El şairləri ədəbi proseslərdə yaxından iştirak edirlər

 

Dünyaya qayıdam min ildən sonra,

Bülbüllər səsimdən tanıya məni

Çəmənlər, çiçəklər məhəbbətimdən

Bulaqlar izimdən tanıya məni.

 

(İsa Cavadoğlu)

 

Bölgələrdə yaşayıb-yaradan el şairlərinin paytaxtdan kənarda yaşamalarına baxmayaraq, ölkədə baş verən ədəbi proseslərdə yaxından iştirak edirlər. Şübhəsiz ki, bölgə şairlərinin yaradıcılığı mətbuat səhifələrində mütəmadi çap olunur. Onların poeziya dünyası mətbuat vasitəsilə oxuculara çatdırılır və beləcə, şair-oxucu arasında sıx ünsiyyət yaranır. Belə el şairlərindən biriTovuz rayonunun Əyyublu kəndində yaşının doqquzuncu on illiyini yaşayan tanınmış şair-pedaqoq İsa Cavadoğludur. Ötən əsrdən dövri mətbuatda şeirləri çap olunan qocaman el şairinin poeziya inciləri el-oba arasında sürətlə yayılıb. İsa Cavadoğlunun şeir nümunələri qısa zaman kəsiyində aşıqların, masabəyilərin, poeziya həvəskarlarının dillərində əzbərə çevrilib. Onun yaradıcılığı haqqında mütəmadi olaraq dövri mətbuatda silsilə yazılar çap olunubbu ənənə hazırda da davam edir. Aşıq Əkbərlə olan “Gənclik” dastanı, Mikayıl Azaflı ilə olanYa qismət”, “Dünyadaşeir məktublaşmaları və “Azərbaycanam”, “Daha payızdı”, “Bülbül” və s. kimi şeirləri dillər əzbərinə çevrilib.

Şair İsa Cavadoğlunun zəngin ədəbi irsini araşdırdıqda onun şeirlərində olan bədii yükü, fəlsəfi fikirləri, sözlərdə cəmlənən dərin məna çalarlarını aydın şəkildə görmək mümkündür. İsa müəllimin “Ya qismət” şeirlər kitabınınÖn söz”ündə millət vəkili Qənirə Paşayeva yazır: “...İsa müəllim uzun yaradıcılıq yolu boyunca öz gözündən düşəsi, məzmun (dəyər) kəsb etməyən şeir yazmayıb; yaxud belə hadisəni (əslində, hadisəsizliyi!) şeirləşdirməyib”.

Hələ ötən əsrin əvvəllərində Azərbaycanda baş verən ağır ictimai-siyasi proseslərin qızğın bir dövründə ilk dəfə olaraq qələmə aldığı “Heydər baba” poeması isə öz tədqiqatçılarını gözləyir. İsa Cavadoğlunun bir neçə kitabı işıq üzü görüb ki, bunlardan ən irihəcmlisi külliyyatının cəmləndiyi “Ya qismət” şeirlər kitabıdır. Həmin kitab 2010-cu ildə “Nurlan” nəşriyyatında “Ön söz” müəllifi Qənirə Paşayeva, redaktoru Xalq şairi Zəlimxan Yaqub və rəyçiləri filologiya elmləri doktoru Qəzənfər Paşayev, şair Bağban Baba olmaqla böyük tirajla oxucuların ixtiyarına verilib.               

Şeir daha çox ədəbi-tənqidə forma cəhətdən yox, məzmun baxımından məruz qalır. Yazılan şeirlərdə birinci bənddən tutmuş axırıncı bəndə kimi məzmun yaxınlığı olmalıdır. Qafiyə xatirinə məzmundan uzaqlaşmaq olmaz. Bu şeirin məzmun baxımından zəifliyinin göstəricisidir. Ustalıqla yazılan şeirlərdə birinci bənddə ortaya qoyulan yeni fikir (və ya problem) axırıncı bənddə tamamlanmalıdır. Çox zaman yeni yazılan şeirlərdə bunlara rast gələ bilmirik. Ancaq İsa Cavadoğlunun şeirlərində ədəbiyyat nəzəriyyəsinin mükəmməl qorunduğunun şahidi oluruq və belə şeirlər ədəbi-tənqidçiləri də daha çox maraqlandırır. İsa müəllimin şeirlərində bənzətmələr də diqqəti cəlb edir. Şairin yaradıcılığında bənzətmələr məntiqi-bədii təfəkkürə əsaslanır, bədii təsvir və ifadə vasitələrinə söykənən gözəl şeir nümunələridir.

Bu gün şairlərin məktublaşması günümüzün oxucuları tərəfindən maraqla qarşılanır və sevilir. Belə məktublaşmalar ədəbi mühitimizin inkişafında özünəməxsus rol oynayır. Həmin məktublaşmalar əsasında yeni şeir nümunələri meydana gəlir ki, bu da şeirsevərlərin ürəyincədir. Qocaman şair İsa Cavadoğlunun yaradıcılığında məktublaşmalar əsasında meydana gələn şeir nümunələri olduqca zəngindir. Şair dostları ilə zaman-zaman məktublar əsasında yaratdığı şeir nümunələri də bu gün sözsevərlər tərəfindən maraqla qarşılanır. Ədəbiyyatımızda da şairlərin şeirlə məktublaşmaları əsasında gözəl şeir nümunələri yaranıb.

AYB-in üzvü, qocaman şair İsa Cavadoğlu ilə AYB-in Qazax filialının sədri şair Barat Vüsalın şeirlə məktublaşmaları da diqqəti cəlb edir.

Şair Barat Vüsalında yaradıcılığı zəngin, maraqlı və diqqəti cəlb edəndir. Onun şeirlərində ustalıq hiss olunur. Barat müəllim “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. Barat Vüsal şair Cavadoğlunun ən yaxın qələm dostlarından biridir. Öncə AYB-in Qazax filialının sədri şair Barat Vüsalın tanınmış şair-pedaqoq İsa Cavadoğluya ünvanladığı “Ömür sahibişeirini təqdim edirik:

 

ÖMÜR SAHİBİ

 

İsa Cavadoğlu halalın olsun

O müəllim ömrü, o şair ömrü!

Yaşamır özündən ötrü yaşayan,

Hər kim ki yaşadır... yaşayır ömrü!

 

Azara deyirəm, az ara bizi,

Salma azar üstdən azara bizi.

Alverçi donunda bazara bizi

Çəkənlər, görəsən, sayır ömrü?!

 

Mənə Araz ömrü, Kür ömrü gərək,

Mənə ocaq ömrü, pir ömrü gərək,

Mənə yüz ömür yox, bir ömür gərək,

İstəmirəm özgə sair ömrü!

 

Könüldə daşınan gözəl yük ollam,

Gözəllik yanında gözəl yük ollam,

İstəsən dağdağan, üzərrik ollam,

Sənə göz dəyməsin, ya şair ömrü!

 

Olanda olasan könül sahibi,

Ömrü Əzrayıl yox, gömür sahibi,

Barat, deyim kimdi, ömür sahibi,

Ömür onu sevir, o sevir ömrü!

İndi isə doxsan yaşın astanasında olan tanınmış el şairi İsa Cavadoğlunun qələm dostuna cavabına nəzər yetirək:

 

ŞAİR ÖMRÜNƏ

 

Əziz qələm dostum, Barat müəllim,

Şeirin ürəkdir şair ömrünə!

Məni səsləyirsən yenə zirvəyə,

Bu da bir köməkdir şair ömrünə!

 

Dünyanın, varlığın sirri, sualı,

Bəşəri duyğusu, ağlı, kamalı,

Yaxşılıq, gözəllik, eşqi, amalı,

Əbədi diləkdir şair ömrünə!

 

Zərbələr alsa da qaragüruhdan,

Şair olan kimsə düşməz ruhdan!

İlahi töhfədir uca Allahdan,

Şeirlər çələngdir şair ömrünə!

 

Hərənin qəlbində bir aslan yatır,

Çoxları qərq olur, məhv olur, batır,

Kim ki o əlçatmaz zirvəyə çatır,

Qələbə fərəhdir şair ömrünə!

 

Səsi çatmadı heç o zirvəyə,

Mən yolçusuyam o yolun”-, deyə,

qaldı İsadan, bəs gələcəyə?!

Bu sual gərəkdir şair ömrünə...

Tovuza gedərkən bir gün adətim üzrə İsa müəllimlə kənd çayxanalarının birində oturmuşduq. Həmişəki kimi, yenə söhbətimiz ədəbiyyatla bağlı idi. Müəllimdən xahiş elədim ki, yeni yazdığınız çap olunmayan şeirlərinizdən birini mənə hədiyyə verin. Bu təklifimi İsa müəllimin xoş qarşılamağı məni sevindirdi. 87 yaşında olan qocaman söz insanı İsa Cavadoğlu mənə aşağıdakı qoşmanı verdi oxucu, yəqin şeirlə tanış olduqda 87 il yaşanan ömrü qiymətləndirəcək.

 

ÖMRÜMÜN

 

Qayğılar içində yaranan gündən

Bir vaxt açıldı başı ömrümün?

Bahardan payıza əsdi yel kimi,

Üst-üstə qalandı yaşı ömrümün.

 

Eşqi-həvəsləri, cəvahiratı,

Hamısı məhv oldu, söndü, əridi,

Bir quru cəsədi hələ diridi,

Soğula-soğula huşu ömrümün.

 

İsa gecə-gündüz ahu-baydadır,

Ayları-günləri sayhasaydadı,

Bu necə həyatdı, bu qaydadı?

Yaman uzun çəkdi qışı ömrümün.

17.09.2017

Qoşma xalq ruhuna ən yaxın olan şeir formasıdır. Qoşmalar xalqın əsrlərlə yaddaşında yaşayan, sevinc kədərini özündə yaşadan şeirin ən sevilən forması kimi, şairlərin ən çox müraciət etdiyi şeir formasıdır. Bu gün qoşmalar xalq arasında da çox oxunur yayılır. İsa müəllimin qoşmaları isə öz şirinliyi, gözəlliyi, təravətliliyi ilə oxucuların zövqlərini oxşayır. Gəraylı da şairlərin ən çox müraciət etdiyi şeir növüdür. İsa müəllimin şeir məktublaşmalarında Şamil Əsgərovla olanŞair ömrüşeiri oxucu diqqətini cəlb edir. İsa müəllim məktubda qələm dostuna yazır:

 

ŞAİR ÖMRÜ

Tarix boyu keşməkeşli,

Qovğalıdır şair ömrü!

Həyat ilə, dövran ilə,

Davalıdır şair ömrü!

 

Qılıncları qırıb keçər,

Qanunları cırıb keçər,

Sərhədləri yarıb keçər,

Nəvalıdır şair ömrü!

 

Hər yetənə yovuşmaz o,

Hər cür dəbə uyuşmaz o.

«Bir cahana sığışmaz» o,

Havalıdır şair ömrü!

 

İsa qurban belə ömrə,

Şair dostum, ona görə,

Əsrlərdən-əsrlərə,

Sədalıdır şair ömrü!

1979

İndi isə şairin qələm dostu olan Şamil Əsgərovun İsa Cavadoğluya cavab olaraq ünvanladığı məktubundakı şeirə nəzər yetirək:

 

ŞAİR ÖMRÜ

Düz deyirsən, çox davalı,

Şavalıdır şair ömrü!

Əzəldən öz həyatının

Zavalıdır şair ömrü.

 

El dərdidir onun dərdi,

Qəm yükünü çəkən nərdi.

Düşdüyü bir ağır şərdi,

Bəlalıdır şair ömrü!

 

Qamçıladı zamanını,

Axtarmadı ad-sanını,

El-obanın tar-kamanı,

Qavalıdır şair ömrü!

 

Köklənibdir sazı bəmdən,

Ayrılmadı gözü nəmdən,

Şamil görüb qəlbi qəmdən.

Yuvalıdır şair ömrü!

1979

İsa müəllimin şeirləri xalq ruhuna yaxındır. Şairin şeirləri el arasında tez yayılıb və sevilir. Şair ədəbiyyat müəllimi olduğu üçün onun şeirlərində nəzəri qaydalar mükəmməl qorunur, artıq sözlərə rast gəlinmir və ədəbi-tənqidçilər üçün də tədqiqatyönlü yaradıcılıq, irs miras qoyur. Şair İsa Cavadoğlunun şeirləri heçxalq şairlərinin yaradıcılığından da ciddi şəkildə fərqlənmir. Onun satirik şeirləri oxucular arasında daha çox şöhrət tapmışdır.

Gözəl ağsaqqalımız, şair-pedaqoq İsa Cavadoğluya və tanınmış ədəbiyyat insanı şair Barat Vüsala uzun ömür və yaradıcılıqlarında cansağlığı arzu edirəm.

 

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.-2018.-19 aprel.-S.13.