Data Mərkəzi region
səviyyəsində kompleks İT xidmətləri
göstərir
Data Mərkəzi həm respublikamızda informasiya
kommunikasiya texnologiyaları sahəsinin
inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal
informasiya məkanına
inteqrasiyasını sürətləndirəcək, innovasiyalara şərait yaradacaq
və dövrümüzün ən müasir texnologiyası hesab
olunan bulud
texnologiyalarının dövlət və özəl sektorlarda tətbiqinə
təkan verəcək
Ölkədə İKT-nin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artıb. Mobil sektor sürətlə inkişaf edib, 3G və 4G xidmətləri tətbiq olunub. İlk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilib, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilib və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Onlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı oldu. Qeyd edək ki, ölkə başçısı açılış mərasimində iştirak edib. Layihə çərçivəsində Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı oxuculara məlumat vermək istədik:
Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər təqdim edir
Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurumun inzibati binası ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Yeni binada əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binanın yerləşdiyi ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Qeyd edək ki, müasir dünya standartlarına cavab verən Data Mərkəzi TİER III beynəlxalq sertifikatına layiq görülüb. Mühafizə olunan obyekt statusuna malik Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. Fasiləsiz iş rejimində məlumatların təhlükəsizliyinin nəzarətlə tam təmin olunması, şirkətlərin konkret tələblərinə cavab verən, ehtiyac yarandıqda onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir. Bu isə öz növbəsində, şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığına öz töhfəsini verəcək.
Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Həmin Mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir. Mərkəz mobil şəbəkə üzrə daşınan mobil nömrələrə daxil olan zəngləri daşınmanı həyata keçirən operatorun şəbəkəsinə terminasiya edir, eləcə də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif tarif paketlərinin tətbiqi, silsilə servislərin idarə edilməsinə də təminat yaradır. Yeni Data Mərkəzi həm respublikamızda informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyalara şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektorlarda tətbiqinə təkan verəcək. Beləliklə, öz etibarlı və qüsursuz infrastrukturu ilə Data Mərkəzi regional informasiya mərkəzinə, Bakı isə regionun məlumat paytaxtına çevrilir. Yeni mərkəzlərin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyəti üçün ən müasir texnologiyalar və avadanlıqlar tətbiq edilib.
Data Mərkəzi nəzdində kompleks informasiya
texnologiyaları xidmətlərinin göstərilməsi “AzInTelecom” MMC-nin
başlıca fəaliyyət istiqamətləridir
Beynəlxalq Kommutasiya Mərkəzinin imkanlarına gəldikdə, bu sahə üzrə əldə edilmiş uğurlardan biri də trafik analizlərinin optimallaşdırılması məqsədilə ilə İP əsaslı kommutasiya platformasında beynəlxalq kommutasiya stansiyasının yaradılmasıdır. Beynəlxalq Kommutasiya Mərkəzi giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, analoq və ya rəqəmli kommunikasiya kanalında bir neçə siqnalın və ya sürət-bit axınının olduğu kimi verilməsini mümkün edir. Bu platformadan istifadə edərək əhali və biznes sektoru üçün səs, video, data, SMS və digər müxtəlif telekommunikasiya və multimedia xidmətlərinin göstərilməsi təmin olunacaq. Burada çoxlu sayda istifadəçinin kommunikasiya əlaqəsi TDM adlandırılan cihaz vasitəsilə yüksək sürətli lif əlaqələr üzərindən qarşı stansiyaya ötürülür ki, bu da son müştərinin heç bir maneəsiz, kəsintisiz, yüksək etibarlı xidmətlər almasına və əməliyyatlar aparmasına zəmin yaradır.
Qeyd edək ki, ölkə
başçısı həyata keçirilən dövlət
siyasətinin səmərəliliyinin artırılması üçün ölkəmizdəki bütün qurumlarda iş şəraitinin əsaslı surətdə
yaxşılaşdırılmasını və ən müasir standartlara
uyğunlaşdırılmasını prioritet
vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub.
Ən son elmi-texniki
yeniliklərə əsaslanan informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqinə xüsusi
diqqət yetirilir. “AzInTelecom”
Məhdud Məsuliyyətli Cəmiyyətinin iclas
salonunda ən son elmi-texniki yeniliklərə əsaslanan
avadanlıqlar geniş tətbiq olunub. Azərbaycan ilə xarici ölkələr arasında mübadilə
olunan beynəlxalq trafikin
analizi, ölkəmizə idxal
edilən telekommunikasiya vasitələrinin
sertifikatlaşdırılması və yeni
yaradılan Data Mərkəzi nəzdində
kompleks informasiya
texnologiyaları xidmətlərinin göstərilməsi “AzInTelecom” MMC-nin
başlıca fəaliyyət istiqamətləridir. Həmin
qurum tərəfindən tətbiq edilən
trafikin analizi xidməti
Azərbaycan ilə dünya ölkələri
arasında mübadilə olunan beynəlxalq
telekommunikasiya xidmətlərinin yüksək
keyfiyyətlə alternativliyinə təminat yaradır. Bundan başqa, həmin yenilik daha müasir xidmətlərin
göstərilməsi və həcminin artırılmasına da imkan verir.
İnformasiyaların idarə olunmasının düzgün
şəkildə təmin edilməsi günün
başlıca məsələlərindəndir. Bu prosesin təhlükəsiz
və sərfəli qiymətlərlə həyata
keçirilməsi də vacib şərtlərdəndir.
Bu baxımdan lazımi xidmətlərin cəmləndiyi
Data Mərkəzi mühüm
əhəmiyyət kəsb edir. Təqdirəlayiq
haldır ki, Cənubi Qafqaz
regionunun TİER III sertifikatlı yeganə
Data Mərkəzi Azərbaycanda fəaliyyətə
başlayıb. TİER III kateqoriyasının əsas
fərqləndirici xüsusiyyətlərinə mühəndis
altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma, ehtiyat enerji təminatı
sistemləri və ehtiyat telekommunikasiya
infrastrukturu daxildir.
Ən başlıcası, TİER III sertifikatlı Data Mərkəzinin bütün
hallarda işləmə səviyyəsi
99,982 faizə bərabərdir. Müştərilər
isə yalnız istifadə etdikləri resurslara
görə ödəniş edəcəklər. Şirkətlər,
digər iqtisadi qurumlar
bu Mərkəz vasitəsilə istədikləri
infrastruktur tipli xidmətlərlə
təmin olunacaqlar.
Nigar Abdullayeva
Palitra.-2017.-14 yanvar.-S.11.