Tarix İnstitutunda Ağa Musa Nağıyevə həsr olunmuş kitabın təqdimatı olub

 

Bakı, 18 yanvar, SalamNews. Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuşZamanın sorağındakitabının təqdimat mərasimi keçirilib.

 

SalamNews xəbər verir ki, bu kitabın müəllifi Ağa Musa Nağıyevin nəvəsi tədqiqatçısı Dilarə Ağamusa Nağıyevadır. Nəşrin elmi redaktoru isə akademik Arif Həşimovdur.

 

Təqdimat mərasimini giriş sözü ilə açan Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsinə, onun dünyagörüşünün ümumi mədəni səviyyəsinin yüksəldilməsi istiqamətinə sərf edib.

 

Təqdimat mərasimində çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Dilarə Cəbrayılova başqaları Ağa Musa Nağıyevin xeyriyyəçilik ictimai fəaliyyətindən söz açıblar.

 

Tədbirdə Tarix İnstitutunun şöbə müdiri Hacı HəsənovunAğamusa Nağıyev: Azərbaycanın böyük sənayeçisi”, Tarix İnstitutunun aparıcı elmi işçisi Sevinc MustafayevanınMəşhur xeyriyyəçi Ağamusa Nağıyevadlı məruzələri dinlənilib.

 

Xatırladaq ki, hazırda Ağa Musa Nağıyevin tikdirdiyiİsmailiyyəbinasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

 

Palitra.-2017.-19 yanvar.-S.15.