2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı

 

Ölkədə bir çox sahələrdə İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ötən müddət ərzində ölkədə bu istiqamətdə bir sıra addımlar atılıb. Belə ki, ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Evlərdə, yerlərində istifadə edilən kompüterlərin sayı artıb. Mobil sektor sürətlə inkişaf edib, 3G və 4G xidmətləri tətbiq olunub. İlk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peykiAzersky” orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilib, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilib və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilib.

 

Dövlət Proqramına əsasən İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək

 

Ötən il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı. Bu sahədə həyata keçirilən ən mühüm tədbirlərdən biri ölkə başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” oldu. Dövlət Proqramının məqsədinə gəldikdə burada İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara çıxış imkanlarının təmin olunması; rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və onların dünya bazarına çıxışına şərait yaradılması, yerlixarici investisiyaların stimullaşdırılması, qabaqcıl təcrübənin və yeni texnologiyaların idxalı və texnoloji transferin təmin olunması; cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması; informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi və s. məqamlar öz əksini tapıb.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən gözlənilən nəticələrə gəldikdə isə ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq, sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək. Bundan başqa, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq, ümumi daxili məhsulda İKT-nin, poçtinformasiya sektorunun payı artırılacaq, yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlüinnovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək.

Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına əsasən telekommunikasiyainformasiya infrastrukturunun əhalinin artan tələbatına uyğun yeni texnologiyalar əsasında inkişaf etdirilməsi, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi və internet tutumlarının həcminin artırılması üzrə tədbirlərin görülməsi, İKT sahəsində xidmətlər bazarının monitorinqinin aparılması, sağlam rəqabət mühitinin inkişaf etdirilməsinə dair təkliflər hazırlanması və həyata keçirilməsi və digər məqamlar öz əksini yapıb.

 

DATA Mərkəzi açıldı

 

Ölkədə İKT-nin inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlərdən biri kimi ötən il yadda qalan ən mühüm hadisələrindən biri də ölkədə DATA Mərkəzinin açılışı oldu. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açıldı. Yeni Data Mərkəzi həm respublikamızda informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyalara şərait yaradacaqdövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektorlarda tətbiqinə təkan verəcək. Beləliklə, öz etibarlı və qüsursuz infrastrukturu ilə Data Mərkəzi regional informasiya mərkəzinə, Bakı isə regionun məlumat paytaxtına çevrilir. Yeni mərkəzlərin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyəti üçün ən müasir texnologiyalar və avadanlıqlar tətbiq edilib.

 

Respublika ərazisində tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçildi

 

Ötən il yadda qalan hadisələrdən biri kimi bütün respublika ərazisində tam olaraq rəqəmli televiziya yayımına keçildianaloq yayım dayandırıldı. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarını yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır. Rəqəmli yayıma keçidin bir üstünlüyüondan ibarətdir ki, hər bir bölgədə bütün televiziyaların yayımı vahid stansiyadan həyata keçirilir. Yəni əhali quraşdırdığı antenaları bir istiqamətə yönəltməklə, açıq paketlə yayımlanan bütün kanalları rahat izləyə bilər. Bununla da, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq öhdəliyini yerinə yetirmiş oldu. Qeyd edək ki, Azərbaycan MDB-də tam olaraq rəqəmli yayıma keçən ikinci ölkədir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

 

 

2016-cı ildə 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

Artıq 4 ildən çoxdur ki, ölkəmizdə sənəd mübadiləsində tətbiq olunan elektron imza vaxta bu üçün ayrılan işçi qüvvəsinə qənaət etməklə, məsafələrin yaxınlaşmasına xidmət edir. Elektron sənədin təsdiqləyici elementi olan elektron imza virtual məkanda prosesin iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz çevik icrasını təmin edir.

Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik məsuliyyətdən yayınmanın mümkünsüzlüyü, işgüzar münasibətlərin əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elə buna görə , elektron imzadan istifadə göstəricisi artmaqdadır.

Belə ki, 2016-cı ildə dövlət qurumlarına 18,470, fiziki şəxslərə 1,400, hüquqi şəxslərə isə 3,170 olmaqla, ümumilikdə23,040elektron imza sertifikatı istifadəyə verilib. Bu da 2015-ci il ilə müqayisədə 6,254 sertifikat sayı çoxdur indiyə qədər verilmiş elektron imza sertifikatları sayının23%-ni təşkil edir.

Qeyd edək ki, elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2017-ci il tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 65,982, fiziki şəxslər üzrə 17,210, hüquqi şəxslər üzrə isə 17,024 olmaqla, ümumilikdə 100,216 elektron imza sertifikatı istifadəyə verilib.

2016-cı il ərzində dövlət qurumları tərəfindən 7,460,300, habelə hüquqi fiziki şəxslər tərəfindən 1,339,822 olmaqla, ümumilikdə 8,800,122 autentifikasiya elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış17,852,793autentifikasiya elektron imza əməliyyatlarının 49 faizi deməkdir.

Elektron imza, həmçinin "Elektron hökumətportalının autentifikasiya vasitələrindəndir. 2016-cı il ərzində elektron imza kartları vasitəsi ilə portalda ümumilikdə 4,527,251 autentifikasiya qeydə alınıb.

Xatırladaq ki, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən elektron imza sertifikat daşıyıcılarının yeni növü -USB tokenlər istifadəçilərin ixtiyarına verilib. İstifadəsi daşınması daha rahat olan bu daşıyıcılar vasitəsi ilə elektron imza açarlarının təhlükəsiz saxlanılması ilə yanaşı, əhalinin büdcəsinə qənaət edilir. Belə ki, bu tokenlərdən istifadə üçün kart oxuyucu almağa ehtiyac qalmır.

Qeyd edək ki, elektron imza sertifikatının yeni daşıyıcısı USB tokenləri Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq ya elektron imza saytına (www.e-imza.az) mürəciət etməklə, yaxud da"Elektron hökumətportalıvasitəsi ilə onlayn sifariş yolu ilə əldə etmək mümkündür.

Xatırladaq ki, "Elektron imzakartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.

 

Nigar Abdullayeva

Palitra.-2017.-19 yanvar.-S.11.