Fərrux Rüstəmovun “Azərbaycan pedaqogikaşünaslığı” kitabına baxış

 

Həsən Bayramov

pedaqoji elmlər doktoru

 

 

(əvvəli ötən sayımızda)

 

Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun bu tədqiqatı təkcə həcminə, əhatə dairəsinə görə deyil, problemlərin elmi-nəzəri şərhi və analitik təfəkkür manerası ilə əsl pedaqoji hadisə hesab edilə bilər.

Tədqiqatın ən ciddi bölümlərindən biri “Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərinin tədqiqi” və “Azərbaycanda tərbiyə nəzəriyyəsinin inkişafı” məsələləri ilə bağlı araşdırmalardır. Burada müəllif elmi pedaqogikanı şərtləndirən tarixi qaynaqlarsosial-siyasi zəminin imkanlarına toxunmaqla özünün elmi qənaətlərini ümumiləşdirir.

Məlumdur ki, Azərbaycanda pedaqoji fikrin çox qədim tarixi vardır. İlk pedaqoji təsəvvürlərin təşəkkülü xalqın qədim adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur. Xalqın həyat müşahidələrinə və empirik təcrübəsinə əsasən əldə edilən pedaqoji biliklər, ilk növbədə, şifahi xalq yaradıcılığında və bədii ədəbiyyat nümunələrində əks olunmuşdur. Azərbaycanın görkəmli alimi Əliyeydər Həşimovun dili ilə desək: Bu pedaqogika, elmi pedaqogikanın beşiyi başında durmuşdur, onun ulu babasıdır” [Ə.Həşimov. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı, Maarif, 1970. səh 6]

Orta əsrlərdə Azərbaycanda ümumislam mədəniyyəti kontekstində pərvəriş tapan pedaqoji fikir XIX əsrin 30-cu illərindən rus pedaqoji fikrinin aktiv təsirinə məruz qaldı. Pedaqogikanın bir elm kimi təşəkkülünü şərtləndirən şərait meydana gəldi. Rusiyanın Azərbaycanı işğalından sonra ilk dövlət məktəblərinin yaradılması, ana dilli dərsliklərin meydana gəlməsi, ana dilində məktəblərin açılması, tədris planı və proqramların hazırlanması pedaqoji nəzəriyyələrin inkişafında mühüm rol oynadı. İlk vaxtlar təsviri xarakter daşıyan və empirik faktlara istinad edən həmin nəzəriyyələr XIX əsrin ikinci yarısından sistem halını aldı, bitkin konsepsiyalara çevrildi. Pedaqogika bir elm sahəsi kimi formalaşmağa başladı. Mütərəqqi milli ziyalılar - maarifçi pedaqoqlar Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mir Möhsün Nəvvab, Məmməd Tağı Sidqi, İsmayıl bəy Qutqaşınlı, Seyid Əzim Şirvani, Məmməd Əmin Rəsulzadə və başqaları, ali təhsilli ziyalılardan Həsən bəy Zərdabi, Məhəmməd Tağı Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, həmçinin Qori Müəllimlər Seminariyasının məzunlarının böyük bir dəstəsi (Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Fərhad Ağazadə, Nəriman Nərimanov, Süleyman Sani Axundovb.) Azərbaycanda pedaqogika elminin inkişafında mühüm rol oynadılar.

Pedaqogika bir elm kimi Avropada XVII əsrdə formalaşsa da, Azərbaycanda XIX əsrin II yarısında təşəbbüslər kimi meydana gəlmişdir.[Ə.Ağayev. Fərhad Ağazadənin pedaqoji görüşləri və fəaliyəti. Ped.elm.nam. ailmlik dərəcəsi almaq üçün təqdim edilən dissertasiya. Bakı:ADPİ, 1970, s.3]

Çarizmin Azərbaycanı işğalından sonra milli-ictimai təfəkkürdə mövcud gerçəklikdən narazılıq özünü göstərməyə başlayır və həmin ilkin etirazlar XIX əsrin qürubuna doğru təkmilləşir, hətta gələcək istiqlal konsepsiyasının əsası kimi müəyyənləşir. XX əsrin əvvəllərindən isə onlarca milli mətbuat orqanlarında həmin etiraz və şikayət notları, ictimai azadlıq konsepsiyası dövrün tələbi ilə yaranan ayrı-ayrı qurum və təşkilatlar tərəfindən milli gerçəkliyə tətbiq olunurdu. Şübhəsiz, milli istiqlal ideyalarının dolğunluğuonun səmərəli şəkildə təbliği, azad Azərbaycan vətəndaşlarının tərbiyə olunması və ictimai mübarizələr səhnəsinə atılması vəzifəsini qarşıya qoymaqla Azərbaycan gəncliyinə təlqin edirdi ki, “milli müstəqilliyə malik olmayan bir millət azadlıq və haqqını qoruya bilməz” (Məmməd Əmin Rəsulzadə). Həmin vəzifə 1918-ci ildə mayın 28-də Azərbaycanın milli müstəqilliyini elan etmiş Demokratik Respublika dövründə ləyaqət və şərəflə yerinə yetirildi. Xalq maarifinin milli ruhda, milli məzmunda təşkili, məktəblərin milliləşdirilməsi pedaqoji fikrin milli və bəşəri dəyərlər zəminində inkişafını təmin etdi.

Azərbaycanda sovet hakimiyyəti elan olunduqdan sonra pedaqogikanın bir elm kimi təşəkkülü və inkişafına təkan verən, onu şərtləndirən müəyyən siyasi-ictimai şərait yarandı. Müəyyən şərait və tələbat olmadan irəli sürülmüş elmi fikir mütərəqqi səciyyə daşımasına baxmayaraq, çox zaman tərəqqi və intişar tapmır, ideya olaraq havadan asılı qalır.

Elə bu səbəbdəndir ki, Azərbaycanda pedaqogikanın həm metodoloji, həm də nəzəri problemləri ilə bağlı ciddifundamental araşdırmalar aparılmış, əsərlər yazılmış, keçmiş İttifaq səviyyəsində Azərbaycan pedaqoq-alimləri yüksək səviyyədə təmsil olunmuşlar. Lakin Azərbaycanda pedaqogika elminin inkişaf tarixi tamsistemli şəkildə tədqiq edilmədiyi kimi, dövrləşməsi də tam müəyyənləşdirilməmiş, pedaqogika tarixi konsepsiyası (dövrləşmənin meyarları və prinsipləri) tədqiqatlardan təcrid edilmişdir. Bu sahədə də Fərrux Rüstəmovun göstərilən əsərdə ciddi təşəbbüslə çıxış etmişdir. O, əsərində yazır: “Dövrləşmənin daxili qanunauyğunluqlarına istinadən deyə bilərik ki, Azərbaycanda pedaqogika elminin dövrləşməsi Avroparus pedaqogikasının dövrləşməsi ilə tam uyğunluq təşkil edə bilməz. Azərbaycanda pedaqoji elmin inkişaf tarixini beş dövrə bölmək olar: 1) Azərbaycanda pedaqoji fikrin ilkin təşəkkül dövründən XIX əsrin 30-cu illərinə kimi; 2) Azərbaycanın Rusiya tərəfindən işğalından XX əsrin əvvəllərinə kimi; 3) 1918-1920-ci illər – birinci müstəqil Respublika dövrü; 4) 1920-ci ildən 1991-ci ilə kimi (sovet hakimiyyəti dövrü) – ikinci Respublika dövrü; 5) Müasir dövrüçüncü müstəqil Respublika dövrü. Dördüncü bölgünün özündə də daxili bir bölgü aparmaq lazım gəlir: 1920-1950-ci illər – repressiya, ehkam, şəxsiyyətə pərəstişin hakim olduğu dövr (bu dövrdə də iki mərhələni fərqləndirmək olar: 1920-1931- ci illər və 1931-1956-cı illər); 1960-1991-ci illər – yeni ictimai əxlaqın və düşüncə tərzinin təşəkkül tapmağa başladığı və yetişib bərqərar olduğu dövr. Bu dövrün tarixi sonu, finalı 1991-ci il oldu. Azərbaycan Müstəqillik Bəyannaməsi qəbul etdi. 70 illik bir dövrü (neçə-neçə əsrə bərabər inkişaf yolu keçdiyimiz yeddi on illiyi) tarixin arxivinə vermək doğru yol ola bilməz, real keçmişi səhvlə¬ri, faktları, uğurları ilə birlikdə öyrənmək ən doğru yol, obyektiv yanaşma üsuludur.” (Məncə ən optimal bölgüdür – H.B)

Pedaqogika elminin inkişafının dördüncü mərhələsində ən başlıca cəhət pedaqogika elminin xüsusi tədqiqat metodlarının yaranması, başqa sözlə, eksperiment yolu ilə daha dəqiq məlumatlar əldə etmək olmuşdur. Elm öz mövzusunu müəyyənləşdirməklə yanaşı, həm də həmin sahəni hansı yol və vasitələrin köməyi ilə araşdırmağın mümkünlüyünü də aydınlaşdırmışdır. Başqa sözlə, elmin tədqiqat metodları dəqiqləşəndə onun inkişafında yeni mərhələ başlayır.

Azərbaycanda pedaqogika elminin inkişafının sonuncu mərhələsi 1991-ci ildən sonrakı müstəqil dövlət quruculuğu dövrünü əhatə edir. Bu mərhələdə pedaqogika elmi təbii inkişaf yolu seçdi, öz müqəddəratını “marksizm-leninizm metodologiyası” ilə tədqiq etmək məcburiyyətindən qurtardı. Əvvəllər marksizm-leninizm sovet pedaqogika elminin metodoloji əsası hesab olunur, bu qəlibdən kənara çıxmağa imkan verilmirdi. Bu səbəbdən də pedaqoji problemlərin bəziləri birtərəfli izah edilir, çox zaman tarixilikelmilik prinsiplərinin tələbləri pozulur, elmi nəticə hökmən partiyanın göstərişlərinə uyğunlaşdırılırdı. Bu da, təbii ki, pedaqoji elmin inkişafını ləngidirdi. Azərbaycanda milli dövlət quruculuğu prosesinin başlanması ilə pedaqoji nəzəriyyədə əvvəllər bərqərar olmuş stereotiplərin köhnəldiyi dərk edildi, yeni pedaqoji konsepsiyalar, nəzəriyyələr irəli sürüldü. Yeni pedaqoji təfəkkür, milli qaynaqlar və ümumbəşəri dəyərlər zəminində yaranan, məktəbin inkişafına təsir edə biləcək tədqiqatlar meydana gəldi.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Respublikada təhsil sahəsində ciddi məzmun islahatları həyata keçirildi, təhsillə bağlı Avropa standartlarına cavab verən hüquqi-normativ baza yaradıldı, təhsil-tərbiyə nəzəriyyəsi yeniləşdirildi, milli təhsil və pedaqoji fikir tarixi ilə bağlı maraqlı araşdırmalar meydana gəldi, pedaqoji elmlər üzrə xeyli fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə olundu.

Müəllif tərəfindən bu məsələlər yüksək elmi-empirik səviyyədə araşdırılmışdır. Əsərin vacib istiqamətlərindən biriPedaqogikada metodoloji prinsiplərin təşəkkülü” ilə bağlı araşdırmalardır.

XX əsrin 20-ci illərində Azərbaycanda yeni cəmiyyət quruculuğu, ictimai-siyasi həyatda baş verən kəskin siyasi dəyişikliklər ictimai fikrin müxtəlif sahələrində konstruktiv, real görüşlər meydana gətirməklə yanaşı, həm də ictimai həyatın (o cümlədən məktəb həyatının) qurulması, pedaqoji nəzəriyyənin yeni metodoloji prinsiplər zəminində inkişafı məsələlərində problematik baxışlar, müxtəlif fikirideyalar, nəzəriyyə və konsepsiyalar yaratdı. Pedaqogikada metodoloji prinsiplərin (sinfilik, tarixilik, elmilik, nəzəriyyənin təcrübə ilə vəhdəti) təşəkkülü və inkişafı prosesi ağır və ziddiyyətli olmuş, 30-50-ci illərdə ciddi deformasiyaya uğramışdır. Azərbaycanda təşəkkül prosesi keçirən sovet məktəbi və pedaqogikasının özünəməxsus genezisi ondan ibarət idi ki, onun yaranması 20-ci illərin axırına kimi mütərəqqi dünya fəlsəfi nəzəriyyələrinə, 30-cu illərdən isə ancaq marksizmin metodoloji qanunlarına əsaslanırdı.

Hər cür ideoloji təhriklərə baxmayaraq Azərbaycan pedaqoqları respublikada pedaqogikanın təşəkkülü prosesində fəal iştirak edir, təşəbbüskarlıq göstərir, qabaqcıl müəllimlərin, metodistlərin təcrübələrini ümumiləşdirir, təlim və tərbiyənin yeni üsul və vasitələrini üzə çıxarır, elmi konsepsiyalar hazırlayır, tədris planları, proqramları və dərsliklər tərtib edir, təhsilin məzmununun yeni istiqamətdə formalaşdırılması üçün təklif¬lər verirdilər. Elmi-tədqiqat işinə həvəs göstərən müəllimlərin elmi-nəzəri hazırlığı onlara pedaqoji elmin metodoloji problemlərinin həllində fəal iştirak etməyə imkan verirdi.

Respublikada yetişməkdə olan gənc tədqiqatçılar nəinki pedaqoji elmin buya digər sahələrində maraqlı, orijinal nəzəri tədqiqatlar aparır, həm də dünya pedaqoji fikrinin görkəmli nümayəndələrinin fəlsəfi-pedaqoji görüşlərini araşdırmağa səy göstərir, bu istiqamətli tədqiqatların da formalaşdırılmasına çalışırdılar. Müəllif haqlı olaraq qeyd edir ki, bu da respublikamızda təşəkkül prosesi keçirən elmi pedaqogikanın milli əxlaqimənəvi dəyərlərə, tərbiyə elementlərinə əsaslanmaqla, dünyanın qabaqcıl pedaqoji fikri və təhsil təcrübəsindən, əldə edilmiş qiymətli təcrübədən, mütərəqqi ənənələrdən istifadəyə zəmin yaradırdı. Həmin dövrdə Boris Borisoviç Komarovskinin Con Dyuinin, V.L.Arxarovanın Zeydelin, P.P.Fridolinin italyan humanizm pedaqogikası nümayəndələrinin, Əhməd Seyidovun Con Lokkun, Əbdülkərim Əfəndiyevin Jan Jak Russonun, Əhməd Kazımovun Klod Adrian Helvetsinin fəlsəfi, pedaqoji, etik görüşlərinə dair apardıqları ilkin tədqiqatlar Azərbaycanda pedaqoji elmin təşəkkül prosesi keçirdiyi və hərtərəfli inkişafa başladığı şəraitdə böyük metodoloji əhəmiyyət kəsb edirdi. Bu tədqiqatlar o dövr üçün mühüm elmi-pedaqoji kimi qiymətli idi.

Pedaqoji elmin metodoloji əsaslarının müəyyənləşdirilməsindəki fikir ayrılıqları 20-ci illərin sonunda gücləndi. Bu dövrdə pedaqoji elmin müxtəlif problemləri ilə bağlı həm nəzəri, həm də empirik material toplandı.

1923-1936-cı illərin pedaqoji diskussiyası pedaqogika elminin inkişafında əhəmiyyətli rol oynadı. Ümumiyyətlə, XX əsrin 20-ci – 30-cu illərinin ümumi inqilabi pafosu pedaqogika elminin də məzmununa, ruhuna nüfuz etmişdi. Bu illərdə pedaqogika sahəsində çalışanların, praktik müəllimlərin elə bir yeni qolu formalaşmağa başladı ki, inqilab, materialist dünyagörüşü onların fəaliyyətinin ümumi istiqamətini müəyyənləşdirirdi, baxışlarında tarixi dəyişkənlik, inqilabçılıq hiss olunurdu. Həmin dövrün pedaqoji məzmunlu məqalələrində bu inqilabiliyin ruhu, onun güclü təsiri açıq-aydın nəzərə çarpırdı. Məhz onların – Mikayıl Rəhimlinin, Seyfulla Şamilovun, Saleh Xəlilovun əsərlərində müxtəlif səviyyədə, ancaq ilk dəfə pedaqoji elmin əsası kimi marksizm-leninizm metodologiyasından bəhs edildi.

Pedaqogikada metodoloji prinsiplərin deformasiyası (1930-1956-cı illər) və sonrakı illərdə inkişafı” yarımfəslində bu dövrdə müəllifin ən çox diqqət yetirdiyi məsələlərdən biri sovet dövrü elmi-pedaqoji fikrinin təhsilin inkişafı kontekstində araşdırması, onun tərkibinə elmin inkişaf meyllərini şərh etməsidir.

XX əsrin 20-ci illərinin ikinci yarısından başlanan pedaqoji diskussiyalar 30-cu illərin əvvəllərinə kimi davam etdi. Fikirlər mübarizəsi pedaqogikanın metodoloji problemləri ilə yanaşı, həm də xalq maarif sistemini, əlifba islahatını, rus dilinin hansı sinifdən başlanmasını, xarici ölkə məktəblərində tətbiq olunan təlim üsullarının Azərbaycan məktəblərinə tətbiqini əhatə edirdi. Belə fikirlər mübarizəsi heçelmi səciyyə daşıyan, elmin inkişafına xidmət edən mübahisələr deyildi. Bu, əslində , o zamanlar sinfi mübarizənin xalq maarifi sahəsində təzahür edən bir forması idi.

Pedaqoji nəzəriyyədə mühüm yer tutan diskussiyalı məsələlərdən biripedaqogika ilə siyasət arasındakı əlaqə və münasibət problemi” [Kuliniç.Pedaqoji və siyasət // “Kommunist tərbiyəsi uğrunda” jurnalı, 1938, ¹ 7-8, s.21] idi. Pedaqogika və siyasətin qarşılıqlı münasibətində iki meyil nəzərə çarpırdı: biri məktəbin siyasətdən tam azad olunması, digəri isə məktəbin yeni sosial quruculuğunproletariat diktaturasının xidmətinə verilməsi.

Tədqiqat işində ciddi məsələlərdən biri də “Pedaqogikanın anlayış-terminologiya sisteminin təkmilləşdirilməsi” məsələsinin qoyuluşudur. Pedaqogika elminin nəzəri səviyyəsi və praktik vəziyyətinin inkişaf barometri olan pedaqoji terminologiya sözün geniş mənasında təhsil, təlim və tərbiyə nəzəriyyəsi və təcrübəsində tətbiq edilən leksik vasitələr və adlar sistemidir. Dar mənada isə pedaqoji elmlər sistemində mühüm anlayışları ehtiva edən terminlərin məcmusudur.

Müəllif çox geniş arealda problemi tədqiq edərək belə bir haqlı qənaətə gəlir ki, pedaqoji anlayışların və onların ifadə vasitəsi olan terminlərin düzgün müəyyənləşdirilməsində dialektikformal məntiqin tələbləri nəzərə alınmalıdır. Belə ki:

1) verilmiş hər bir pedaqoji tərif ümumiləşdirmə baxımından mütənasib olmalıdır, yəni tərifdə ikilik, həddən artıq genişlikya məhdudluq olmamalıdır;

2) hər bir pedaqoji tərif tam, dəqiq və aydın olmalıdır, yəni tə¬rifdə hamı üçün aydın olan əlamət və xassələr göstərilməli, ikimənalılığa, mübahisə doğuran məsələlərə yol verilməməlidir;

3) hər bir pedaqoji tərif inkari deyil, iqrari olmalıdır, yəni tərifdə tərif verilənə aid olan mühüm xassə və əlamətlər göstərilməlidir. Belə olmasa, anlayışa aid olmayan xassə və əlamətin göstərilməsi tərifin inkarlığına gətirib çıxarar, onun məzmunu dəqiq dərk olunmaz;

4) tərifdə birxətlilik gözlənilməli, dövrediciliyə və tavtologiyaya yol verilməməli, yəni tərif verdiyimiz hər hansı bir anlayış onun özü vasitəsilə izah olunmalıdır;

5) pedaqoji anlayışa tərif verərkən daima dəyişmə və inkişaf prosesində götürülməli, pedaqogika elminin inkişaf səviyyəsinə uyğun gəlməyən klassik anlayış və təriflər yenisi ilə əvəz edilməlidir;

6) təriflər birtərəfli deyil, həyatla, əməli təcrübə ilə sıx vəhdətdə götürülməlidir;

7) pedaqoji tərif pedaqogika elminin strukturuna, daxili imkanına, məntiqinə, insanın yaş xüsusiyyətlərinə və intellektual səviyyəsinə uyğun gəlməlidir.

Tədqiqatın “Azərbaycanda tərbiyə nəzəriyyəsinin inkişafı” adlanan ikinci fəslinin tərbiyənin nəzəri problemlərinin tədqiqinə həsr olunmuş hissəsində qeyd olunur ki, XX əsrin 20-ci illərində Azərbaycanda sovet məktəbinin təşkili tərbiyə işinin yeni məqsəd və vəzifələrinin, məzmun və metodlarının müəyyənləşdirilməsini tələb edirdi. Məktəblərin qarşısında duran tərbiyə vəzifələri və bunların həyata keçirilmə mexanizmi, yol və vasitələri pedaqogika elminin ciddi diqqət yetirdiyi problemlərdən idi. Bununla bağlı müəllif haqlı olaraq Boris Borisoviç Komarovskinin elmi qənaətlərinə xüsusi diqqət yetirmişdir.

30 – 80-ci illərdə baş verən başlıca tədris-pedaqoji yenilikləri səbrlə araşdıran, müqayisələr aparan müəllif yazır ki, “Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektualemosional sferalarını inkişaf etdirmək, onu həyata hazırlamaq məqsədi ilə müasir standartlara uyğun olaraq müəyyənləşdirilmiş məzmunun tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsənilmə səviyyəsinin qəbul olunmuş meyarlarla yoxlanılan, qiymətləndirilən və hüquqi sənədlərdə təsbit olunan nəticəsidir”

Təhsilə verilən bu geniş tərifi aşağıdakı hissələrə ayırmaq olar:

1) təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektualemosional sferalarını inkişaf etdirmək, onu həyata hazırlamaq məqsədi ilə verilir;

2) təhsilin məzmunu müasir standartlara uyğun olaraq müəyyənləşdirilir;

3) təhsilin məzmunu tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsənilir;

4) mənimsənilmənin səviyyəsi qəbul edilmiş meyarlarla yoxlanılır və qiymətləndirilir;

5) təhsilalma prosesi müəyyən olunmuş hüquqi sənədlərin verilməsi ilə başa çatır.

Doğrudur, təhsil problemini təkcə pedaqogika öyrənmir. Onu fəlsəfə, sosiologiya, psixologiya, iqtisadiyyat, politologiyabaşqa elmlər də öyrənir. Təhsil sosial fenomendir, onun tədqiqi ilə bir çox elm sahələrinin məşğul olması zəruridir. Belə çoxşaxəli funksional sosial sahə olaraq onun təşəkkülü və inkişafı ilə bağlı tarixi-pedaqoji ədəbiyyatların müqayisəli təhlilinə nail olan müəllif bu sahənin mövcud vəziyyəti, inkişaf dinamikası və problemlərinin təhlilini uğurla tamamlamışdır.

 

Palitra  2018.- 15 yanvar.- S.13.