“Gənclərimiz dövlətin
etimadını hər addımda doğruldurlar”
Müsahibimiz Bakı Dövlət
Universitetinin doktorantı, ADPU-nun rektor köməkçisi
Riyad Rüstəmlidir.
Riyad Rüstəmli Bakı Dövlət
Universitetinin Politologiya və sosiaologiya kafedrasının
doktorantıdır. Onun məqalələri
respublikamızın və digər ölkələrin
nüfuzlu elmi məcmuələrində işıq
üzü görür. Bundan əlavə o, mütəmadi
olaraq ümumrespublika və beynəlxalq konfranslarda elmi məruzələrlə
çıxış edir.
Riyad
Rüstəmli hələ universitet illərində Sosial Elmlər
və Psixologiya fakütləsinin Gənclər Təşkilatının
sədri olub. 2009-2013-cu illərdə Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının
(ATGTI) layihələr Koordinatoru, is icraçısı kimi
könüllu fəaliyyət göstərib. 2012-2013-cü
ilin tədris ilində BDU-da “İlin ən yaxşı tələbəsi”
müsabiqəsinin qalibi olub.
2010-2013-cü
ildə SIFE (Students In Free Enterprisers ) komandasının rəhbəri
kimi “Ali məktəblər arası ən yaxşı sosial
layihə” nominasiyasının qalibi olaraq, ona göstərilən
etimadı doğrultmuşdur. 2011-ci ildə MDB Gənc Liderləri
üçün təşkil olunmuş düşərgənin
qalib komandasının rəhbəri olaraq vətəninə
növbəti uğuru qazandırıb. Düşərgənin
“Ən yaxşi kapitan”ı nominasiyanin qalibi seçilib.
2016-cı
ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor
köməkçisi vəzifəsinə təyin
edilmişdir. Yeni Azərbaycan Partiyasının gənc
üzvlərindəndir.2 fevral 2018-ci il tarixində Gənclər
Günü münasibətilə Yeni Azərbaycan
Partiyasının Sədr müavini və İcra katibi Əli
Əhmədov tərəfindən fəxri fərmanla təltif
edilib.
-Riyad müəllim, Azərbaycanda
həyata keçirilən dövlət gənclər siyasəti
haqqında fikirlənizi bilmək maraqlı olardı.
-Ölkəmizdə
həyata keçirilən siyasətin başlıca istiqamətlərindən
biri də gənclərə dövlət dəstəyinin
gücləndirilməsi, onlara hərtərəfli diqqət
göstərilməsidir.Hər bir dövlətin əsas
missiyası gələcəyini etibar edəcəyi nəsil
hazırlamaqdır. Bu gün Azərbaycanda gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycan gəncliyi ictimai həyatın bütün
sferalarında aktiv fəaliyyəti ilə seçilir və
siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayır. Dövlətin
gənclərin fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə
cəmiyyətin əsas qüvvəsinə çevrilib. Son
illərdə respublikamızın əksər regionlarında
müasir standartlara cavab verən Gənclər mərkəzləri,
Uşaq yaradıcılıq mərkəzləri istifadəyə
verilib, orta və ali təhsil ocaqları müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Bu
gün ölkədə gənc nəslə diqqət və
qayğı dövlətin ən mühüm fəaliyyət
istiqamətlərindən birinə çevrilib. Azərbaycan gənclərinin
təşkilatlanması əsas məqsədlərdən biri
kimi qarşıya qoyulub. Uğurla həyata keçirilən
dövlət gənclər siyasəti bu gün gənclərin
ölkə həyatının bütün sahələrindəki
fəallığını daha da artırıb. Azərbaycanda
gənclərin inkişafı üçün dövlət səviyyəsində
kifayət qədər işlər görülüb, uşaq
və gənclərin qeyri-hökumət təşkilatlarının
yaradılması, fəaliyyətlərinin təşkili
üçün şərait yaradılıb.
Azərbaycan
gənclərinin müasir, inkişaf etmiş, yüksək
intellektli aparıcı qüvvə kimi formalaşmasında,
birmənalı olaraq, dövlətimizin apardığı gənclər
siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə
xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O,
həmişə gənclərimizə böyük ümidlər
bəsləyib, onları “Azərbaycanın gələcəyi”
adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın
gələcəyi etibarlı əllərdədir. 1997-ci ildən
etibarən hər il fevral ayının 2-si respublikamızda Gənclər
Günü kimi qeyd edilir. Bu bayram Azərbaycan gənclərinə
ümummilli lider Heydər Əliyevin bir hədiyyəsi və
gəncliyə göstərilən diqqət və
qayğının nümunəsidir. Gənclər Günü
MDB məkanı və Şərqi Avropa ölkələri
arasında ilk dəfə Azərbaycanda keçirilib. Dünya
üzrə isə 1998-ci ildən etibarən Birləşmiş
Millətlər Təşkilatının qərarı ilə
avqust ayının 12-də Ümumdünya Gənclər
Günü kimi qeyd edilir. Azərbaycanda dövlət gənslər
siyasətinə aid bir sıra dövlət proqramları, Azəbaycan
Respublikasının qanunları tətbiq edilib və ölkədə
yaradıcı, istedadlı gənclərə dövlət
qayğısı gündən-günə artır.
Ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
gənclər siyasəti bu gün Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezidentin 2005-ci ildə imzaladığı “Azərbaycan Gəncliyi
Dövlət Proqramı” (2005-2009-cu illər) məqsədinə
uyğun olaraq icra olunmuş və qarşıya qoyulan vəzifələr
yüksək səviyyədə həyata
keçirilmişdir. Bundan əlavə 2011-ci il dekabrın
19-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu”
yaradılmışdır.
Prezident
İlham Əliyevin s “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə”
Dövlət Proqramının təsdiq etmişdir. Dövlət
Proqramının məqsədi Azərbaycanda gənclər
siyasətinin daha səmərəli həyata keçirilməsinə
nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin
fəal iştirakına şərait yaratmaq, onların
yaradıcı və innovativ potensialının üzə
çıxarılmasını dəstəkləmək, gənc
nəslin sağlamlığını qorumaq, gənclərin
təhsil və məşğulluq məsələlərinə
diqqəti artırmaq, müasir informasiya-kommunikasiya
texnologiyalarından səmərəli istifadə etmək,
ölkədə könüllülük hərəkatını
inkişaf etdirməkdir.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva da öz diqqət və qayğısını gənclərdən
əsirgəmir. Belə ki, onun sədrliyi ilə Bakıda
"Gənclərin məşğulluq sammiti" uğurla həyata
keçirilmişdir.
-Ümumilikdə
Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında
iştirak səviyyəsini necə qiymətləndirmək
olar?
-Bu
gün gənclər ölkənin ictimi-siyasi həyatında
aktivdirlər. Gənclər siyasi proseslərdə fəal
şəkildə iştirak edirlər. Bundan başqa fəal gənclərin,
eləcə də gənclər təşkilatlarının
layihələri həm Gənclər və İdman Nazirliyi, həm
də Prezident yanında Gənclər Fondu tərəfindən
maliyyələşdirilir. Bununla da gənclərin ictimai-siyasi
aktivliyi bir qədər də artır. Yeni Azərbaycan
Partiyasının Gənclər Birliyinin sıralarında 200
minə yaxın gəncin olması, həmin gənclərdən
böyük əksəriyyətinin daha aktiv fəaliyyət
göstərməsini deyilənlərə misal göstərmək
olar. Bu gün öndə olan fəal gənclərin məhz
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil
olunması da bizi sevindirir.
Xüsusi
olaraq onu da qeyd edim ki, Leyla xanım Əliyevanın rəhbərlik
etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatı
(AMOR) Rusiya Federasiyasında yaşayan və təhsil alan azərbaycanlı
gənclərin bir araya gətirilərək diaspor və
lobbiçilik işinə cəlb olunmasında, onların fəaliyyətlərinin
əlaqələndirilməsində, gənclərlə
bağlı müxtəlif tədbirlərin keçirilməsində,
onları maraqlandıran mövzularda müzakirələrin
aparılmasında xüsusi rol oynayır. Gənclər və
İdman Nazirliyi gənclərimizin intellektual, mədəni
inkişafı üçün nəzərdə tutulan layihələrin
dəstəklənməsində, davamlı olmasında
maraqlıdır. İstedadlı gənclərlə iş sahəsində
normativ-hüquqi bazanın təkmilləşdirilməsi
üçün mühüm işlər
görülmüşdür.
- Bir
intellektual və fəal gənc olaraq həmyaşıdlarınıza
nə məsləhət görürsünüz?
-Hazırda
dövlət gənclər siyasətinin apardığı
uğurlu işlər nəticəsində aktiv gənclərin
mədəniyyət, incəsənət, idman, elm, təhsil,
texnologiya və başqa sahələrdə öz
istedadlarını və qazandıqları uğurları
layiqincə nümayiş etdirə bilir. Əgər əvvəllər
istedadlı Azərbaycan gənci öz potensialını
üzə çıxarmaq üçün şəraitin
olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət
tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin
yetişməsi üçün ölkəmizdə dövlət
tərəfindən lazımi şərait yaradılıb. Həqiqətən
də bu gün Azərbaycanda gənclər siyasətinin
qarşısında duran əsas məqsədlər, əsasən,
bu sahənin intellektual səviyyəsinin artırılması,
gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə
yiyələnmələrinə nail olunması, iqtisadi amillər
– yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin
yüksək olması, onların arasında azərbaycançılıq
ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi,
gənclərimizin dövlət və hökumət
strukturlarında geniş təmsil olunması və s. prioritet
məsələlərdir.
Sonda
onu da qeyd etmək istərdim ki, Azərbaycan dövləti
ölkə gənclərinin bütün problemlərini həll
edib, onlara hərtərəfli qayğı və diqqət
göstərdiyi kimi, gənclərimiz də dövlətin
etimadını hər addımda doğruldur, bütün sahələrdə
xalqımıza üz ağlığı gətirirlər.
Biz hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan
gəncliyi öz dövləti və lideri ətrafında
sıx birləşmişib.
Məlahət Babayeva
Palitra 2018.- 18 aprel .- S.10.