Aşıq İdris Alakollu haqqında...

 

Aşıq sənəti xalqın taleyi ilə sıx bağlı olan ən qədim milli sənətlərimizdən biri kimi günümüzdə ona sonsuz məhəbbət mövcuddur. Aşıq yaradıcılıq nümunələri – aşıq ifaları, dastanlar, qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər və s. şeir formaları xalq taleyini özündə cəmləyərək əsrlərdən-əsrlərə ötürülmüşdür. Bu gün aşıq sənətinin yaşadılmasında, qorunmasında və gələcək nəsillərə çatdırılmasında aşıqların rolu misilsizdir. Tarix sübut edir ki, tarixin yazılmasında ədəbiyyat çox yaxından iştirak edibbu baxımdan xalqımız xoşbəxt xalqdır. Qədim əsrlərə söykənən aşıq sənətində el-oba arasında tanınan, sevilən və yaradıcılığı günümüzə kimi xalqın hafizəsində qorunan ustad aşıqlarımız sənətin qorunmasında canfəşanlıqla mübarizə aparmışlar. Hal-hazırda regionlarımızda yaşayan el sənətkarları əcdadlarımızdan gələn bu sənəti yaşadaraq gələcək nəsillərə çatdırırlar. Aşıq sənətinin ən çox yayıldığı rayonlarımızdan biriTovuz rayonudur ki, burada çoxlu sənət insanları yetişib. Bunlar arasında Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, Əlimərdanlı Nəcəf, Çopur Ələsgər, Həsən Mülklü, Əziz Məftun, Aydın Çobanoğlu, Aşıq Əkbər, Aşıq İmran, Aşıq Zülfiyyə, Aşıq Samirə, Gülarə Azaflı, İdris Alakollu, Aşıq Məcid Qasımov və digər aşıqlar rayonun sənət dünyasının çiçəklənməsində misilsiz xidmətləri var. Məmməd İsmayıl, İsa Cavadoğlu, Səlim Sinədəftər, Rasim Kərimli, Mikayıl Bozal, Şahlar Qəribli, Elman Tovuz, Ehtiram İlham, Əkbər Qoşalı və digər şairlərin şeir nümunələri rayon ədəbi mühitinin zənginləşməsinə səbəb olur. Bu yazımızda isə Aşıq İdris Alakolludan söhbət açacağıq.

Novruz bayramında tətillə bağlı rayona istirahətə getmişdimbu günlərimi dəyərləndirmək üçün yenə qələmə sarılır, yeni sənət insanlarının axtarışına çıxır və kitablar mütaliə edirdim. Bu dəfə rayonumuzda tanınmış aşıqlardan olan İdris Alakollu ilə görüşmək istəyim məni rahat buraxmırdı. Tanınmış şair-pedaqoq İsa Cavadoğlundan xahiş edim ki, məni dostu ilə görüşdürsün. Bu təklifimi səmimiyyətlə qəbul edən İsa müəllim İdris Alakollu ilə tanışlığımıza səbəb oldu. İsa müəllim, mən və dəyərli dostumuz Mübariz Hüseynağalı ilə birlikdə İdris müəllimlə görüşmək üçün Alakol kəndinə yollandıq. Görüşümüz kəndin mərkəzində olan çayxanaların birində baş tutdu.

83 yaşını sevinclə yaşayan qocaman el sənətkarı İdris Alakollunu gümrah görmək bizi çox sevindirdi və insanın yaşamaq eşqinə sözün əsl mənasında vurulduq. Uca Allahdan el sənətkarına uzun ömür və cansağlığı arzu edirəm. İdris Alakollu 1934-cü ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Orta təhsilini Alakol kənd orta məktəbində alıb. Gözünü açıb, ağlı kəsəndən Tovuzun böyükazman aşıqlarını görüb və dinləyib. Çox erkən çağlarından şeirə böyük həvəsi olub və gənclik illərindən ürəyəyatan şeirlər yazıb. Hər şeiridövrünün aşıq və el şairlərini düşündürüb, heyran edib. Düz 60 il saz sinəsində el məclislərində, dövlət tədbirlərində, rəsmi konsert salonlarında, festival və müsabiqələrdə böyük ilhamla çalıb-çağırıb. Azərbaycan aşıqlarının 4 və 5-ci qurultayına nümayəndə seçilib. Tovuz Rayon Mədəniyyət Şöbəsinin ansamblında yorulmadan uzun illər iştirak edib. İdris Alakollu ustad aşıq Mikayıl Azaflının şəyirdi (şagirdi) olubona şeirlər də həsr edib. Onun sevilən şeirləri aşıqlar tərəfindən də oxunurel-oba arasında yayılmaqdadır.

Aşıq yaradıcılığında üstün olan şeir yaradıcılığından biri də qıfılbənddir. Şairlərin yaradıcılığında qıfılbəndlərə az rast gəlinməsinə baxmayaraq, əksər aşıqların poeziya dünyasında qıfılbəndlər var. Oxucu üçün də maraqlı olan şeirin bu forması söz sərrafından dərin zəka, elm tələb edir. Aşıq İdris Alakollunun şeirlərində belə qıfılbəndlərə rast gəlmək mümkündür. İdris AlakollununKimidir” qıfılbənd divanisi buna misaldır.

Bir gün bir əcaib gördüm,

Canlı insan kimidir.

Yüz əlli gün yuxu yatır,

Yeri zindan kimidir.

Bir bağbandır, iki alma,

İki heyva, iki nar.

İki ustad, iki şəyird,

O, bağban kimidir.

Aşıqların üstün cəhətlərindən biri əhvalat yaratma qabiliyyətidir ki, bu da ustad aşıqlara aid edilən sənətin dəyərli amillərindən biridir. Çox təəssüf ki, hal-hazırda aşıqlarda belə əhvalatlara çox az rast gəlirik. Baxmayaraq ki, bu cür əhvalatlar qısa zaman kəsiyində daha çox şöhrət qazanır, el-oba arasında yayılır aşığın adının sürətlə yayılmasına səbəb olur. Maraqlıdır ki, bu cür əhvalatlar həm nəsr nəzmin vəhdəti əsasında, həm sırf nəzm əsasında yarana bilər. Ən çətin yazılan əhvalat isə, şübhəsiz ki, nəzmlə yazılan əhvalatlardır. Nəzmlə yazılan əhvalatlar aşıq şairlərdən böyük bilik nümayiş etdirməsini tələb edir. Biz Aşıq İdris Alakollunun yaradıcılığını incələdikdə belə əhvalatlara rast gəlirik. Tovuz aşıqları arasında İdris Alakollunun adını çəkəcəyimiz yaratdığı əhvalatlar onun şöhrətini daha da artırmışdır. AşığınAşıq Əsədullanın qaz əhvalatı”, “Bəşir müəllimin saz əhvalatı”, “Mülklü Həsənin nar əhvalatıkimi əhvalatları aşıqların dillərində ildırım sürəti ilə el-oba arasında yayılmışdır. Bu əhvalatlardanAşıq Əsədullanın qaz əhvalatıMülklü Həsənin nar əhvalatınəzmlə yazılıb.

Aşığın poeziya dünyası da, xüsusilə maraqlıdır. Qələmə aldığı qoşmalar, divanilər, gəraylılar s. şeir formaları oxucuların diqqətindən kənarda qalmır. İdris AlakollununOlmasaadlı qoşması heç bir ustadnamədən geri qalmır.

 

Olmasa

Həqiqət gül açar, laləzar olar,

Tələ qurub, böhtan atan olmasa.

Dostlar bir-birinə mehriban olar,

Fitnə verib, ara qatan olmasa.

 

Fələk çoxlarını tənabdan asdı,

Ağlatdı kimini yaralı-yaslı.

Neynirsən gen günü, hər yetən dostu,

Dar günündə hoya çatan olmasa.

 

Dünya fanidir, boş məzar,

Yaradan hər kəsə bir qismət yazar,

Mülkünə top dəysin, a mərdimazar,

Aləm cənnət olar, şeytan olmasa.

 

Yaxşı şeydi ağıl, vəfa, mərifət,

Doğru ilqar, iman, düzgün sədaqət.

Pozulmazdı başdan şirin məhəbbət,

Eşqini dövlətə satan olmasa.

 

İdris, bu sözlərin bənzər gövhərə,

Pay götürsün bu kəlmədən qoy hərə,

Kişinin şöhrəti düşər dillərə,

Namərd kölgəsində yatan olmasa.

İdris Alakollunun Aşıq Şəmşirin vəfatı münasibətilə yazdığıAğladımıqoşması yüksək poetik tutuma malikdir. Şeir poeziyanın klassik qanunlarının mükəmməl qorunduğunu göstərir. Bir sözlə, bu qoşma tam səmimi yazılıb ürəyin ən həyəcanlı hislərini ifadə edir.

 

Ağladımı

Ay Əli, Şəmşirin matəm köçündə,

Bir de görüm, tamam el ağladımı?

Dəlidağ hayqırıb, haray salanda

Tufan ağladımı, yel ağladımı?

 

Taxtadüz, İstisu nalə çəkdimi?

Lalələr, nərgizlər qan-yaş tökdümü?

Bənövşə yas tutub boynun bükdümü?

Çəmən ağladımı, gül ağladımı?

 

Gördünmü röyada Növrəs İmanı?

Ələsgər hönkürüb tökdümü qanı?

Ağdabanlı Qurban çəkib fəğanı,

Sənət dünyasında ləl ağladımı?

 

Vurğundan söz salıb, o matəm çağı,

Gəzdinmi, xəyalən min bir oylağı?

De, yas saxladımı Ceyran bulağı?

Tərtər inlədimi, sel ağladımı?

 

Qəmbər gözlərinə torpaq tökəndə,

Şahpər dönə-dönə ah-vay çəkəndə,

Güllü nənə baxıb boyun bükəndə

birçəkdə solğun tel ağladımı?

 

Şamil baş ucunda gəlib durdumu?

Bəhmən, Qəmkeş, İdris halın sordumu?

Məmməd Aslan sözdən büsat qurdumu?

Qələm titrədimi, əl ağladımı?

 

Alakollu İdris illətə şərik,

Sizin bu kədərə, möhnətə şərik,

Çarəsiz hicrana, həsrətə şərik,

Ürək sızladımı, dil ağladımı?

12 dekabr 1980-ci il

 

Aşıq İdris Alakollu, həmçininQaçaq Kərəmin Xınna səfəridastanını da qələmə alıb. Bunlarla yanaşı, Tovuz rayonunun aşıq mühiti haqqında mükəmməl biliklərə malik olan qocaman bir sənətkardır. Bu gün aşığın apardığı toy mərasimləri haqqında eldə, obada ağızdolusu danışırlar. Ömrünün böyük bir hissəsini aşıq sənətinə həsr edən 80 yaşı keçmiş qocaman el sənətkarı Aşıq İdris Alakolluya uca Allahdan uzun ömür cansağlığı arzu edirəm.

 

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.-2018.-6 aprel.-S.15.