Naxçıvana vəsait
ayrıldı
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev “Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında” sərəncam imzalayıb.
İstiPress-in xəbərinə görə, sərəncamda bildirilib ki, zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynayıb.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Qeyd edək ki, vəsait
Naxçıvan Muxtar Respublikasında
abadlıq-quruculuq işlərinin davam
etdirilməsini, habelə “Azərbaycan Respublikası
regionlarının 2014 – 2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata
keçirilməsini təmin etmək məqsədi ilə
ayrılıb.
Palitra.-2017.-13 yanvar.-S.3.