Azərbaycan İKT üzrə regional mərkəzə çevrilir

 

Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaradıb

 

Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektualelmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilib. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT-ninkosmik sənayenin inkişafına toxunacağıq.

 

Dövlət Proqramının

məqsədi

Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə başçısının sərəncamı, həmçinin “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət proqramının təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına xüsusi zəmin yaratmışdır. Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusistrateji əhəmiyyəti ilə seçilir. Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsidir. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili, teleradio yayımı, yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlars. bu sahənin inkişafına geniş perspektivlər yaradacaq. Dünyada telekommunikasiya və İKT sektorunun çox böyük inkişafı peyk şəbəkələrinin rəqabət qabiliyyətinin artırılması istiqamətində əməli tədbirlərin görülməsini tələb edir. Bununla əlaqədar, kosmik sənaye kompleksinin perspektiv inkişafı üçün aşağıda qeyd edilənlər aktual hesab olunur:

- peyk rabitə və yayım xidmətlərinin daha cəlbedici olması və geniş əhali kütləsi üçün nəzərdə tutulması;

- orbitə yeni çıxarılan peyklərin rəqabət qabiliyyətinin artırılması;

- fiksasiya olunmuş peyk sistemləri peyklərinin kommersiya effektliliyinin artırılması;

- yeni peyklər vasitəsilə təqdim olunan xidmətlərin qiymətlərinin tənzimlənməsi;

-yeni peyklər vasitəsilə göstərilən xidmətlərin infrastrukturunun təkmilləşdirilməsi;

- peyk rabitə sistemlərinin yerüstü yayım xidmətləri ilə inteqrasiyasının genişləndirilməsi.

Peyk rabitəsi xidmətlərinin respublikada daha geniş və keyfiyyətli təşkili məqsədi ilə Azərbaycana məxsus peykin geostasionar orbitə çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunan və Fransanın “Arianespace” şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” raketdaşıyıcısı ilə orbitə buraxılan “Azerspace-1” peyki raket kosmodromdan qalxdıqdan təqribən 35 dəqiqə sonra raketin gövdəsindən ayrılıb. “Azerspace-1” peykiOrbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi “STAR-2” peyk platforması əsasında yığılıb. Telekommunikasiya peykinin və aşağıorbitli peyklərin idarə edilməsi məqsədilə Bakıda və Naxçıvanda inşa edilmiş, müasir standartlara uyğuntam təchizatlı əsas və ehtiyat yerüstü peyk idarəetmə mərkəzləri “Azerspace-1” peyki orbitə buraxıldıqdan sonra tam istifadəyə verilib. Peykin idarəsi və istismar edilməsi “Azərkosmos” ASC-də çalışan azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Müxtəlif yerlixarici ali məktəblərdə təhsil almış bu mütəxəssislər mütəmadi olaraq xarici ixtisasartırma kurslarında və müxtəlif təlimlərdə iştirak edir, texniki hazırlıq səviyyələrini artırmaq üçün daim aparırlar. “Azerspace-1” peykinin bir sıra üstünlüklər vəd edir. Bu sırada iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafını, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsini, yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsini, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasını, Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsini, Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsini qeyd etmək olar.

 

Əsas strateji məqsədlər

Dövlət Proqramında əsas strateji məqsədlər sırasında gələcək inkişaf üçün potensialın yaradılması, milliinformasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi, qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, peyk sistemləri, onların idarə edilməsi və istismarı, eyni zamanda kosmik sənayenin yaradılması və inkişafı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, kosmik sənaye sahəsinə investisiyaların cəlb edilməsinə şəraitin yaradılması, respublika ərazisinin peyk rabitəsi, radioteleviziya yayımı ilə təmin edilməsi, dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsini qeyd etmək olar. Eyni zamanda respublika ərazisində ətraf mühitin monitorinqitexnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi, respublikanın beynəlxalq kosmik proqramlarda iştirakına şəraitin yaradılması, kosmik sənayenin inkişafının təmin edilməsi, yerli istehsalın stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi, kosmik sənaye və peyk sistemləri sahəsində mütəxəssislərin hazırlanması və strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə monitorinqin aparılması da strateji məqsədlər sırasındadır. Respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar ilk mərhələdə kosmik sənayenin yaradılması məqsədi ilə hazır sistemlərin alınaraq geniş tətbiq edilməsi, effektivliyinin öyrənilməsi və ölkədə istehsalı üçün təkliflərin hazırlanması, kosmik avadanlıqların əsas hissələri xaricdən alınmaqla respublikada müxtəlif avadanlıqların yığılması və istehsalının təşkili, kosmik sənaye avadanlıqlarının istehsalının əsas profillərinin yerli bazasının yaradılması, kiçik peyklərin hazırlanması və orbitə çıxarılması üçün texnoloji potensialın yaradılması imkanlarının öyrənilməsi, və kosmik informasiyanın qəbulunun və emalının təşkil edilməsi nəzərdə tutulur. Milli kosmik sənayenin inkişafı məqsədilə qarşıdakı illərdə ölkənin daha bir neçə süni peykinin hazırlanaraq orbitə buraxılması nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də “Azərkosmos” ASC tərəfindən əməli fəaliyyət həyata keçirilməkdədir. Belə ki, cəmiyyət tərəfindən ölkədə kosmik müşahidə geoinformasiya xidmətləri sahəsinin yaradılması və inkişafı məqsədilə ilk aşağıorbitli yerin kosmosdan müşahidəsi peykinin ərsəyə gətirilməsi məqsədilə dünyanın bu sahədə ixtisaslaşmış şirkətləri ilə intensiv danışıqlar aparılır.

A.Miriyev

 

Palitra.-2017.-18 yanvar.-S.15.