Bilik Fondu Qəbələ
və Oğuzda maarifləndirici tədbirlər
keçirib
Prezident yanında Bilik Fondu bölgələrdə
silsilə maarifləndirici
tədbirlərini davam
etdirir. Prezident yanında Bilik Fondunun
Mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, fondun "İl boyu bilik" proqramı
çərçivəsində tədbir Qəbələ rayonunun Nic qəsəbəsindəki
yeni açılan “Azərbaycan Udi Ocağı” mədəniyyət mərkəzində
keçirilib. “Azərbaycan
dünyada tolerantlığın məkanıdır”
mövzusunda təşkil olunan
“dəyirmi masa”da Bilik Fondunun ölkədaxili
layihələr sektorunun müdiri
Hacı Abdulla, Alban-Udi
Xristian dini icmasının
sədri Robert Mobili, Nic qəsəbə icra
nümayəndəsi İbrahim Məmmədov,
“Cotari” alban kilsəsinin
dini rəhbəri Rafiq
Danakar və başqaları
çıxış edərək Azərbaycan Prezidentinin yürütdüyü
məqsədyönlü siyasət nəticəsində
ölkəmizdə dünyada bənzəri
olmayan sivil multikultural və tolerantlıq mühitinin
yarandığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, dövlətimizin
başçısının dini
icmaların fəaliyyəti üçün
mütəmadi olaraq
ayırdığı maliyyə yardımı ölkədəki
multikultural dəyərlərin yüksək
səviyyədə qorunmasının daha bir təzahürüdür. Bu
diqqət və qayğı dini
icmaların fəaliyyəti üçün
geniş imkanlar
açır. Digər dini icmalar kimi,
Alban-Udi Xristian dini icması da bu qayğını
daim hiss edir. Dövlətimizin başçısının bu
qəsəbəyə səfərlər
etməsi, qəsəbədəki
Alban-udi kilsəsinin bərpası, “Azərbaycan
Udi Ocağı” mədəniyyət mərkəzinin
açılması bu
qayğının bariz
nümunəsidir. Diqqətə çatdırılıb ki,
hazırda Nic qəsəbəsində
üç kilsə, iki məscid var. Hər məhəllədə
müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min nəfər
əhalisi olan qəsəbədə 3500-dən çox udi yaşayır. Nicdəki məktəblərin
ibtidai siniflərində
udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Azərbaycanda milli-mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına
dövlət səviyyəsində
göstərilən diqqət
və qayğı yerli sakinlər tərəfindən razılıqla
qarşılanır. Qeyd olunub
ki, Bilik Fondu yarandığı
ilk günlərdən başlayaraq
Nic qəsəbəsində müxtəlif tədbirlər,
layihələr həyata
keçirir. Fondun
qəsəbədəki orta
məktəbdə rus
dilində təhsil alan udi
gənclər üçün
açdığı “Azərbaycan
dili” kurslarında gənclər dövlət
dilimizi böyük həvəslə öyrənirlər.
Ödənişsiz əsaslarla artıq
üç ildir fəaliyyət göstərən
bu kursların dinləyicilərinə təlim-dərs
prosesindən əlavə,
Azərbaycan dili və ədəbiyyatına
dair kitablar da hədiyyə olunur, intellektual yarışlar, gəzintilər,
ekskursiyalar təşkil
edilir.
Tədbir çərçivəsində kursun builki 12 məzununa sertifikatlar da təqdim olunub. Kursu bitirənlər adından
çıxış edən
Artur Mancari, Karlen Atoqoy, Olen Qukasari Bilik Fondunun və Alban-Udi Xristian icmasının
rəhbərliyinə təşəkkürünü
bildiriblər. Sonda Bilik
Fondu tərəfindən
kursa iki yüz kitab hədiyyə olunub.
Növbəti tədbir Oğuz Bilik Evində təşkil olunub. Ordudan tərxis olunmuş gənclərlə “Ordudan
sonrakı həyatımız”
mövzusunda keçirilən
görüşdə Fondun
ölkədaxili layihələr
sektorunun müdiri Hacı Abdulla və qurumun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov çıxış
edərək, ölkəmizdə
uğurla həyata keçirilən dövlət
gənclər siyasətindən
danışıblar. Vurğulanıb ki, məhz dövlətin
gənclərə dəstək
və diqqət göstərməsi nəticəsində
Azərbaycan gəncliyində
özünəinam hissi
artıb. Gənclər
və İdman Nazirliyinin yaradılması,
ümumrespublika forumlarının
keçirilməsi, 2 fevral
–Gənclər Gününün
təsis edilməsi, gənclər siyasəti üzrə qəbul edilən normativ hüquqi aktlar gənclərlə iş sahəsinin hüquqi əsaslarının və
icra mexanizminin müəyyənləşməsində mühüm rol oynayıb. Azərbaycan Prezidentinin 2015-ci il
26 yanvar tarixli Sərəncamı ilə
“2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf
Strategiyası”nın təsdiq
edilməsi ölkəmizdə
gəncliyə diqqət
və qayğının
davamlı olduğunu bir daha təsdiqləyir.
Tədbirdə Fond tərəfindən indiyədək 100-dən çox oğuzlu gənc üçün təlim kursları təşkil edildiyi diqqətə çatdırılıb. İşgüzar şəraitdə keçən görüşdə gəncləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, ətraflı fikir mübadiləsi aparılıb. Oğuzlu gənclərdən Fuad Əhədi, Qəhrəman Verdiyev və Kamil Mikayılov çıxış edərək, dövlətimizin başçısının gənclərə diqqət və qayğısına əməli işləri, bilik və bacarıqları ilə cavab verəcəklərini bildiriblər. Bilik Fondu nümayəndələrinin həmin gün Oğuz şəhərində növbəti görüşü “Yuxarı məhəllə” sinaqoqunda olub. Görüşdə Fondun sektor müdiri Hacı Abdulla, sinaqoqun icma rəhbəri Şirin Şumilov, icma üzvü Teymur Natalinov çıxış edərək, ölkəmizdə dini, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıblar. Fond adından sinaqoqa dini kitablar hədiyyə edilib.
Anar
Palitra 2018.- 21 avqust.- S.13.