Prezident təqaüdçüsü:
“Universitet seçərkən o qədər də çox
düşünmədim”
Bakı
Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr
şöbəsinin “BANM-in Prezident təqaüdçülərinə
10 sual” layihəsində sualları BANM-in Proseslərin
avtomatlaşdırılması mühəndisliyi
ixtisasının I kurs tələbəsi Ramil Hüseynov
cavablandırır.
-Zəhmət olmasa, özünüz
haqqında ətraflı məlumat verin.
- Mən, Hüseynov Ramil Ceyhun oğlu 2000-ci ildə Rusiya Federasiyasının Radujniy şəhərində anadan olmuşam. Ucar şəhər 2 nömrəli məktəbdə orta təhsil almışam. Qeyd edim ki, 7-ci sinfə qədər rus bölməsində, 7- ci sinifdən sonra isə Azərbaycan bölməsində oxumuşam. Orta məktəbi bitirib ali məktəblərə keçirilən qəbul imtahanından müvəffəqiyyətlə keçərək BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil oldum, Prezident təqaüdünə layiq görüldüm, hazırda I kurs tələbəsiyəm.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- Həmin vaxtlar, düzü, yorğun bir dövr idi.
Qarşıya məqsəd qoyub
bütün fikrimi oxumağa yönəltmişdim.
Bir qədər də gərgin dövr kimi yaddaşımda qalıb.
-Nə qədər bal topladınız və niyə məhz BANM-ı seçdiniz?
- Qəbul imtahanında 695 bal toplamışam. Əslində mən ali təhsil
almaq üçün
universitet seçərkən
o qədər də çox düşünmədim,
necə deyərlər,
seçici olmadım.
Dəqiq
elmlərə və texnologiya sahəsinə uşaqlıqdan marağım
var idi. Elə axtararkən də həmin ixtisaslar arasında ən yüksək keçid balı
olan BANM-i seçdim, amma hətta çox düşünsəydim də,
seçimim haqqında
çox fikirləşsəydim
belə, yenə BANM-i seçərdim.
- Ailənizin oxumağınızdakı rolu
haqqında nə demək istərdiniz?
- Əlbəttə ki,
ailəmin, xüsusilə
nənəm və anamın böyük rolu oldu. Mən bütün
fikrimi hazırlaşmağa
yönəltmişdim, demək
olar ki, dərs oxumaqdan başqa heç bir işlə məşğul olmurdum.
- Ən böyük arzunuz nədir?
- Mənim uşaqlıqdan ən böyük arzum ssenarist olmaq idi. Bu arzu hələ də bu günədək
mənim ürəyimdə,
fikrimdə qalıb.
- İxtisasınız
haqqında nə demək istərdiniz?
- Onu deyə bilərəm
ki, bu ixtisas
daha çox məntiq və yaradıcılıq tələb
edir. Fikrimcə, artıq gələcəkdə
bir çox peşə sahiblərinin robotlarla əvəz olunduğunu nəzərə
alsaq, bizim sahəmiz insan əməyi tərəfindən
edilən tək-tük
işlərdən biri
olacaq.
- Hobbiniz nədir?
- Musiqiyə qulaq asmağı xoşlayıram,
sosial şəbəkələrə
marağım böyükdür.
“Facebook” və
“Youtube”-da izlədiyim kanalların videolarına baxmağı
sevirəm.
- Başqa hansı maraqlarınız
var?
-Psixologiya, iqtisadiyyat və həvəskar səviyyədə fitness oyunu
maraq dairəmə aiddir.
-Hansı janrda kitabları oxuyursunuz?
-Demək olar ki, dərsliklərdən başqa kitab oxumuram.
Nigar
Palitra.-2017.-17 yanvar.-S.15.