“Sosial şəbəkələr
gənclərimiz üçün çox əlverişlidir”
Emil Cəfərov: “İnformasiya
almaq baxımından sosial
şəbəkələrin çox
müsbət rolu var”
Müsahibimiz Emil Cəfərov
26.07.1991-ci ildə Lənkəran rayonunun Moloja kəndində anadan olub. Orta təhsilini 5-ci
sinfə kimi Moloja kənd
məktəbində alıb. Həmin dövrlərdə Lənkəranda
bilik olimpiadasında iştirak
edib. Daha sonra Rusiyanın Omsk şəhərində
orta təhsilini davam etdirib. 2013-cü ildən Omsk
şəhərində tərcüməçi işləyir.
2014-cü ildə Rusiya
Federasiyasının Maliyyə Universitetinin
Omsk şəhəri üzrə
filialına daxil olub.
Hal-hazırda 3-cü kurs tələbəsidir.
- Rusiya Federasiyasının Maliyyə Universitetində gənclərimiz həmrəylik nümayiş etdirirlərmi?
-Mənim təhsil aldığım universitetdə, hələlik azlıq təşkil edirik, yəni sayla desək, mənimlə birgə 3-4 tələbə var. Bunu yəqinliklə deyə bilərəm ki, gələcəkdə bu, çoxluq təşkil edə bilər. Hazırda Omsk şəhərində bir çox ailələr məskunlaşıb və onların övladları, hələ ki, orta məktəbdə əla qiymətlərlə oxuyurlar. Çox güman ki, onlar da yaxın gələcəkdə tələbə adını qazanacaqlar. Mən onların valideynləri ilə ünsiyyətdə oluram və daim onların orta məktəbdə necə nümunəvi şagird olduqlarının şahidi oluram. Biz yenə də təhsil aldığımız universitetdə, az olsaq da, doğma Azərbaycanımızın adını uca tutaraq həmrəyliyi daimi yüksək səviyyədə qoruyub saxlayırıq. Bu bizim borcumuzdur və bununla qürur duyuruq.
- Xaricdəki gənclərimiz
diaspor işində nə dərəcədə
aktivdirlər?
- Təbii ki, diaspor işlərində bizimlə dövlət tədbirlərində, bayramlarda əlaqə saxlanılır. Biz də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetiririk və onu da qeyd edim ki, Omskdakı “Odlar yurdu” təşkilatının rəhbəri Qabil Mahmudov bizimlə tez-tez maraqlanır və öz tövsiyələrini bizə verir. Biz bununla aktivliyimizi birgə nümayiş etdiririk.
- Siz
xaricdə ölkəmizin təbliğini necə
aparırsız?
-Biz, xaricdə dövlətimizi, həmişə olduğu kimi, gözəl, yüksək səviyyədə təbliğ edirik. Dövlətimizin milli bayramları, dini mərasimləri hər zaman diasporumuzun diqqət mərkəzində olub. Burada bizim çox istedadlı soydaşlarımız yaşayır; istər təhsil, istər idman sahəsində qürur duyulası övladlarımız var. Onlar burada böyük nailiyyətlər əldə ediblər. Bu şəhərdə çoxlu universitetlər var. Bəli, orada da bizim tələbə adını qazanan soydaşlarımız var. Onlar da ölkəmizi təbliğ edirlər. Xarici vətəndaşlar azərbaycanlı övladlarının uğurlarının şahidi olur, hətta deyə bilərəm ki, onlardan televiziya və radio vasitəsilə müsahibələr alır və onlar da ölkəmizin milli-mənəvi dəyərlərini aydın şəkildə təbliğ edirlər. Burada yerli insanlar arasında Azərbaycan haqqında çox gözəl fikir formalaşıb. Bunu da qeyd edim ki, sovet dövründən bu günə kimi Rusiya və Azərbaycan arasında həmişə dostluq əlaqələri olub. Bu danılmaz faktı sizə açıqlamaq istərdim. Böyük Vətən müharibəsi zamanı neçə-neçə soydaşımız şəhid olub və bizim bu torpaqda yaşamağa haqqımız var.
Hazırda Azərbaycan sivil ölkələr arasında tanınır. Təbii ki, bu, ulu öndər Heydər Əliyevin apardığı böyük siyasətinin nəticəsidir. Vətənimizi həmişə yüksək səviyyədə təbliğ etmək hər bir Azərbaycan vətəndaşının borcudur.
- Sosial
şəbəkələrdə bu
baxımdan aktivlik hansı səviyyədədir?
-Sosial şəbəkələrdən biz yalnız tanışlıq üçün istifadə edirik. Mən birmənalı şəkildə sosial şəbəkələrdə siyasi söhbətlərin aparılmasının əleyhinəyəm. Çünki bir çox xarici qüvvələr siyasi söhbətləri müşahidə edir. Bunun hansı dərəcədə fəsadları olacağı qaçılmazdır. Məhz bu proqramlar da onlar tərəfindən yaradılıb. Təklif edirəm ki, ümumiyyətlə, sosial şəbəkələrdə siyasi söhbətlər aparılmasın.
- Ümumiyyətlə,
gənclərimiz sosial şəbəkələrdən
təbliğat işində lazımi səviyyədə
istifadə edirlərmi?
-Əlbəttə ki, bu gün bütün dünyada insanlar lazımi dərəcədə sosial şəbəkələrdən istifadə edirlər. Bildiyimiz kimi, hazırda dünyada bir çox güclü sosial şəbəkələr fəaliyyət göstərir və bu, gənclərimiz üçün çox əlverişlidir. Bu şəbəkələr vasitəsilə insanlar çoxlu biliklər əldə edir. İnformasiya almaq baxımından sosial şəbəkələrin çox müsbət rolu var. Mən tələbə olaraq gənclərimizə bir tövsiyə edərdim: Bu şəbəkələrdən şəxsi maraq üçün istifadə edilməsin. Məsələn, gənclərimizə qız-oğlan tanışlığı, yersiz müzakirələr üçün internetdə əylənməməyi məsləhət görərdim. İnternetdən bu cür istifadə etmək gənclərimizi uçuruma aparır. İndiki zamanda biz bunların dəfələrlə şahidi olmuşuq. Gəlin, bu şəbəkələrdən elm və təhsil üçün istifadə edək. İndi internet dövrüdür, dünyanın bütün sirlərini internet vasitəsilə əldə etmək olur. Hətta bir neçə dil öyrənmək olur. Niyə görə də biz bundan istifadə etməyək? Əgər bir gənc bütün ömrünü, gününü internetdə əyləncə ilə keçirsə, təbii ki, o, ölkəsinə heç bir fayda verə bilməz. Bir çox ailələr bu əyləncənin qurbanına çevrilirlər. Bunlar öz ömürlərini puça verirlər. Lakin bizim çox istedadlı, bilikli, bacarıqlı tələbələrimiz də var, onlar bütün dünyada təhsillərini davam etdirirlər, hətta böyük vəzifələrdə çalışırlar, onlar bizim qürur duyulası soydaşlarımızdır. Çünki Azərbaycanımızı layiqincə təmsil edirlər.
- Maliyyə menecmenti, idarəetmə və biznes
texnologiyaları ixtisasında İKT-nin nə
kimi rolu var?
-İKT-nin öyrəndiyim menecmentlik sahəsində böyük rolu var. Tətbiqi proqramlarda proqram təminatını aparırlar, hansı ki, bu, informasiya texnologiyalarının alətlər dəstidir - mətnlərlə iş texnologiyaları, qrafika, cədvəl məlumatları, mətn prosessorları, elektron cədvəllər, nümayişlərin hazırlığı proqramları, idarə sistemləri məlumat bazalarıyla, təşkilatçılar, qrafik paketlər və s.
- Rusiya
və digər ölkələrin gəncləri ilə birgə
tədbirləriniz olurmu?
- Bəli, olur. Məsələn, başqa ölkələrdən universitetimizə nümunəvi tələbələr qonaq gəlir və bizlərdən də başqa xarici ölkələrə tədbirlərə qatılanlar olur. Lakin mən belə yerlərə getməkdən dəfələrlə imtina etmişəm, çünki buna maddi imkanım olmur. Yalnız bütün gücümü öz təhsilimi uğurla başa vurmağa səfərbər etmişəm və bunun öhdəsindən gələ bilməyinə ümidvaram.
Hal-hazırda mən xarici ölkədə yaşadığım üçün bu dili öyrənmək özü də bir təhsildir. Dərsliklər çətin olduğu üçün bunların öhdəsindən gəlməkdə çətinliklərim olur, buna baxmayaraq, yenə də var gücümlə bunun öhdəsindən gəlirəm. Yaxın gələcəkdə mən də bu tədbirlərə qatılmaq niyyətindəyəm. Bunu da qeyd edim ki, xarici ölkədə təhsil almağımda böyük rolu olan, məni böyüdüb boya-başa çatdıran, hazırda yanımda olan valideynlərimə minnətdaram.
-
Soydaşlarımız orada diaspor olaraq nə dərəcədə
formalaşıblar?
- Diasporumuz həmişə millətimizin işlərində onlara daim köməklik göstərməkdə aktiv olub. Məsələn, ötən ilin avqust ayında Omsk şəhərinin yaranmasının 300 illiyi qeyd olundu və burada yaşayan millətlərin diasporları çıxış etdilər. Həmçinin biz, Azərbaycan vətəndaşı olaraq bu şəhərdə aktivlik nümayiş etdirdik, öz milli mətbəximizdən, milli rəqslərdən ibarət öz təbrik payımızla diqqət çəkdik. Bütün bu işlərdə Qabil müəllim və onun köməkçisi Zülfiyyə xanımın böyük rolu oldu. Omsk şəhərinin meri başda olmaqla bütün vəzifəli şəxslər, hətta Rusiyanın digər şəhərlərindən məsul şəxslər də bu tədbirə qatılmışdılar. Yerli insanların arasında böyük rəğbətlə qarşılandıq, bir neçə soydaşımız fəxri diplomlarla təltif olundu. Diqqətinizə çatdırım ki, Qabil Mahmudov hər zaman millətimizin problemləri ilə maraqlanır və onlara qayğı göstərir. Mən bir azərbaycanlı olaraq Qabil müəllimə və onun köməkçisi Zülfiyyə xanıma minnətdaram.
- Gələcək planlarınızı da bilmək istərdik.
-Əlbəttə, uca
Allahın izni ilə istərdim təhsil
sahəmə uyğun olaraq
bank sistemində maliyyə işlərinə
dair məsələlərdə
çalışım. Mən çox
istərdim ki, doğma
Azərbaycanımız üçün fəaliyyət
göstərim. Planlarım böyükdür,
bunu zaman göstərər.
Çünki hər bir
insanın ürəyində böyük
arzuları var. Bunları həyata
keçirən bir varlıq var. Arzu edirəm ki, ölkəmizdə hər zaman
əmin-amanlıq olsun. İşğal
olunmuş torpaqlarımız tezliklə
düşmən tapdağından azad olsun. Azərbaycanımızın ərazi bütövlüyü bərpa olsun. Qaçqın və köçkünlərimiz
yurd-yuvalarına qayıtsınlar. Buna əminik
ki, Prezident İlham Əliyevin apardığı siyasət
tezliklə öz nəticəsini verəcək.
Hər birinizə uzun ömür,
cansağlığı arzulayıram.
Fuad Hüseynzadə
Palitra.-2017.-25 yanvar.-S.11.