Silahlı Qüvvələrdə hərbi
xidmət əleyhinə cinayətlər azalıb
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər
səmərəli olub.
Hesabat dövründə
qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb. Hərbi
prokuror deyib ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə
alınmış hərbi xidmət əleyhinə cinayətlər
14,2 faiz, hərbi xidmətdən
yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini
özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində
olmayan hərbi qulluqçular
arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını,
partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu
ilə tələb etmə 53,3 faiz, qəsdən adam
öldürmə 36,8 faiz, özünü
öldürmə həddinə çatdırma 14,3 faiz azalıb. 2015-ci illə müqayisədə
ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə
alınmış cinayətlər 5,1 faiz,
o cümlədən hərbi xidmət əleyhinə
cinayətlər 12,7 faiz azalıb. Hərbi
birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə
ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin
azalmasında hərbi prokurorluq
orqanlarının Müdafiə Nazirliyi,
Dövlət Sərhəd Xidməti, Daxili
Qoşunlar və digər hərbi qurumlarla yaradılmış
qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə
də hələ ilin əvvəlindən
planlaşdırılmaqla, il ərzində
mütəmadi həyata keçirilmiş
müxtəlif xarakterli birgə tədbirlərin
çox böyük əhəmiyyəti
olub. Silahlı Qüvvələrdə
ayrı-ayrı cinayətlərin qarşısının
alınması məqsədilə hər il
olduğu kimi, ötən
il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək
Respublika Hərbi Prokurorluğunun
kollegiyalarında silahlı birləşmələrin rəhbər
vəzifəli şəxslərinin iştirakı ilə
müzakirə edilib. Həmin
cinayətləri doğurmuş səbəb
və şəraitin aradan
qaldırılması üçün zəruri
qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən,
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat
məktubları, silahlı birləşmələrin
komandanlıqlarına təqdimatlar, ərazi hərbi
prokurorlarına icmal-məktublar göndərilib. Diqqətə
çatdırılıb ki,
respublikanın hərbi prokurorluq
orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq
hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb.
Bu xarakterli faktlar üzrə 153 şəxs barəsində
117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə
məsuliyyətinə verilib. Cinayət törətmiş şəxslərin əməlləri
nəticəsində dövlətə vurulmuş
1 milyon 102 min 641 manat məbləğində maddi
ziyanın istintaq zamanı ödənilməsi
təmin edilib. Ötən il
hərbi prokurorluq orqanları tərəfindən
əməliyyat-axtarış tədbirlərinin yerinə
yetirilməsi üzərində prokuror nəzarətinin
gücləndirilməsi nəticəsində axtarışda olanlardan 45 nəfər tutularaq
istintaqa cəlb edilib.
Təhqiqat orqanlarının fəaliyyətində
qanunların icrasına nəzarət qaydasında 150 yoxlama keçirilib, nəticədə
2234 qanun pozuntusu aşkar edilib. Qanun
pozuntularını doğuran səbəb
və şəraitin aradan
qaldırılması üçün 228
təqdimat göndərilib, 239 nəfərə xəbərdarlıq
edilib, 41 cinayət işi
başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 137 yazılı
göstəriş verilib, cinayət işlərinin
başlanmasının rədd edilməsinə dair
23 qanunsuz qərar ləğv olunub. Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin
artırılmasını və ilkin təhqiqatın
tam, hərtərəfli və keyfiyyətli
aparılması üçün prokuror nəzarətinin daha
da gücləndirilməsini tələb edib. Səyyar məhkəmə
baxışının cinayətkarlığa qarşı
mübarizədə xəbərdaredici funksiyasının əhəmiyyətini
xüsusi vurğulayan
hərbi prokuror qeyd edib ki, bəzi hərbi məhkəmələrdə
qanunvericiliyin bu
mexanizmindən yetərincə istifadə olunmur.
Xanlar Vəliyev
Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım
faciələri, terror, habelə əsir düşmüş şəxslərə
işgəncə verilməsi və Ermənistan silahlı
qüvvələrinin törətdikləri digər cinayət
əməlləri ilə bağlı hərbi prokurorluqda
aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat
verərək bildirib ki,
həmin cinayət işi üzrə
hazırda intensiv istintaq-əməliyyat tədbirləri
yerinə yetirilir. Hərbi prokuror qeyd edib
ki, ötən ilin
aprelində Ermənistan silahlı qüvvələrinin birləşmələri
atəşkəs rejimini və beynəlxalq
hüququn tələblərini kobud şəkildə pozaraq,
Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə
yaxın olmayan yaşayış məntəqələrini
və mülki obyektlərini
iriçaplı silahlardan, mina
və qumbaraatanlardan, artilleriya
qurğularından intensiv atəşə
tutublar. Ermənistan
silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik
niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
hərbi qulluqçularının qəsdən
öldürülmələri və qəsdən
öldürməyə cəhd faktlarına görə Hərbi
Prokurorluqda başlanmış
cinayət işi üzrə
yaradılmış istintaq-əməliyyat qrupunun
üzvləri xidməti vəzifələrini gərgin şəraitdə,
yüksək peşəkarlıqla yerinə yetirərək
qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını
vaxtında təmin ediblər. Hazırda həmin cinayət
işi üzrə istintaq
tədbirləri davam etdirilir.
Cavidan
Palitra.-2017.-28 yanvar.-S.4.