“Məqsədimiz beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir”

 

Aqil Cəfərov: “Biz beynəlxalq, î cümlədən Rusiya festivallarının qalibiyik

 

Azərbaycan mədəniyyətinin xaricdə təbliği diasporumuz üçün hər zaman prioritetdir. Rusiyanın Krasnoyarsk şəhərində fəaliyyət göstərənOdlar yurdurəqs ansamblı da məhz bu missiyanı həyata keçirir. Ansamblın bədii rəhbəri Aqil Cəfərov qəzetimizə müsahibəsində perspektiv fəaliyyətləri haqqında ətraflı danışdı.

-Öncə özünüzü oxucularımıza tanıtmağınızı istərdik...

-Mən, Cəfərov Aqil Qasım oğlu 16 aprel 1991-ci ildə Rusiyanın Krasnoyarsk şəhərində anadan olmuşam. Uşaq yaşlarımdan anam məni rəqsə karate idman növünə doğru yönəldib. İdman sahəsində bir çox uğurlar əldə etmişəm. Karate üzrə Rusiya çempionu, Rusiya kubokunun, eləcə birinci dərəcəli qara kəmərin sahibi karate üzrə idman ustası olmağım bu uğurlarımın bariz nümunəsidir. Vaxtilə Rusiya milli karate yığmasının üzvü olmuşam.

Rəqs fəaliyyətimə , həmçinin uşaq yaşlarımdan başlamışam. Beş-altı yaşlarımdan rəqs edirəm.

Bundan əlavə, mən peşəkar səviyyədə KVN- məşğul oluram. Odlar yurduansamblı ilə eyniadlı olan KVN komandamız rus dilinə tərcümədəStrana Oqneyadını daşıyır. Ansamblla yanaşı, KVN komandamızın da bir sıra uğurları var. Məsələn, Krasnoyarsk diyarının çempionu, həmçinin beynəlxalq KVN- ən nüfuzlu liqa olan “KVN Asiyaliqasının iştirakçısıyıq. Bununla yanaşı, biz Qazaxıstanda keçirilən, Aleksandr Maslyakov Mladşiyın apardığı ali liqanın iştirakçısı olmuşuq. Bundan əlavə, Krasnoyarsk diyarı Azərbaycan gənclərinin sədri vəzifəsini daşımışam, amma bugünkü gün gənclərlə üzrə sədrin millət vəkili rolunda çıxış edirəm.

-Uzaq Sibirdə Azərbaycan incəsənətini tanıtmaq dərəcədə asandır?

-2000-ci ildə Azərbaycan muxtariyyəti bizim rəqs kollektivini miqyaslı şəkildə təşkil olunmuş Novruz bayramı tədbirinə dəvət etmişdi. Tədbirə, həmçinin Azərbaycandan xoreoqraf Elxan Əliyev dəvət edilmişdi. O bizə bir sıra rəqslər təyin etdi. Sözün əsl mənasında, o gündən etibarən mənim Azərbaycan mədəniyyəti, Azərbaycan rəqsləri ilə tanışlığım başladı.

2007-ci ildə Səadət Qarayeva Ələkbər Qarayevin təşəbbüsü ilə KrasnoyarskdaOdlar Yurduansamblının əsası qoyuldu. Mən ansambla dəvət olundum. Əvvəl rəqqas kimi, daha sonra isə solist kimi öz fəaliyyətimə başladım. İndi isə mənOdlar Yurduansamblının həm xoreoqrafı, həm başçısı kimi fəaliyyət göstərirəm.

Biz beynəlxalq bütün Rusiya festivallarının qalibiyik. Artıq 12 il fəaliyyətimiz ərzində, demək olar ki, Rusiyanın hər yerində çıxış etmişik. Üç dəfə Türkiyə Respublikasında genişmiqyaslı festivala qatılmış Azərbaycan ilə Rusiyanı təmsil edərək qalib olmuşuq. Həmçinin Tailandda bir çox vilayətlərdə keçirilən festivalların iştirakçısı olmuşuq.

Bugünkü gün ansambl iştirakçılarının sayı 3 yaşdan etibarən 100-dən çoxdur. Əsas məqsədimiz Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin, tarixinin Krasnoyarsk şəhərində, Krasnoyarsk diyarında, Rusiyada həmçinin ölkə xaricində tanıtmaqdır.

Biz Azərbaycan mədəniyyətinin inkişafı üzrə aktiv fəaliyyət göstərir, Azərbaycana həsr olunan bir sıra: “Nar bayramı”, “Uşaq Novruz bayramı”, “Azərbaycan mədəniyyəti günü”, “Doğma dil günü s. tədbirlər keçiririk.

-Diasporumuzla əməkdaşlıq edirsinizmi?

-Bəli, təbii ki, biz Azərbaycan diasporu ilə əməkdaşlıq edirik. Azərbaycanın Krasnoyarsk diyarındakı diasporu bizə dəfələrlə beynəlxalq festival səfərlərində köməklik göstərmişdir. Misal olaraq, Türkiyənin İstanbul, Ankara Amasya şəhərlərindəki, Tailandın Bankok şəhərində bir çox vilayətlərində keçirilən festivalları göstərmək olar. Təbii ki, biz muxtariyyətimizlə birgə aktiv işlər görür əməkdaşlıq edirik.

Bugünkü gün bizim məqsədimizOdlar Yurduansamblına Əməkdar adını qazandırmaqdır. Hamıya məlum olduğu kimi, Krasnoyarsk şəhər ansamblı olanOdlar Yurduansamblı Azərbaycanın xaricində iki ansambldan biridir ki, rəsmi şəkildəXalqadını daşıyır. Hər üç ildən bir bu ad yeni rəqslərin təyin olunması ansamblın fəaliyyəti haqqında hesabatın təqdim edilməsi yolu ilə təsdiq edilir. Hesabata nümunə olaraq, beynəlxalq festivallar konkurslar haqqında verilən diplomu, ümumşəhər, ümumrusiya beynəlxalq festival tədbirlərdə olan iştirakı deyə bilərik.

-Perspektivdə hansı layihələr həyata keçirməyi düşünürsünüz?

- Planımızda var ki, tarixi vətənimizdə konsert verək. Çünki ansambl artıq, demək olar ki, bütün Rusiyanı səyahət edib, Tailandda, Türkiyənin İstanbul, Ankara, Amasya kimi şəhərlərində olub, amma təəssüflər olsun ki, hələ öz doğma Vətənimizdə olmayıb. Biz Azərbaycana genişmiqyaslı proqramla gəlmək istəyirik ki, bizim həmyerlilərimiz azərbaycanlı uşaqların, azərbaycanlı gənclərin uzaq Sibirdə necə çalışdıqlarına, öz mədəniyyətini, folklorunu necə dəstəklədiklərinə şahid olsunlar, görsünlər ki, biz 5000 km Vətəndən uzaqda yaşamağımıza baxmayaraq, mədəniyyətimizi unutmamışıq. Məqsədlər perspektivlərdən çox danışmaq olar, ən əsası odur ki, nəinki Rusiyada, hətta beynəlxalq arenada öz mədəniyyətimizi layiqli şəkildə təmsil etməyə davam edək, hansı ki, bu, çox vacib amillərdən sayılır.

 

Fuad Hüseynzadə

 

Palitra  2018.- 16 avqust.- S. 7.