Data Mərkəz respublikada İKT-nin inkişafına təkan verəcək

 

Cənubi Qafqaz regionunun TİER III sertifikatlı yeganə Data Mərkəzi Azərbaycanda fəaliyyət göstərir

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1, 2 və 13 saylı şöbələrin Prezident yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsinin müzakirəsinə həsr olunmuş birgə elmi seminarı keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT-nin inkişafının Data mərkəzlərin genişlənməsinə təsirinə toxunacağıq.

Elmi seminarda çıxış edən layihənin rəhbəri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev qrant layihəsi çərçivəsində tapşırılmış işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verərək həyata keçirilmiş və nəzərdə tutulan tədbirlərdən söz açıb. Sonra seminar iştirakçıları qrant layihəsi çərçivəsində informasiya təhlükəsizliyi sahəsində Big Data texnologiyalarının multidissiplinar problemləri, müxtəlif informasiya təhlükəsizliyi obyektlərində toplanmış böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanması üçün metod və alqoritmlərin işlənilməsi üzrə gördüyü işlər haqqında məlumat verərək, bu istiqamətdə araşdırmaların davam etdiyini qeyd ediblər. R.Alıquliyev tapşırılmış işlərin müzakirəsinə həsr olunmuş şöbələrarası seminarların mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

 

Yeni Data Mərkəz ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyalara şərait yaradacaqdövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektorlarda tətbiqinə təkan verəcək”

 

Qeyd edək ki, “AzDataCom” şəbəkəsinin yaradılması layihəsi BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən “Milli E-İdarəcilik Təşəbbüsü” layihəsinin əsas komponentidir. “AzDataCom” layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur. Layihənin məqsədi milli informasiyakommunikasiya infrastrukturunun potensialının artırılması, dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi, informasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəciliyin inkişaf etdirilməsi, ölkədə rəqəmli geriliyin aradan qaldırılması və E-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsidir. Layihənin icrasından gözlənilən nəticələr kimi Bakı ilə regionlar arasında yüksəksürətli əlaqənin təmin olunması, regionlarda internetin inkişaf etdirilməsi və İKT-dən istifadə imkanlarının artması, NGN texnologiyası və İP-telefoniya xidmətlərinin inkişaf etdirilməsi, distant təhsil, e-kommersiya, biznesin məsafədən idarə olunması və digər mütərəqqi fəaliyyət formalarının dünya standartlarına uyğun təşkilinə şərait yaradılmasını qeyd etmək olar.

 

Ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərilir

Qeyd edək ki, ötən ilin sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub. Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurumun inzibati binası ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Müasir dünya standartlarına cavab verən Data Mərkəzi TİER III beynəlxalq sertifikatına layiq görülüb. Mühafizə olunan obyekt statusuna malik Data Mərkəzi ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və ən son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. Fasiləsiz rejimində məlumatların təhlükəsizliyinin nəzarətlə tam təmin olunması, şirkətlərin konkret tələblərinə cavab verən, ehtiyac yarandıqda onlara infrastruktur əldə etməyə imkan yaradan virtual və ayrılmış serverlərin, həmçinin optimallaşdırılmış şəbəkənin qurulması Data Mərkəzinin çoxsaylı üstünlüklərindəndir. Bu isə öz növbəsində, şirkətlərə kapital xərclərini sıfıra endirməyə, istismar xərclərini isə 30-40 faiz azaltmağa imkan yaratmaqla yanaşı, məhsuldarlığı artıraraq biznesin dayanıqlılığına öz töhfəsini verəcək.

Data Mərkəzi bulud əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Həmin mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir. Mərkəz mobil şəbəkə üzrə daşınan mobil nömrələrə daxil olan zəngləri daşınmanı həyata keçirən operatorun şəbəkəsinə terminasiya edir, eləcə də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif tarif paketlərinin tətbiqi, silsilə servislərin idarə edilməsinə də təminat yaradır. Yeni Data Mərkəzi həm respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyalara şərait yaradacaqdövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektorlarda tətbiqinə təkan verəcək. Ən əsası, Prezident İlham Əliyevin rabitə və yüksək texnologiyalar sektoruna hərtərəfli diqqət və qayğısının məntiqi nəticəsi olaraq, öz etibarlı və qüsursuz infrastrukturu ilə Data Mərkəzi regional informasiya mərkəzinə, Bakı isə regionun məlumat paytaxtına çevrilir. Yeni mərkəzlərin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyəti üçün ən müasir texnologiyalar və avadanlıqlar tətbiq edilib.

 

Ən son elmi-texniki yeniliklərə əsaslanan İKT-nin geniş tətbiqinə xüsusi diqqət yetirilir

Bu sahə üzrə əldə edilmiş uğurlardan biritrafik analizlərinin optimallaşdırılması məqsədilə İP əsaslı kommutasiya platformasında beynəlxalq kommutasiya stansiyasının yaradılmasıdır. Beynəlxalq Kommutasiya Mərkəzi giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, analoqya rəqəmli kommunikasiya kanalında bir neçə siqnalın və ya sürət-bit axınının olduğu kimi verilməsini mümkün edir. Bu platformadan istifadə edərək əhali və biznes sektoru üçün səs, video, data, SMS və digər müxtəlif telekommunikasiyamultimedia xidmətlərinin göstərilməsi təmin olunacaq. Burada çox sayda istifadəçinin kommunikasiya əlaqəsi TDM adlandırılan cihaz vasitəsilə yüksəksürətli lif əlaqələr üzərindən qarşı stansiyaya ötürülür ki, bu da son müştərinin heç bir maneəsiz, kəsintisiz, yüksək etibarlı xidmətlər almasına və əməliyyatlar aparmasına zəmin yaradır.

Qeyd edək ki, Prezidentin həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin artırılması üçün ölkəmizdəki bütün qurumlarda şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasını və ən müasir standartlara uyğunlaşdırılmasını prioritet vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqinə də xüsusi diqqət yetirilir. Azərbaycan ilə xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, ölkəmizə idxal edilən telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılan Data Mərkəzi nəzdində kompleks informasiya texnologiyaları xidmətlərinin göstərilməsi “AzInTelecomMMC-nin başlıca fəaliyyət istiqamətləridir. Həmin qurum tərəfindən tətbiq edilən trafikin analizi xidməti Azərbaycan ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətlə alternativliyinə təminat yaradır. Bundan başqa, həmin yenilik daha müasir xidmətlərin göstərilməsi və həcminin artırılmasına da imkan verir. Diqqətə çatdırıldı ki, informasiyaların idarə olunmasının düzgün şəkildə təmin edilməsi günün başlıca məsələlərindəndir. Bu prosesin təhlükəsiz və sərfəli qiymətlərlə həyata keçirilməsi də vacib şərtlərdəndir. Bu baxımdan lazımi xidmətlərin cəmləndiyi Data Mərkəzi mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, Cənubi Qafqaz regionunun TİER III sertifikatlı yeganə Data Mərkəzi Azərbaycanda fəaliyyətə başlayıb. TİER III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma, ehtiyat enerji təminatı sistemləri və ehtiyat telekommunikasiya infrastrukturu daxildir. Ən başlıcası, TİER III sertifikatlı Data Mərkəzinin bütün hallarda işləmə səviyyəsi 99,982 faizə bərabərdir. Müştərilər isə yalnız istifadə etdikləri resurslara görə ödəniş edəcəklər. Şirkətlər, digər iqtisadi qurumlar bu Mərkəz vasitəsilə istədikləri infrastruktur tipli xidmətlərlə təmin olunacaqlar.

 

A.Miriyev

Palitra.-2017.-28 yanvar.-S.11.