadə metodikasının yaradılması; pedaqoji proqram vasitələrinin təhsilin təşkili və idarə edilməsinə tətbiqi.

-Təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikası necə yaradılmalıdır?

-Pedaqoji informatikanın mühüm məsələlərindən biri də təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikasının yaradılmasıdır. Əslində, təhsilin informatlaşması prosesinin bu mərhələsi həlledicidir, çünki ən keyfiyyətli PPV-lər belə, pedaqoji cəhətdən düzgün istifadə edilməsə, təlimin keyfiyyətinə kömək etmək əvəzinə ziyan vura bilər, bu halda bütün qoyulan vəsaitlər və zəhmət hədər gedər. Təhsilin informatlaşmasının bu həlledici mərhələsi fənlərin tədrisi metodikası, didaktikapedaqoji psixologiya ilə sıx əlaqəlidir. Pedaqoji elmin, o cümlədən pedaqoji informatikanın əsas məqsədlərindən biri informasiya texnologiyalarının təhsildə səmərəli tətbiqi metodikasını müəyyən etmək, bu sahədə qabaqcıl pedaqoji təcrübəni öyrənib yaymaqdır. Təlim-tərbiyə prosesində pedaqoji proqram vasitələrindən istifadə metodikasının yaradılması mərhələsində pedaqoq alim fənn üzrə metodistlə birgə fəaliyyət göstərir. Bütün bu amillər sübut edir ki, təhsilin informatlaşması pedaqoji elm sahəsidir, bu sahənin inkişafında pedaqoq alim və fənn üzrə metodistlərin mühüm yeri görünür.

-İKT-nin təhsildə tətbiqi sahəsində çatışmazlıqları kompleks şəkildə necə həll etmək olar?

-Təhsilin informatlaşması kimi qlobal əhəmiyyətli, mürəkkəb texnoloji problemin həlli bir sıra məsələlərin -təşkilati, texniki, elmi-metodik, layihələndirmə, kadr, maliyyə və s. kimi məsələlərin kompleks həllini tələb edir. Bu gün deyə bilərik ki, təhsilin informatlaşması problemi dünya təhsil təcrübəsində tarixən analoqu olmayan sistem problemdir. Bəşər tarixində heç bir təhsil yeniliyi, təhsil islahatı, təhsil innovasiyası bu qədər inqilabi dəyişikliklərə səbəb olmamış, bu qədər diqqət cəlb etməmiş, bu qədər investisiya tələb etməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, problemin ciddiliyi həm də onunla əlaqədardır ki, İKT bu gün elə bir sürətlə inkişaf edir ki, təhsil sistemi sahə bu yeniliklə heç cür ayaqlaşa bilmir, inkişaf edərək heç cür ona çata bilmir. Lakin İKT-nin təhsil sisteminə və ayrı-ayrı fərdlərin, qrupların, cəmiyyətin intellektual inkişafına, insan potensialının inkişafına, ölkələrin iqtisaditexnoloji sıçrayışına təsir imkanı nəzərə alınaraq bu problemin həlli ilə bütün sivil dünya ciddi məşğuldur, bu problemin elmi-praktik həllinə hər il milyardlarla dollar sərf edilir. Bu problemin həllindən asılı olaraq ölkələrin sabah informasiya cəmiyyətindəki beynəlxalq sistemdə hansı mövqedə durmaları müəyyən olunacaqdır. Qeyd edilən səbəblərdən təhsilin informatlaşması anlayışına konkret tərif vermək asan deyil. Bu sahə üzrə müxtəlif ədəbiyyatlarda belə cəhdlər olub. Lakin bu istiqamət elə bir sürətlə inkişaf edir ki, bu gün nisbətən mükəmməl görünən tərif az vaxt ərzində öz həqiqiliyini şübhə altına alır. Bu mənada təhsilin informatlaşmasını təsvir formasında izah etmək daha asan görünür.

Təhsilin informatlaşması məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəmməl layihələndirilmiş bir prosesdir. Təhsilin informatlaşması - təhsilin keyfiyyətini yüksəltmək məqsədi ilə İKT-nin intensiv tətbiqinə yönəlmiş tədbirlər külliyyatı olub təhsildə real vəziyyətin dəyişməsinə, təhsil sisteminin məzmun, formatexnoloji baxımdan təkmilləşməsinə xidmət edir. Bu səbəbdən təhsilin informatlaşması pedaqoji problemdir, pedaqoji praktikadır, pedaqoji elmdir. Bu sahəyə pedaqoji informatika, elektron pedaqogika da deyilir.

XX əsrin 80-ci illərində sovet məktəblərində təhsilin informatlaşmasının ilk mərhələsində bu məsələlərin həlli proqramçılara həvalə edilmişdi, bu təşəbbüs heç bir səmərə vermədi. Rusiya Federasiyasında 90-cı illərdə bu səhvdən nəticə çıxarıldı, bu proses artıq təhsil işçilərinə həvalə edildi, nəticəsi gözləniləndən də yüksək oldu. Bu gün Rusiya Federasiyasında təhsilin informatlaşması, distant təhsilin inkişafı istiqamətində çox ciddi nailiyyətlər qazanılmışdır. Təhsilin informatlaşmasını təhsil işçiləri reallaşdırmalıdır. Pedaqoji elmin bu yeni sahəsi üzrə xüsusi olaraq ixtisaslı kadrlar hazırlanmalıdır.

Təhsilin informatlaşması təhsil sferasında İKT-nin texnikitexnoloji imkanlarının səmərəli reallaşmasına yönələn elmi-pedaqoji, tədris-metodik, elmi-metodik tövsiyələrin hazırlanması metodologiyası, texnologiyası və praktikasıdır. Təhsilin informatlaşması müasir pedaqoji innovasiyaların nüvəsi olub əsas məqsədi praktik təhsil fəaliyyətini konkret vəzifələrin icrası və problemlərin həlli metodologiyası, texnologiyası və praktikası ilə təmin etməkdir.

-Bu sahədə kadr təminatı necə aparılmalıdır?

-Təhsilin informatlaşması kimi yüksək texnolojielmtutumlu, qlobal xarakterli problemin həlli, ilk növbədə kadr təminatı məsələsindən asılıdır. Artıq 25 ildir ki, bir çox ölkələrdə təhsilin informatlaşması kimi aktual sahə üzrə müxtəlif səviyyələrdə ixtisaslı kadr hazırlığı həyata keçirilir: bakalavr, magistr, əlavə təhsil, aspirantura, doktorantura pillələri üzrə kadrlar hazırlanır. Təhsilin informatlaşması kimi elmtutumlu, intensiv inkişaf edən, mürəkkəb spesifik məsələlərə dair ixtisas üzrə alimlər və xüsusi hazırlıq keçmiş mütəxəssislər məşğul olmalıdır. Təhsilin informatlaşmasının kadr təminatı məsələləri vaxtında həll edilmədiyinə görə problemi milli səviyyədə (respublika səviyyəsində), regional səviyyədə (Bakı şəhəri və ya digər şəhərlər səviyyəsində), hətta ayrıca götürülmüş təhsil müəssisəsi səviyyəsində (məktəb və ya universitet səviyyəsində) layihələndirə və icra edə bilən kadrlara bu gün ciddi ehtiyac yaranmışdır. Elmi istiqamət və praktik fəaliyyət sahəsi kimi təhsilin informatlaşması üzrə kadr hazırlığına başlamaq üçün, ilk növbədə cəmiyyətin informatlaşması şəraitində təhsil müəssisəsinin informatlaşmasını həyata keçirə bilən, təhsilin informatlaşmasının əsas istiqamətləri üzrə səriştəsi olan, öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi aspektlərinə yaxından bələd olan pedaqoji kadrların hazırlanmasının məzmunu və metodikası müəyyən edilməlidir.

Təhsilin informatlaşması prosesinin pedaqoji səmərə verməsi üçün hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə bilik və bacarıqlara dair xüsusi hazırlıq keçməlidir. Təhsilin informatlaşması üzrə kadr hazırlığı bir sıra şərtlərdən asılı olaraq (fənn müəlliminin ixtisasından, idarəetmə məsələlərinin həlli səviyyəsindən, təlim-tərbiyə prosesinin təşkilindən, təhsilin informatlaşması prosesinin texniki-texnoloji təminatı problemlərindən və s.) diferensial xarakter daşıyır.

Təhsilin informatlaşması üzrə kadr hazırlığı kompleks xarakter daşıyır, müvafiq olaraq psixoloji-pedaqoji, məzmun-metodik, dizayn-erqonomik, normativ-hüquqi, texniki-texnoloji aspektləri əhatə edir. Təhsilin informatlaşması üzrə kadr hazırlığı təhsil prosesinin iştirakçılarının (müəllimlər, təhsil müəssisəsinin rəhbərliyi, təhsilin informatlaşması prosesinin texniki-texnoloji təminatı prosesinin təşkilatçıları və s.) təhsilin bütün səviyyə və mərhələlərində İKT vasitələrindən sistematik istifadəsini nəzərdə tutur.

Təhsilin informatlaşması üzrə kadrlar hazırlanmasının kompleks, çoxprofilli və çoxsəviyyəli infrastrukturu yüksəkixtisaslı kadrların aspiranturadoktorantura pilləsindəki hazırlığını, ortaali peşə təhsilini, diplomdan sonra və əlavə təhsili nəzərdə tutur. Bu istiqamətlərdə keyfiyyətli kadr hazırlığı aparmaqla gələcəkdə respublikada təhsilin informatlaşmasını dünya standartları səviyyəsinə çıxarmaq olar.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-17 yanvar.-S.11.