Ölkəyə ən çox
valyuta gətirən meyvə xurmadır
Rusiya bazarında xurmaya
tələbatın 78 faizindən çoxu
Azərbaycan məhsulu hesabına ödənilir
Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığı bu sektorda bütün imkanlardan istifadə etməyə imkan verir. İlk növbədə kənd təsərrüfatı məhsulları hesabına ixracı şaxələndirməyin vacib olduğunu deyən ölkə başçısı qeyd edib ki, biz realist olmalıyıq, nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik: “Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir”. Dünya xurma bazarlarına nəzər saldıqda ölkəmizin də burada yer aldığını görürük və bu istiqamətdə fəaliyyəti daha da artırmağa ehtiyac var.
Dünyada 7 ölkədən biri
Xurma dünyada, əsasən, subtropik iqlim qurşaqlarında yetişdirilən Çin mənşəli bir meyvə növüdür. Dünyada ümumi istehsalı 4 milyon tona yaxın olan xurmanın təxminən 70 faizi Çində reallaşmaqdadır. Koreya, Yaponiya, Braziliya, Azərbaycan, İtaliya, İsrail, Özbəkistan və Türkiyədə də əhəmiyyətli miqdarda xurma istehsal edilməkdədir. Uzun illərdən bəri Çində yetişdirilməkdə olan xurmanın 2000-dən çox növü var. Yaponiyada 1300 il, Koreyada isə 500 illik bir keçmişi var. XIX əsrin sonundan etibarən xurma mülayim iqlim bölgəsində yer alan bir çox ölkədə də tanınmağa başladı. Əvvəllər Yaponiya sənayesində sürətli bir inkişaf göstərib və son illərdə ABŞ, xüsusilə Kaliforniya, İtaliya, Braziliya, İsrail və Türkiyədə müasir xurma bağları salınıb. Xurma meyvəsi təzə halda istehlakla yanaşı, qurudularaq da yeyilməkdədir. Xüsusilə uzaq Şərq ölkələrində, təzə halda yeyilmək üçün uyğun olmayan sortlarının meyvələri, bütün olaraq və ya iki, ya da dördə bölünərək ipə düzülməklə və günəşdə təxminən 1 ay müddətlə qurudulur. Ayrıca xüsusi qurutma rəflərində də qurutma əməliyyatı aparılır. Uzaq şərq ölkələrində meyvələr dondurularaq, qış ayları boyunca da satılmaqdadır. Həmçinin marmelad, keks, püre və müxtəlif souslar, dondurmalar, krem və s. istehsalında istifadə edilir. Eləcə də yarpaqlarından bəzi ölkələrdə təzə, ya da qurudulmuş olaraq çay kimi istifadə edilir.
Son məlumatlara görə, dünyada ümumi xurma istehsalı 4 milyon tona qədərdir ki, onun 2 533 899 tonunu Çin, 430 521 tonunu Koreya, 244 800 tonunu Yaponiya, 169 000 tonunu Braziliya, 132 179 tonunu Azərbaycan, 50 000 tonunu İtaliya, 24 302 tonunu isə Türkiyə istehsal edir. Adi xurmanın da içində yer aldığı cins olan Diospyros, əksəriyyəti tropik və subtropik iqlim bölgələrində yetişir ki, o təxminən 400 növü əhatə edir və yalnız 4 növü ticarət üçün yetişdirilir.
Xurma zəifliyin aradan qaldırılmasının, qan azlığı, vitamin çatışmazlığı, mədə-bağırsaq xəstəliklərinin müalicəsində faydalıdır
Qara dəniz bölgəsində tütün, çay, fındıq və çuğundur yetişən torpaqlara uyğunlaşan xurmanın yaxşı bir bazarı var. Bazarın tələb etdiyi növləri yetişdirən fermer, daxildə və xaricdə satış çətinliyi çəkmir. Avropada marketlərdə dənə ilə satılan xurmanın kilosu 1,5- 2 avroyadır. Avropada pərakəndə kilosu 3-3,5 lirə olan xurmanın İstanbul marketlərindəki qiyməti isə 5 lirə ətrafındadır. Türkiyə İsraildəki istehsalın iki qatını istehsal etməsinə baxmayaraq, xurma bazarı İsrailin əlindədir. İsrailin Avropa ölkələrinə illik 3 min ton xurma ixrac etdiyini deyən mütəxəssislər, bu vəziyyəti, "Türkiyədə istehsal edilən xurmadakı dadla əlaqələndirirlər. İsrail yetişdirdiyi xurma ağaclarından bu bəyənilməyən dadı aradan qaldırdığı üçün bazar hakimiyyətini də əlinə keçirib" şəklində açıqlayırlar.
Xurmanın müsbət tərəflərinə gəldikdə, o immun sistemini qüvvətləndirir, həzm sistemi xəstəliklərinə yaxşı təsir edir. Eyni zamanda indiki vaxtda geniş yayılan xərçəng xəstəliklərindən qorunmada əhəmiyyətli bir yer tutmaqdadır. Ümumi olaraq xurma zəifliyin aradan qaldırılmasının, qan azlığı, vitamin çatışmazlığı, mədə-bağırsaq xəstəliklərinin müalicəsində faydalıdır.
Bu meyvə yeyildikdə ishalı kəsməkdə, iştahı açmaqda, mədəni qüvvətləndirməkdə, öd hərarətini, mədə qastritini aradan qaldırmaqda, bağırsaq iltihabını yaxşılaşdırmaqdadır.
Xurma bağları genişləndirilməlidir: Avropada marketlərdə dənə ilə satılan xurmanın kilosu 2 avrodur
Son illərdə xarici ölkələrdə daha çox xurmanın bərk növünə əhəmiyyət verilməkdədir və bu növü istehsal edilməkdədir. Ona görə də dünya bazarlarında bərk sortlarını daha çox sata bilmək üçün qablaşdırma zamanı bunun hansı formada yeyildiyini ifadə edən yazılar vurulur. Xurma növlərinin çoxu, soyuq anbarda -1 və 1 dərəcədə və 80-90% nisbi rütubətdə 2-4 aya qədər mühafizə edilə bilər. Xurma meyvələri xüsusilə A vitamini və karbohidratla çox zəngindir. Bununla yanaşı, isti mülayim iqlim şərtlərinə da adaptasiya olunub. Ağac qışda yarpaqlarını tökdüyü üçün aşağı temperatura digər subtropik meyvə növlərinə görə daha dayanıqlıdır. Ümumi olaraq -12 dərəcə C-yə qədər dayana bilir, həmçinin -18 dərəcə C- yə qədər dayanan növləri də var. Bərk halda yeyilən növü yetişdirə bilmək üçün digərlərinə görə daha çox istiliyə ehtiyac duyar.
Hava rütubətinin az olduğu bölgələrdə suvarma aparılmaqla yaxşı məhsul alına bilər. Xurma ağacları, ümumiyyətlə, küləklərdə zərər görməz. Ancaq çox külək olan yerlərdə payızda, meyvə yetişən vaxtlarda meyvələr yarpaq və budaqlardan zərər görər və keyfiyyətinin düşməsinə səbəb olar.
Balakəndə quru xurma istehsalı ilə məşğul olan ilk emal müəssisəsi yaradılıb
Azərbaycanda iqtisadi rayonlar sırasında Gəncə-Qazax
zonası xurma istehsalının 44 faizini təşkil edir. Ölkədə xurma istehsalı 2011-ci ildə
146 min ton olmuşdusa, 2014-cü il 140 min ton olub. Lakin son vaxtlar bu istiqamətdə
tədbirlər həyata
keçirilməkdədir. Belə ki, Balakəndə quru xurma istehsalı
ilə məşğul
olan ilk emal müəssisəsi yaradılıb.
Katex kəndində qrupun üzvləri 3 hektar xurma bağından
hər il
orta hesabla 30-40 ton məhsul götürürlər.
Rayon İcra Hakimiyyətinin
məlumatına görə,
xurma istehsalı Balakənin kənd təsərrüfatında ənənəvi
sahələrdən sayılır.
Hər il
rayonun bağlarından
3 min ton xurma yığılır.
Ötən il
Rusiya bazarlarına 89
min ton təzə xurma
ixrac edilib. Qeyd edək ki, 2015-ci ildə xurma bağlarının sahəsi
11 min hektara yaxın olub. 2001-ci ildən bu yana xurma bağlarının əkin sahəsi artıb. Belə ki, 16 il
əvvəl ölkədə
cəmi 5 min 500 hektarlıq
xurma bağı olub. İqtisadçılar kəndliləri xurma
ağacı əkməyə
meyilləndirən səbəbin
bu meyvənin ixrac məhsulu olmasıyla, xüsusilə
Rusiya bazarındakı
tələbatla izah edir.
Təbii, əkin sahəsi artdığından istehsal
da artıb. 15 il əvvəl 70 min ton xurma yığılıbsa, ötən
il bu rəqəm
146 min tonu keçib, artım 2 dəfədən
çox olub.
Mütəxəssislərin fikrincə, Rusiya bazarında tələbatın 78 faizdən
çoxu Azərbaycanın payına düşür. Rusiya
2015-ci ildə 113 min ton
xurma idxal edib ki, bunun
da 78,7 faizi Azərbaycanın
payına düşüb. 3 ölkə
içərisində Rusiya bazarına ən
bahalı xurmanı Azərbaycan və Çin
göndərib - hər iki ölkə
üzrə hər tona 880 dollar
ödənib. Göründüyü kimi, bu gün
dünya xurma
bazarında yer tutan
ölkəmiz bu sahədə istehsalı
artırmaqla ixracı da artıra bilər.
Nigar Abdullayeva
Palitra.-2017.-24 yanvar.-S.5.