Ali təhsil sisteminin
inkişafı zamanın tələbidir
Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyasında təhsil sahəsində
insan resurslarının müasirləşdirilməsini, təhsilin
məzmununun səmərəli mənimsənilməsini,
innovativ təlim metodlarının həyata keçirilməsini
təmin edən səriştəli təhsilverənin
formalaşdırılması, strateji bir istiqamət kimi dəyərləndirilir.
Pedaqoji ali təhsil sisteminin inkişafının
müasir mərhələsi, elmi nailiyyətlərin vacib nəticələrini
özündə əks etdirən, yeni təhsil
standartlarının işlənilməsi və tətbiqi ilə
xarakterizə olunur. Heç şübhəsiz,
bu halda təhsilin fundamentallığının
saxlanılması ən vacib məsələ kimi nəzərə
alınır. Qeyd etmək lazımdır
ki, hazırda tələb olunan informasiyanın öyrənənlər
tərəfindən qəbul olunaraq mənimsənilməsində
olan problemlər ilbəil artdığından və mürəkkəbləşdiyindən
tədris-təlim prosesində bunların xarakterik xüsusiyyətlərinin
nəzərə alınması tələb olunur. Fikrimizcə, bunların səbəbi, hələ də
tədris prosesində informasiya cəmiyyətinin tələblərinə
cavab verməyən və pedaqoji elmin müasir nəzəriyyələrinin
əsas müddəalarını ödəməyən,
köhnəlmiş texnologiyalardan istifadə olunması ilə
bağlıdır. Son illərdə inkişaf etmiş
aparıcı ölkələrin ali təhsil
sistemində artıq kompetensialı səriştəli tədris-təlim
prosesinin qurulması və səriştəli yanaşma modeli
geniş tətbiq olunmağa başlamışdır. Səriştəlilik
praktiki təfəkkürün yüksək inkişaf səviyyəsini
nəzərdə tutmasına baxmayaraq, hazırda tədris-təlim
prosesi müxtəlif pedaqoji ali təhsil
müəssisələrində köhnəlmiş
yanaşmalardan istifadə olunaraq, müəyyən
informasiyanın hələ də sadə yadda
saxlanılmasına yönəlmişdir. Araşdırmalar
göstərir ki, bu səbəbdən gənclərin
düşüncə tərzi hazırda abstrak qurulsa çox
da istiqamətlənməyən bədii-emosional xarakter
daşıyır. Ona görə də,
hazırda emosional məna daşıyan hadisələrin,
proseslərin mənimsənilməsi üstünlük təşkil
edir. Bunların hamısı, yəni tədris-təlim
prosesi ilə bağlı informasiyaların şərhinin, əsasən
şifahi üslubda verilməsi koqnitiv uyğunsuzluğa gətirib
çıxarır. Pedaqoji yönümlü ali təhsil müəssisələrində
müxtəlif proseslərlə bağlı istifadəsi məqbul
hesab edilən informasiyalardan daha çox, hazırda onlarla
ziddiyyət təşkil edən alternativ informasiya mənbələrindən
istifadəyə çox böyük ehtiyac duyulur. Alternativ informasiyanın üstünlüyü bir də
onunla bağlıdır ki, prosesin dərk olunması fərdi
xarakter daşıyır. Bunların hamısını,
hazırda nə məktəb təlimi, nə də ali təhsil təmin edə bilmir.
Pedaqoji kadr hazırlığı sistemində pozitiv
dinamikanın müasir tələblərə cavab verməməsinin
bir səbəbi də istifadə olunan ənənəvi təlim
texnologiyalarının, əsasən, idrak sferasına istinad
etməməsi ilə bağlıdır. İnsan
psixikası qeyri-şüuri (qeyri-iradi) sferada baş verən
proseslər hesabına da öz aktivliyini
saxladığından, hökmən təlim prosesində
bunlar da nəzərə alınmalıdır. Araşdırmalar göstərir ki, qeyri-iradi hadisələr
ünsiyyət, düşünmə, emosional təsirlənmə
və hərəki aktivlik kimi müxtəlif stereotipləri əhəmiyyətli
dərəcədə aktivləşdirir. Baxmayaraq
ki, psixi aktivliyin çoxlu sayda əxlaq (davranış)
stereotipləri vardır, fərdilik çox dar bir diapazonda
şaxələndirilmiş sxemlərdən istifadə edə
bilir. Bəs bunlar təhsilverənin
müxtəlif fəaliyyət növlərinin müvvəffəqiyyətinə
nejə təsir göstərir? Maraqlıdır,
hansı təlim metodları müxtəlif təfəkkür
və ünsiyyət stereotiplərinə malik təhsilalanlar
üçün daha effektlidir, hansı kommunikativ və
koqnitiv strategiyaları korrektə etmək, hansı interaktiv
metodları inkişaf etdirmək və gücləndirmək
lazımdır? Bu problemlərin
hamısı yeni təlim texnologiyalarının işlənilməsini
tələb edir. Sual olunur, müasir təlim
texnologiyaları hansı məhsuldar koqnitiv stereotipləri
ayırd etməlidir? Bütün bunlar
praktikada baş verən problemlər çərçivəsində
formalaşır və uyğun olaraq praktik təffəkürlə
əlaqədardır. Ona görə də
formal-məntiqi təffəkkür konvergent, praktik təffəkkür
isə divergentdir. Əgər formal-məntiqi
təffəkkür, yaxşı təşkil edilmiş və
mütəşəkkil pedaqoji tədris-təlim prosesində
formalaşırsa, əsasən, simvolik rəmzi informasiyadan
istifadə edirsə, praktik təffəkkür yüksək səviyyədə
sürətə əsaslanır. Beləliklə, təhsil
sisteminin verdiyi və ya təsilalanların tədris-təlim
prosesində qazandıqları biliklər sisitemi ilə,
başqa mənbələrdən, ilk növbədə elektron
vasitələrdən əldə edilmiş eklektik
(eklektizm-bir-birinə zidd olan fikir və nəzəriyyələrin
mexaniki olaraq birləşdirilməsi) informasiyalar arasındaki
ziddiyətlərin mövcudluğu pedaqoji ali
təhsil sisteminin inkişafında olan əsas metodoloji problemlərin
həllini aktuallaşdırır. İnformasiya
cəmiyyətinin xarakterik xüsusiyyətlərinə
müvafiq təhsilin məzmununu və innovatik
texnologiyaların elmi-pedaqoji əsaslarını işləyən
zaman, nəzərə almaq lazımdır ki, informasiya şəbəkəsinin,
sadəcə olaraq, texniki vasitə kimi istifadə olunması
çoxdandır ki, artıq öz dövrünü başa
vurmuş, məxsusi semiosferaya (müxtəlif təbiətli
dillərlə doldurulmuş sfera) sahib yeni mədəniyyət
statusu almışdır. Müasir
dövrdə, elektron vasitələrilə daşınan
informasiyalarla bağlı mətnlər sensor (sezici) və
qavrayış etalonları kimi çıxış edirdisə,
pedaqoji kadr hazırlığı ilə bağlı tədris-təlim
prosesində qazanılmış biliklər sisitemi sosial
qarşılıqlı təsirlərin və davranış
normalarının tələblərini, qarşıya
qoyulmuş məqsədləri yerinə yetirməyə istiqamətlənir.
Belə xarakterli tədris-təlim prosesində
baş verən hadisələrin izahında, müasir
yanaşmalar səviyyəsində elmin rolu yüksək qiymətləndirildiyindən,
həmişə bunlar nəzərə alınaraq inkişaf təmin
edilməlidir. Nəzərə almaq
lazımdır ki, əsas dəyərlərin elmi dərk edilməsində
müxtəliflik vardır. Araşdırmalar göstərir
ki, pedaqoji ali təhsil müəssisələrində
şəxsiyyətin inkişaf prosesi yeni yanaşmalardan
(interaktiv, modul, konvergen, avtomatlaşdırılmış və
b.) istifadə edilərək, psixoloji faktorları da nəzərə
almaqla həyata keçirilməlidir. Bu prosesdə
internetin imkanlarından istifadəyə geniş şərait
yaradılmalıdır. İnformasiya cəmiyyətində
tədris materialının verbal texnologiyalar əsasında
şərh edilməsi tədris-təlim prosesində
perspektivsiz hal kimi qiymətləndirilir. Bunlar
tədris-təlim prosesində tələb olunan motivasiyanı
təmin edə bilmir. Ona görə də
təhsil sferası informasiya sahəsində hakim mövqe
tutulmalıdır. Qəbul olunan informasiyalar (təlim
prosesinə dair müxtəlif məlumatlar), yalnız
ayrı-ayrı insanlara (təhsilalanlara) kömək
üçün nəzərdə tutulmamalı, bu
informasiyalar bütövlükdə cəmiyyətin siyasi,
iqtisadi, etik, ekoloji, milli və başqa problemlərini həll
etmək, eyni zamanda insan həyatının daha xoşbəxt,
dərk edilən və başa düşülən olması
məqsədini daşımaldır. Məhz ona
görə də müasir texnologiyalar kontekst yanaşma əsasında
hazırlanmalıdır.
İnkişaf
etmiş ölkələrdə ali təhsil
sistemi, hazırda daha çox təlimin fərdiləşməsi
istiqamətində inkişaf edir. Ona görə
də təlim trayektoriyaları təhsilalan gənc müəllimlərin
həyati məqsədlərini və sağlam
düşüncə tərzini nəzərə alaraq, şəxsi
və koqnitiv bacarıqların formalaşmasını təmin
etməlidir. Belə yanaşmalar öyrənənlərdə
özünütəlim və özünütərbiyə
mexanizmlərinin formalaşdırılması əsasında
reallaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində təlim
təhsilalanların əxlaqi, şəxsi və koqnitiv keyfiyyətlərini
nəzərə alaraq, şəxsiyyətin effektiv
özünüreallaşdırılmasını təmin etməlidir.
Araşdırmalar göstərir ki, cəmiyyətdə
toplanan biliklərin həcmi hər 2-3 ildə, alim və
ixtisaslı müəllimlərin sayı isə təxminən
15 ildə iki dəfə artır. Son 100
ildə alim və səriştəli müəllimlərin
sayı təxminən 100 dəfə, biliklərin həcmi bir
trilyon dəfə artmışdır. Məlumdur ki,
universitetlərdə (xüsusi halda pedaqoji yönümlü ali təhsil müəssisələrində)
hazırda tədris-təlim prosesində tətbiq olunan
texnologiyalar, yeni təlim və pedaqoji metodlar təxminən
yüz il bundan əvvəl tətbiq olunan üsullardan
çox az fərqlənir. Bundan başqa,
informasiya cəmiyyətində təhsilverənlərin bilik mənbəyinin
potensialı və onun səviyyəsi müasir tələblərə
tam cavab vermir. Ölkəmizdə pedaqoji təhsil
sisteminin inkişafının vacib istiqamətlərindən
biri də təhsil standartlarının
liberallaşdırılmasını
(barışdırıcı mövqe, güzəştə
getmə), yəni bu standartların kadr
hazırlığında baza rolunu oynayan ali
məktəblər tərəfindən hazırlanmasına
imkanların yaradılmasını tələb edir. Xüsusi halda, belə tendensiyalar korporativ təhsil
proqramlarının reallaşdırılması istiqamətində
özünü göstərməlidir. Digər tərəfdən,
təhsilalanlarda informasiyanın elektron vasitələrinin təsirilə
baş verən şəxsi, əxlaqi və koqnitiv inkişafın
xüsusiyyətləri, pedaqoji ali təhsil
müəssisələrinə tələbə qəbulunun
forma və məzmunun yeniləşdirilməsini və tədris
prosesində keyfiyyətin qiymətləndirilməsi
üçün yeni kriteriyaların işlənilməsini tələb
edir. Pedaqoji yönümlü ali təhsil
müəssisələrinin məzunları, bu halda akademik
müvəffəqiyyətlərindən başqa,
aşağıdakı bir sıra keyfiyyətlərə də
sahib olmalıdırlar:
* formalaşmış şifahi və
yazılı kommunikativ vərdişlərə malik olmalı;
* eyni zamanda təbiət elmlərinin əsaslarına
dərindən yiyələnməli;
* informasiya texnologiyaları ilə işləmək
vərdişlərinə yiyələnməli;
* kritik (tənqidi) düşünmə qabiliyyətinə
malik olmalı;
* fasiləsiz təhsilin tələblərini
duymalı və hiss etməli;
* qruplarla işləməyi bacarmalı;
* yaradıcı və təşəbbüskar
olmalı, özünüidarədə fəal, daima işində
tələbkar olmağı və səy göstərməyi
bacarmalı;
* sağlam rəqabət şəraitində
öz işindən məmnunluk duymalı;
* mədəni qabiliyyətini beynəlxalq səviyyədə
nümayiş etdirməyi bacarmalı;
* həmişə müsbət nəticəyə
istiqamətlənməli, sərbəst qərar verməkdən
qorxmamalıdır.
Pedaqoji ali təhsil müəssisələri yeni
pedaqoji və təlim texnologiyalarının və İKT-nin tətbiqində
«beyin mərkəzi» rolunu oynamalı və cəmiyyətin
dayanıqlı inkişafını təmin etməlidir. İlkin müəllim hazırlığında
insanların fasiləsiz təhsilinin konseptual əsaslarının
işlənilməsinə, fundamental və tətbiqi xarakterli
tədqiqatların yerinə yetirilməsinə və
onların nəticələrinin pedaqoji təhsil sisteminə
operativ gətirilməsinə nail olunmalıdır. Pedaqoji təhsil geniş mənada mütəzəm
fənlərarası layihələrlə məşğul
olmalıdır. Səriştə əsaslı
təhsil, təhsil islahatlarının uğurla həyata
keçirilməsi və bütövlükdə təhsilin
inkişafı üçün vacibdir. Səriştə
əsaslı təhsil “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda həyata
keçiriləcək əsas vəzifələrdən biri
kimi qarşıya qoyulub. Tələbə-gənclərə
elmi-tədqiqat fəaliyyətinin aşılanması, onlarda
elmi-tədqiqat metodologiyalarından istifadə
bacarıqları formalaşdırılmalıdır. Bu istiqamətdə tədbirlər həyata
keçirilir. Bu vəzifələrin
uğurla həyata keçirilməsində səriştə əsaslı
təhsil mühüm rol oynayır. Səriştəli
pedaqoji kadrların hazırlanmasında təhsil sistemində
idarəetmənin və maliyyələşmənin təkminləşdirilməsi
də həlledici rol oynayır. Səriştə,
bilik, bacarıq, təcrübə qabiliyyətdir. Səriştə biliyə əsaslanır,
bacarıq və qabiliyyətin məcmusi kimi qiymətləndirilir.
Səriştə məxsusi bilikdir, spesifik
qabiliyyətdir Biliklərin praktiki istifadəsi vacibdir. Səriştə əsaslı təhsildə nəzəriyyə
ilə praktika ilə birləşdirilir, elmi-nəzəri
biliklər əməli fəaliyyətdə tətbiq edilir.
Səriştə konkret fəaliyyət nəticəsində
əldə edilir, konkret şəraitdə özünü
büruzə verir Səriştə peşəkar fəaliyyət
üçün başlıca meyardır. Səriştə əsaslı təhsil müasir
dünyada geniş yayılmış ömür boyu təhsil
üçün də vacibdir. Təhsil
müəssisələri idarəetmədə onların fəaliyyət
göstərdikləri mühitin tələblərini nəzərə
alaraq, kompetensiyalı müəllim
hazırlığını təmin etməli,
adambaşına maliyyə sisteminə keçidin təmin
olunması istiqamətində geniş, səmərəli
işlər görməlidir. İlkin
müəllim hazırlığında məzunların bilik səviyyəsini
yüksəltməklə, səriştəli mütəxəssislər
hazırlayaraq cəmiyyətdə yüksəkixtisaslı,
müasir tələblərə cavab verən, rəqabətəqabil,
geniş profilli müəllimlərin hazırlanması
üçün pedaqoji təhsil sistemində aparılan səmərəli
fəaliyyətlər sürətləndirilməlidir.
Zülfiyyə Vəliyeva
ADPU-nun “Pedaqoji təhsilin problemləri”
ETL-nin
elmi
işçisi.Respublikanın Əməkdar müəllimi
Akademik M.Mehdizadə
mükafatı laureatı.
Palitra.-2018.-19 aprel.-S.12.