Ər-Riyad xəstəxanasında
çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana
qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
İlhamə Cəfərli:
“Bəzən, sadəcə, böyüdüyüm
şəhərin hər mövsümünün
qoxusu belə, burnuma gəlir.
Muğam səsi gələndə ürəyimin
telləri əsir”
Bu gün gənclərimiz dünyanın aparıcı universitetlərində təhsil almaqla yanaşı, həm də müxtəlif sahələrdə çalışırlar. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməyə çalışır, yaradılmış şəraitdən səmərəli istifadə edirlər. Hazırda xaricdə yaşayan və çalışan gənclərimiz öz təhsili və bacarıqları ilə layiqincə ölkəmizi təmasil edirlər. Müsahibimiz belə gənc həkimlərimizdən biri, Ər-Riyadda fəaliyyət göstərən həkim-cərrah İlhamə Cəfərlidir:
- Mən Naxcıvanda doğulmuşam.
Bakıda təhsil almışam. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini qırmızı diplomla bitirmişəm. Ondan
sonra Bakıda Musa
Nağıyev adına 2-ci uşaq cərrahiyyəsi
şöbəsində 3 il uşaq cərrahı kimi
çalışmışam. Bununla
yanaşı, dərs demişəm. İnternaturanı Amerikada olmuşam, hətta
o illərdə USMLE imtahanında
vermişəm. Azərbaycandan ilk və bildiyimə görə yeganə Fellow
of American College of Surgeons (FACS) dərəcəsi
olan cərraham. Eləcə də
Avropa dərəcəsi
olan ilk və yeganəyəm. Ümidvaram ki,
gələcək illərdə
sıralarımızda çoxları
olacaq.
- Necə oldu ki, orada yaşamağa
qərar verdiniz?
- Mən uşaq cərrahıyam. Hazırda
Ər-Riyadda Məlik Fəhəd adına
xəstəxanada çalışıram.
Buranın ən böyük
4 xəstəxanasından biridir.
Təhsil dərəcələrimə
görə bunlardan 4 il bundan
əvvəl dəvət
aldım. Xəstəxananın standartları çox
yüksəkdir. North Amerika standartlarıdır.
Burada transplantasiya daxil olmaq şərtilə bütün əməliyyatlar
həyata keçirilir.
Yeni doğulmuşdan 15 yaşınadək
bütün əməliyyatları
edirik. Anadangəlmə qüsurların korreksiyası,
qida borusu, bağırsaqların atreziyalarının
əməliyyatları, hirschsprung
xəstəliyinin müalicəsi,
nevroloji xəstəliyi
olan uşaqlarda mədədən birbaşa
qidalandırma əməliyyatları
və bir çox xəstəlikləri
göstərmək olar.
Bu yaxınlarda Kanadada qida borusundakı
dəliklərin cərrahi
üsulla bağlanmasının
üsullarını çap
etmişik.
“Mənim rəhmətlik
babam Cabbar Cəfərov cərrah olmuşdu. İlk əməliyyatı onunla
19 yaşında etmişik”
Hətta “Facebook” səhifəmdə
də bunu yerləşdirmişəm. İkinci işim
də uşaqlarda mədədən birbaşa
qidalandırmadır ki,
bununla bağlı Ciddədə beynəlxalq
konfransda çıxış
etdim. Bununla bağlı məlumat
da bu yaxınlarda
çap olunacaq.
Cərrahlıqla bağlı şəhadətnamələrim
var. Mən ilk cərrahi
dərəcəm, ümumi
cərrah kimi İrlandiyanın Royal College of Surgeons in İreland adlı Kral Kollecində almışam. Uşaq cərrahı
kimi isə Amerikada və dekabr ayında da Avropadan aldım.
- Peşənizlə bağlı
uğurlar əldə
etmisiniz. Fəaliyyətinizi xarici ölkədə
davam etdirmək çətin deyilmi?
- Hər şeyin üstün tərəfi və əksik tərəfi var. Burada beynəlxalq təçrübə
qazandım. Lakin Vətəndən uzaqda yaşamaq heç də asan deyil. Bəzən,
sadəcə, böyüdüyüm
şəhərin hər
mövsümünün qoxusu
belə burnuma gəlir. Hər zaman həsrətlə
yaşayırsan. İldə 1-2 dəfə valideynlərimi
də ziyarət edirəm.
Muğam səsi gəldiyində ürəyimin telləri əsir.
- Orada yaşayan azərbaycanlılarla
əlaqə saxlayırsınızmı?
- Bəli, Ər-Riyadda az azərbaycanlı
var. Lakin mümkün
olduğu qədər
əlaqə saxlayırıq.
İşim çox ağırdır.
Tez-tez görüşməyə imkan
olmur. Buradakı səfirliyimiz bizi
tədbirlərə dəvət
edir. Orada əksər hallarda
görüşürük.
- Xaricdə çalışmaq peşənizlə
bağlı sizə hansı imkanlar yaradıb?
- Demək olar ki, peşəmi A-dan Z-yə qədər
xaricdə öyrənmişəm.
Bəlkə də, indi imkanlar var. Lakin mənim təhsil aldığım illərdə
məhdudiyyət vardı.
Bakıda rezidensiya proqramları yox idi. Bizim bitirdiyimiz
ildən sonra başladı.
Rezidentura, Laparoskopik ve robotik cərrahiyyə inkişaf etməmişdi.
- Sizə bu gün
uşaq cərrahiyyəsi
sahəsində ölkəmizdəki
həkimlərin öyrənəcəyi
çox şeymi var?
- Bəli. Bir gün Azərbaycana
qayıdıb uşaq
cərrahiyyəsinin daha
da irəli getməsi üçün
əlimdən gələni
etmək istəyərəm.
Hazırda orada çox
yaxşı cərrahlar
var, lakin inkişaf üçün
vaxt lazımdır.
- Siz təhsilinizi Amerikada davam etdirmisiniz. Bu sahədə
təhsil sistemində
hansı fərqlər
var?
- Bakıda uşaq cərrahı olmaq uçun, ilk növbədə
pediatr olmalısan. Burada elə deyil. Uşaq cərrahı olmaq üçün mütləq,
öncə ümumi cərrah olmalısan.
Pediatriya
və cərrahiyə
müxtəlif şaxələrdir.
Ondan sonra ən azı 5 il ümumi
cərrah olmaq lazımdır. Sonra 3 il uşaq
cərrahı olmalısan
ki, mütəxəssis
cərrah dərəcəsi
alasan.
- Siz niyə məhz
bu sahəni seçdiniz. Adətən,
qadınlar cərrahiyyəyə
az üstünlük
verirlər.
- Mənim rəhmətlik babam Cabbar Cəfərov
cərrah olmuşdu. İlk əməliyyatı onunla
19 yaşında etmişik.
Görünür cərrahiyyəyə məhəbbətimiz irsidir.
Övladlarının heç biri
cərrah olmadı.
Lakin mən əzəldən sevdim. Cərrahiyyə çox canlı
və yaradıcıdır.
- Orada dil baxımından problem yaşayırsınızmı? Yerli əhalinin Azərbaycan haqqında məlumatı varmı?
- Yerli əhalinin son illərdə artıq Azərbaycan haqqında məlumatları var. Bura gəlmədən əvvəl
ərəb dili kurslarına getdim, ərəb dilini yaxşı bilirəm, yazıb, oxuyub, danışmaqda çətinliyim
yoxdur. O ki qaldı işdə- ingiliscə danışırıq
ki, o mənim ana dilimdən başqa ikinci dilimdir. Mən məktəbi və
universiteti rus dilində bitirmişəm.
- Gələcəkdə
hansı planlarınız
var?
- Gələcəkdə Azərbaycana qayıdıb
uşaq cərrahiyyəsini
inkişaf etdirmək istəyirəm.
Nigar Abdullayeva
Palitra.-2017.-19 yanvar.-S.5.