Ermənistanda siyasi vəziyyət
gərgin olaraq qalır
Xəbər verildiyi kimi, Ermənistanın həbs edilmiş ikinci prezidenti Robert Koçaryanla
bağlı Apelyasiya məhkəməsi qərarını
verib. Hələ avqustun 10-da müzakirələr
üçün məsləhət
otağına çəkilən
hakim Aleksandr Azaryan avqustun 13-də Koçaryanı
azad edib. Hakim, beləliklə, vəkillərin Koçaryanın
azad edilməsi ilə bağlı etirazını təsdiq edib. Onun vəkillərindən biri Ruben Saakyan hakimin qərarını elan edərək Koçaryanın artıq
məhkəmə binasını
tərk etdiyini bildirib. Qeyd edək ki, Ermənistanın
ikinci prezidenti Robert Koçaryan 2008-ci ili mart seçkiləri
zamanı kontitusyon quruluşu devirmək maddəsi ilə həbs edilib. Prokuror hakimə onun üçün həbsdə
qalmağın ədalətli
olacağını bildirib.
Maraqlıdır ki, Yerevanda sabiq
prezident Robert Koçaryanın
həbsdən azad olunmasına etiraz edirlər. Ermənistanın sabiq prezidenti
Robert Koçaryanın azad
olunmasına etiraz edən aksiya iştirakçıları onun
mətbuat konfransının
keçirildiyi zala soxulublar. “Sputnik Armeniya”
saytının yaydığı
məlumata görə,
polis qapıları bağlasa
da, bir neçə
şəxs zala daxil ola
bilib. Koçaryan mətbuat konfransına
gəlməyib.
Aksiyada onlarla insan iştirak edib, onlar “Qatil”
deyə qışqırıblar. Bundan öncə
isə etirazçılar
mətbuat konfransının
keçirildiyi “Erebuni
plaza” binasının qarşısında
mitinq keçiriblər.
Xatırladaq ki, iyul ayının
sonlarında xüsusi
təhqiqat xidməti Koçaryana qarşı konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürüb. Ertəsi gün məhkəmənin
qərarı ilə sabiq prezident iki aylıq həbs olunub. Onun adı 2008-ci il martın
1-də sabiq prezident Levon Ter-Petrosyan tərəfdarlarının seçki
nəticələrini qəbul
etməyərək Yerevan küçələrində
keçirdiyi aksiyanı
dağıtmaq işi
üzrə cinayət
işində keçir.
İttihamları quraşdırılmış siyasi
təqib adlandıran
Robert Koçaryanın fikrincə,
bu yolla rəqibləri növbədənkənar
parlament seçkiləri
astanasında onu siyasi proseslərdən kənarlaşdırmaq istəyirlər. Koçaryanın vəkilləri Apelyasiya məhkəməsinə şikayət
edib və qurum onun sabiq
prezident qismində toxunmazlıq hüququnu əsas gətirərək
birinci instansiyanın qərarını ləğv
edib.
"Bir çox - Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna,
Dağlıq Qarabağ
və s. münaqişələrin
sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti
analoji mövqelərdən
nəzərdən keçirdik"
Bu arada Türkiyə
və Rusiyanın
XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin
sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə
ediblər. Bunu Ankarada Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu ilə
keçirilən görüşün
yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı
Sergey Lavrov bildirib.
"Bir çox - Yaxın Şərq və Şimali Afrika regionundakı, Balkan yarımadasındakı, Ukrayna,
Dağlıq Qarabağ
və s. münaqişələrin
sülh yolu ilə nizamlanmasıyla bağlı vəziyyəti
analoji mövqelərdən
nəzərdən keçirdik",
- S.Lavrov deyib.
Qeyd edək
ki, görüş zamanı tərəflər
Rusiya və Türkiyə arasında qarşılıqlı viza
rejiminin sadələşdirilməsi
məsələsini müzakirə
ediblər. Eyni zamanda nazirlər
regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar,
o cümlədən İdlib
ətrafındakı vəziyyət
də daxil olmaqla, Suriya böhranını nəzərdən
keçiriblər.
Qaçqın və məcburi
köçkünlərin müraciətlərinə
baxılıb
Azərbaycanda isə Dağlıq Qarabağ münaqişəsi
nəticəsində qaçqın
və məcburi köçkün düşən
soydaşlarımız dövlətin
diqqətindədir. Belə ki,
ötən gün Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsində
məcburi köçkünlərin
qəbulu keçirilib.
Dövlət Komitəsinin sədri
Rövşən Rzayev,
sədr müavinləri,
şöbə və
departament rəhbərləri
məcburi köçkünləri
qəbul ediblər.
Komitədən verilən məlumata görə, məcburi köçkünlərin problemləri,
əsasən, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması,
statusun verilməsi, kommunal xidmətlər, işəgötürmə və
digər məsələlərlə
əlaqəli olub.
Onlara məlumat
verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin
həlli istiqamətində
həyata keçirilən
tədbirləri sosial
siyasətin prioritet istiqaməti müəyyən
edib. Birinci vitse-prezident Mehriban
Əliyeva keçirdiyi
ilk müşavirədə ağır vəziyyətdə,
qəzalı və yararsız binalarda məskunlaşan məcburi
köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
ilə bağlı tapşırıqlarını verib.
Qaçqın və məcburi
köçkünlərin maddi
rifahının yaxşılaşdırılması
üçün dövlət
proqramları qəbul
edilib, sosial müavinətlərin artırılması
istiqamətində mühüm
tədbirlər görülüb.
Məcburi köçkünlərin müraciətləri
müvafiq qaydada qeydə alınıb. Komitə sədri
qəbula gələnlərin
müraciətlərini diqqətlə
dinləyib, müraciət
edilən məsələlərlə
bağlı geniş izahat verilib.
Şəhidlərin xatirəsi daim diqqətdədir
Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olanların da xatirəsi daimi diqqətdədir. Belə ki, Beyləqan şəhərində Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun xatirəsi anılıb. AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, A.Əkbərovun ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyi Beyləqan rayon bölməsinin üzvləri, polis əməkdaşları Milli Qəhrəmanın mədəniyyət və istirahət parkındakı büstü önünə əklil və gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Bildirilib ki, Əkbərov Akif Abbas oğlu 1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbini bitirib, 1970-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə Beyləqan Rayon Daxili İşlər Şöbəsində fəaliyyətə başlayıb. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla, rayon Polis Şöbəsinin bir qrup əməkdaşı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün Kəlbəcər rayonundakı “Sarı yer” yaylağına ezam edilib. Avqustun 12-si ermənilər Cermuq şəhəri tərəfdən “Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçiləri döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov, xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir. O, qəhrəmancasına həlak olur. Beyləqan rayonunda dəfn edilib.
Qeyd edilib
ki, Akif Əkbərova
ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilib. Beyləqan şəhərində büstü qoyulub,
küçələrdən biri onun adını daşıyır. Mərasimdə
Azərbaycan Yazıçılar Birliyi
Beyləqan rayon bölməsinin üzvləri
Milli Qəhrəmana həsr edilən
şeirlər söyləyiblər.
Fuad Hüseynzadə
Palitra 2018.- 15 avqust.-
S.11.