“AMEA-nın
professoru” elmi adı təsis edilib
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət
heyətinin növbəti
iclasında milli və beynəlxalq səviyyədə mühüm
nailiyyətlər əldə
etmiş, uzun illər ərzində
AMEA-nın əsas funksiya və vəzifələrinin həyata
keçirilməsində xüsusi
xidmətlər göstərmiş
Azərbaycan alimlərinin
əməyinin qiymətləndirilməsi
məqsədilə “AMEA-nın
professoru” elmi adının təsis edilməsi haqqında qərar qəbul edilib. Elmi adın Əsasnaməsinin
hazırlanması üçün
işçi qrupu yaradılıb.
AZƏRTAC
xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə
alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin
layiqincə qiymətləndirilməsi,
onların əməyinin
stimullaşdırılmasının son illər AMEA-da aparılan çoxşaxəli
islahatların tərkib
hissəsi olduğunu bildirib.
Akademik A.Əlizadə
bu istiqamətdə bir sıra tədbirlərin
həyata keçirildiyini,
yeni fəxri ad, diplom və mükafatların təsis
edildiyini vurğulayıb.
Qeyd edilib ki, “Akademik professor” elmi adının təsis edilməsi beynəlxalq təcrübəyə
əsaslanır və
yüksək elmi nailiyyətlər əldə
etmiş alimlərin əməyinin stimullaşdırılması
məqsədi daşıyır.
Palitra.-2017.-19 yanvar.-S.4.