Yazmaq yazıçının
missiyasıdır
“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı tanınmış yazar Varis Yolçuyevdir. Bu yazarı hər kəs Varis adı ilə tanıyır və gənclər əsərlərinə böyük maraq göstərir. Varis müəllim, bir neçə bədii əsərin müəllifidir. Hal-hazırda əsərləri ən çox oxunan müəlliflərdən biridir. Gəncliyindən bədii yaradıcılığa üz tutan Varis Yolçuyev qısa zamanda tanındı və sevildi. O, qələmi özünə dost seçərək bu yola davam edir.
Varis Yolçiyev
7 iyun 1966-cı ildə Sumqayıt şəhərində
anadan olub və
1990-cı ildə Bakı Dövlət Universitetinin
Filologiya fakültəsini bitirib.
"168 saat", "7 gün"
kimi qəzetlərdə
çalışıb. Xalq yazıçısı İsmayıl
Şıxlının təqdimatı ilə ilk
hekayələri "Ulduz"
jurnalında dərc edilib. 1990-cı illərdən
başlayaraq ədəbi mətbuatda digər
hekayələri işıq üzü görüb. İlk bədii
kitabı "Sonuncu ölən ümidlərdir"
2008-ci ilin noyabrında çap
olunub. Yazıçının
dünyanın 5 ölkəsində 17 kitabı işıq üzü görüb. Müxtəlif illərdə "İlin
ən yaxşı redaktoru"
adına,“Qızıl kəlmə” ədəbiyyatı və
"Dan ulduzu" ali jurnalistika mükafatlarına
layiq görülüb.
2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına
baş redaktor təyin
olunub. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio
Verilişləri" QSC-də (AzTV)
Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin
direktoru təyin edilib.
O, həmçinin
Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktoru olub. Azərbaycan Yazıçılar Birliyi,
Rusiya Yazıçılar
İttifaqının və
İWU (Beynəlxalq Yazıçılar
İttifaqı) təsisatının
üzvüdür.
-Varis müəllim, əsərləriniz
ölkə hüdudlarından
kənarda da oxunur. Gənclər əsərlərinizə böyük maraq göstərirlər. Ölkədə kitabları ən çox oxunan müəlliflərdən birisiz.
Sizcə,
bu nədən qaynaqlanır? Sizi gənclərə
sevdirən nədir?
-Birinci, yazıçı ən əvvəl öz oxucu auditoriyasını
tanımalı və istədiyini onların istədiklərinin gözünə
qatmalıdır. Əsas oxucu
auditoriyam gənclərdir.
Rahatlıqla gənclərin nə
ilə nəfəs aldıqlarını bilirəm.
İkinci, yəqin dünyada məhəlli ədəbiyyatçıların
daha çox sevildiyini bilirsiz. Yəni əvvəl
özümünkü, sonra
əcnəbi. Fatmanisə Londonda
baş verən hadisədən əvvəl
Yasamaldakı hadisə
ilə maraqlanar, düzdürmü? Bütün ümumbəşəri
ideyalar ümummilli ideyaların içindən
keçir, bu aksiomdur. Azərbaycanda sevilən romanlarımda
mental azərbaycançılıq var, hadisələr Azərbaycanda cərəyan
edir. Oxucu bəhs olunan
yerləri gözləri
önündən keçirə
bilir. Qəhrəmanların həyatlarını özünün və tanış-bilişlərinin həyatlarında
görə bilir.
Sonda deyə
bilərəm ki,
bestseller adlı yeni ədəbi janr yaranıb. Janrda yazıçı öncədən romanının
şöhrət qazanacağına,
yaxşı satılacağına
əmin olur. Janrın 5 qızıl qaydası var ki, onlardan
ən vacibi ilk andan oxucunu cəlb
edərək, əsəri
axıradək oxumağa
məcbur etməkdir.
-Kitab, müəllifi və qəhrəmanı yaşadan ən böyük sərvətdir.
Artıq
bir neçə kitabınız çap olunub. Sizi yazmağa nə
sövq edir? Bunun mənbəyi nədir?
Günün neçə saatını
yazmağa və oxumağa ayırırsız?
-Bəli, kitab mübaliğəsiz olaraq
ən böyük sərvətdir. Məncə, yazmaq yazıçının
missiyasıdır. Yazıçı divarın o biri üzünü, tavanın
üstünü, döşəmənin
altını görə
bilir. İlahi qüvvə yazıçıya
bir söz pıçıldayır, yazıçı
isə bu sözü minlərə,
milyonlara çatdırır.
Yazılarım beynimdə daim
qövr eyləyir.
Beynimdə əsəri tam hazırladıqdan
sonra vərəqlərə
köçürürəm. Yazıçı üçün yazmaq- onun mövcudiyyətidir.
O ki qaldı oxumağa, hər bir peşəkar yazar, eyni zamanda
yaxşı oxucu olur. Ədəbi prosesləri bilməyən,
ədəbiyyatşünaslıqdan baş açmayan, dünyagörüşü və
savadı olmayan ən istedadlı şəxs belə, yaxşı yazıçı
ola bilməz.
Günümün müəyyən hissəsini mütaliəyə
həsr edirəm.
Həm favorit yazıçılarımı,
həm ədəbi hadisəyə çevrilmiş
istənilən yerli əsəri oxumağa çalışıram. Klassiklərə də dönə-dönə
göz gəzdirirəm.
Amma təkcə bədii ədəbiyyat oxumuram.
Fəlsəfə və siyasi
ədəbiyyatlar da menyumda çox olur. Hazırda Orxan Pamukun
“Beynimdəki qəribəliklər”
romanını, Vasiliy
Rozanovun “Apokalipsis” fəlsəfi traktatını,
Əli Həsənovun
“Azərbaycan geosiyasəti”
dərsliyini, bir də Marta Bekin “Uğur formulası” toplusunu paralel oxuyuram. Vaxt az, faydalı
kitablar isə yüzlərcədir. Heyif ki,
bütün oxumaq istədiklərini oxuya, yazmaq istədiklərini yaza bilmirsən.
-O dövrün dahi yazarları ilə ünsiyyətiniz olub. Xahiş edirik, bizlərə yetişməyinizdə rolu
olan yazarlardan danışardız.
-Mənim atam- Musa Yolçuyev dövrünün
tanınmış ədəbiyyat
tənqidçisi olub.
Zamanında Sumqayıt şəhərində
mütəmadi olaraq tanınan yazarlarla tələbələrin görüşlərini
təşkil edər,
yeni kitabların müzakirələrini həyata
keçirərdi. 4-cü
sinifdə oxuyarkən
bu görüşlərə
mən də qatıldım. Nəriman
Həsənzadə, Əzizə
Cəfərzadə, Nüsrət
Kəsəmənli, İsa
İsmayılzadə ilə
görüşlər yaddaşımda
dərin iz buraxıb. Bu görüşlər
və evimizdəki kitablar məndə ədəbiyyat sevgisi oyadıb. İsi Məlikzadənin “Küçələrə su
səpmişəm” adlı
povestlər kitabı ədəbi zövqümü
ilk olaraq formalaşdırmağa
yardımçı olub.
BDU-da oxuyarkən
xalq yazıçımız
İsmayil Şıxlı
ilə görüşüm,
hekayələrimi bəyənib
mənə uğurlu yol diləməsi və 90-cı illərin əvvəlində “Ulduz” jurnallında dərc etdirməsi isə ədəbiyyata gəlişimdə
həlledici rol oldu. Yazıçı
kimi uğurlarımda bir şəxsin adını qeyd etməliyəm: BDU-da müəllimim olmuş gözəl ziyalımız
və yazıçımız
Kamal Abdullanı.
-Ədəbiyyat ümmansız
elmdir. Ədəbiyyatımız zəngindir. Tarixdə bu elm sahəsində əvəzolunmaz şəxsiyyətlər
yetişib. Ədəbiyyata sizi sövq edən nə oldu? Özünüzü ədəbiyyatdamı gördünüz?
-Gözümü açandan
kitabların arasında
böyümüşəm. Evimizdə 3
min kitablıq nəhəng
kitabxana var idi. Öncə kitablarla oynayırdım,
sonra şəkillərinə
baxırdım, daha sonra da oxumağa
başladım. Beləcə, içimdəki kitab sevgisi ilə baş-başa qaldım.
6-7 yaşımda dəftərxana
kitabçasını kəsib
kitab düzəltdim, adı belə idi- Varisin romanları,
hekayələri, şeirləri,
poemaları, felyetonları,
pyesləri... Bax onda atam anama
dedi ki, oğlum yazacaq. Bilirsiniz, atam mənə Varis adını qoyanda söyləyib ki, istəyirəm oğlum ədəbiyyatımızın
Varisi olsun. Əlbəttə, hələ ki,
ədəbiyyatda özümü
şagird hesab edirəm.
-Əsərləri
yazarkən hansı hislər keçirirsiz? Nə vaxt bilirsiz ki, yazmaq
lazımdır? Yazarkən hadisələrin
içərisində tüğyan
edirsiz, ya da oxucu ilə
dialoqda olursuz? Gecələr yazmağa üstünlük verirsiz,
yoxsa gündüzlər?
-Dahi fransız yazıçısı Viktor Hüqo
bir dəfə keşişlə birgə
Parisdəki Notr-Dam kilsəsinin damında gəzirmiş və birdən kiçik bir kağız parçası tapır. Oraya "Tale
qəza-qədər" sözləri
yazılıb. Bu bir kəlmə söz dünyaca məşhur "Paris Notr-Dam
kilsəsi" romanının
yazılışına səbəb
olub. Sözüm odur ki, mövzu özü gəlib yazıçını
tapır. Yetər ki,
sən yazasan. Və bir də yazıçı
üçün gündüz-gecə
anlamı olmur. Yazıçı üçün yazmaq və yazmamaq zamanı olur, sadəcə.
-Texnologiya əsrində yaşayırıq.
Hər kəs texnologiyadan yararlanır və kompüterdə yazmağa
üstünlük verir.
Beləcə, qələm öz
şöhrətini zamanla
itirir. Siz bununla razısız?
Əsərlərinizi kompüterdə,
yoxsa qələmlə
yazırsız?
-Bildiyiniz kimi, uzun illərdir ki, jurnalistika sahəsində çalışıram,
bütün məqalələrimi
kompüterdə yığıram.
Amma bədii əsərlərimi
qələmlə yazıram.
Məncə, kompüterdə olan ən kiçik
əməliyyatlar belə,
yazıya köklənmiş
yazıçının fikrini
dağıda bilir.
-Sonda gələcək yaradıcılığınız və planlarınız haqqında danışardız.
-Hazırda bir neçə beynəlxalq layihə ilə məşğulam. Bir müddət əvvəl Nyu-Yorkda yazıçıların
beynəlxalq konfransında
böyük şərəfə
nail olaraq “77-ci gün”
romanım Amerika nəşriyyatlarına və
ədəbi agentlərə
tövsiyə olunmasına
şahidlik etdim. İndi bu yöndə danışıqlarda iştirak
edirəm. “Yaşıl üzlü gündəlik” romanımın
qardaş Türkiyədə,
“Əzilmiş fotoşəkillər”
romanımın isə
Rusiyada mötəbər
bir seriyadan çıxılmasına hazırlaşırıq.
Azərbaycan oxucuları üçün
sayca 11-ci romanımla görüşə hazırlaşıram.
Bunlardan əlavə, bildiyiniz kimi, Rusiyanın “Proza.ru” portalında
dərc edilən “Qar uçqunları” adlı hekayəmlə Rusiya-Ermənistan, Ümumdünya
Dağ Yəhudiləri
konqresinin rəsmi portalında tövsiyə
edilmiş “Xrizantema dəstəsi” hekayəmlə
isə İsrail-Ermənistan
münasibətlərinə müəyyən qədər
kölgə salmışam.
Planlar çox, ömürsə
çox qısadır.
Hər şeyi çatdırmaq üçün amansızcasına
özümüzü istismar
etməyə məhkumuq.
Söhbəti
apardı:
Mahmud Sadıq
Palitra.-2017.-18 yanvar.-S.13.