İslam Həmrəyliyi İlidünyada sülh və əmin-amanlıq üçün yeniyol xəritəsi” yaradacaq

 

“Həmrəyliyi İlielan edilməsi təkcə müsəlman aləmi üçün deyil, bütün dünya üçün tarixi əhəmiyyət daşıyır”.

Türkiyənin Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver AZƏRTAC-a müsahibəsində “İslam Həmrəyliyi İli” barədə fikir və mülahizələrini bölüşərkən belə deyib. O qeyd edib ki, Prezident İlham Əliyev nəzəriyyə ilə praktikanı müvəffəqiyyətlə əlaqələndirən təcrübəli dövlət xadimidir. Bu mənada “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə cari ilin Azərbaycanda “İslam Həmrəyliyi İlielan olunması bir-birini tam şəkildə tamamlayır. Əminliklə qeyd etmək olar ki, hazırda həm nəzəri, həm də praktik baxımdan İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülmüş bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün yeniyol xəritəsi”nin ortaya çıxmasına tarixi şans yaradacaq. “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bu təşəbbüs üçün hansı töhfələri vermək imkanındadır” sualını cavablandıran professor Akkan Suver deyib: “Həlli mümkün olmayan bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin reallaşmasının əsas səbəbi məhz Azərbaycan-Türkiyə qardaşlıq münasibətləridir. Hər iki tərəf dünyadakı siyasi-iqtisadi proseslərə təsir etmək imkanındadır. Digər tərəfdən, Azərbaycan və Türkiyə zəngin dini ənənələrə malik ölkələrdir. Məhz bu amillərə söykənərək tərəflər “İslam Həmrəyliyi İli” adı altında dünya ictimaiyyətinə təsirli çağırışlar etmək imkanına malikdirlər. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycan bir sıra beynəlxalq forumkonfranslara uğurla ev sahibliyi etməklə siyasi fikir mərkəzi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Heç şübhəsiz, həm dünyanın görkəmli siyasi fikir adamları “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlərə, həm də bu sahədə aparılacaq müzakirələrə böyük maraqla diqqət yetirəcəklər”.

 

Palitra.-2017.-25 yanvar.-S.3.