“AMEA-nın professoruelmi adı təsis edilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında “AMEA-nın professoruelmi adının təsis edilməsi ilə bağlı müzakirələr aparılıb.

 AMEA-dan verilən xəbərə görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimlərin elmi, elmi-təşkilati elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılmasının son illər akademiyada aparılan çoxşaxəli islahatların tərkib hissəsi olduğunu bildirib. Akademik bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirildiyini, yeni fəxri ad, diplom mükafatların təsis edildiyini vurğulayıb.

AMEA rəhbəriAkademik professor” elmi adının təsis edilməsinin beynəlxalq təcrübəyə əsaslandığını yüksək elmi nailiyyətlər əldə etmiş alimlərin əməyinin stimullaşdırılması məqsədi daşıdığını söyləyib.

İclasda milli beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş, uzun illər ərzində AMEA-nın əsas funksiya vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə “AMEA-nın professoruelmi adının təsis edilməsi haqqında qərar qəbul edilib. Elmi adın Əsasnaməsinin hazırlanması üçün İşçi qrupu yaradılıb.

 

Nigar

Palitra.-2017.-19 yanvar.-S.4.