“Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən daim yaxa qurtara bilməyəcək”

 

ABŞ-da çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, bu dəhşətli qətliamdan möcüzəli şəkildə salamat qalmış Dürdanə Ağayevanın “Ermənistanın sabiq prezidenti Koçaryanın həbsi və Xocalı soyqırımı” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarlarından birinin – Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsinə münasibətini bildirib. Məqalədə deyilir ki, o, iki həftə əvvəl bu xəbəri eşidəndə, yaxşı mənada təəccüblənib. Yerevanda həbs olunan Koçaryan konstitusiya quruluşunun devrilməsinə cəhddə və 2008-ci ilin martında Ermənistanda seçkilərin nəticələrindən sonra 10 nəfərin öldürülməsində ittiham olunub.

D.Ağayeva yazır: “Mən Koçaryanı təkcə varisi Serj Sarkisyanın hakimiyyətinin təsdiq edilməsi naminə öz həmvətənlərinin qətlində günahkar olan Ermənistanın sabiq prezidenti (1998-2008-ci illər) kimi deyil, həm də, ilk növbədə, Azərbaycan ərazilərinin işğalında, həmvətənlərimin doğma ata-baba yurdlarından didərgin salınmasında və qətlə yetirilməsində, soyuq müharibə başa çatandan sonra Avropada ilk soyqırımının - Xocalı soyqırımının törədilməsində xüsusi rol oynamış bir şəxs kimi tanıyıram”.

Dinc Azərbaycan vətəndaşlarının qətlində Ermənistan rəhbərliyinin rolundan danışan D.Ağayeva vurğulayır: “Koçaryanın həbsi bir daha sübut edir ki, özgə xalqa qarşı cinayət törətmiş şəxs heç vaxt öz xalqına xoşbəxtlik gətirə bilməz. Təəssüf ki, Koçaryanı yalnız Ermənistan qanunlarını pozduğuna görə həbs ediblər, 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlər törətməsi, xüsusən, dəhşətli Xocalı soyqırımında iştirak etməsi ilə bağlı ittihamlar isə irəli sürülməyib”.

Sonra Xocalıda törədilən faciəli hadisələri təsvir edən müəllif 613 silahsız azərbaycanlının, o cümlədən uşaqların, qadınların, qocaların kütləvi qətliamının, habelə erməni hərbçilərinin əsir götürülmüş dinc xocalılıların başına gətirdiyi vəhşiliklərin təfərrüatını açıqlayır. O bildirir ki, “Human Rights Watchhüquq müdafiə təşkilatı Xocalı cinayətini Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qırğını” adlandıraraq, Azərbaycan vətəndaşlarının kütləvi qətlinə görə məsuliyyəti bilavasitə erməni hərbçilərinin üzərinə qoyub.

Avropa İnsan Haqları Məhkəməsi də 2010-cu il tarixli qərarında Xocalı barəsində faktları təsdiq edib, 10-dan çox ölkə və ABŞ-ın 23 ştatı isə öz qətnamə və proklamasiyalarında bu soyqırımını rəsmi surətdə pisləyib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın bütün Qarabağ regionunun Ermənistan tərəfindən işğalını və burada aparılan etnik təmizləmə siyasətini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

D.Ağayeva daha sonra yazır ki, Koçaryanın həbsi onu bir qədər təəccübləndirib, amma bu həftə onun həbsdən azad edilməsi barədə xəbər onu əsla təəccübləndirməyib, çünki bu fakt aydın şəkildə nümayiş etdirir ki, Ermənistan hələ də qanunlara riayət etməyə və uzun illər onun özünə və bütün Cənubi Qafqaz regionuna böyük ziyan vurmuş cinayətkarları təqib etməyə hazır deyildir. Koçaryan isə azadlığa çıxandan dərhal sonra Ermənistan siyasətinə qayıtmaq qərarını açıqlayıb.

Müəllif məqalənin sonunda qeyd edir ki, Xocalı soyqırımının günahkarları məhkəmə qarşısında durmalıdırlar, çünkiKoçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən daim yaxa qurtara bilməyəcəklər.

 

“Paşinyanın səriştəsizliyi Ermənistan üçün təhlükə mənbəyinə çevrilir

Yeri gəlmişkən, Siyasi İnnovasiyaTexnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, N. Paşinyanın səriştəsizliyi Ermənistan üçün təhlükə mənbəyinə çevrilir: “ABŞ-ın Ermənistandakı səfiri R.Millz Ermənistana ABŞ-ın yeni investisiyalarından, hətta danışmağın yersiz olduğunu bildirdi. Səfir Millz Paşinyanın baş nazirliyinin ilk ayında ABŞ-dan Ermənistana investisiya cəlb etməklə məşğul idi.

R.Millz bəyan etmişdi ki, indi Ermənistana ABŞ-dan investisiyaların gələcəyinə daha çox ümid edir. Prezident A. Sarkisyanın da qatıldığı böyük nümayəndə heyəti ilə o, ABŞ-a səfər etdi. Səfərdən qayıtdıqdan sonra o yeni investisiyalar barədə optimist danışdı. Amma iyul ayının ikinci yarısında səfir R.Millz ABŞ-dan Ermənistana yeni investisiyalar gəlməsi mövzusunda çox pessimistdir. Bunun 3 səbəbi ola bilər:

a) N. Paşinyan aşkar Rusiyapərəst siyasət aparmaqla Ermənistanın xarici siyasətindəki balansı pozub. Rusiya isə Ermənistana qarşı inamsızlığını daha yeni elementlərlə nümayiş etdirir. N. Paşinyanın rəhbərlik etdiyi Ermənistanla RF arasında mübahisə yaradan məsələlərin kəsəri artıb. RF hərbi bazasının statusuna yenidən baxılması məsələsi gündəlikdədir. b) Ölkədaxili proseslər ABŞ-ı narahat edə bilər. N. Paşinyanın korrupsiyaya qarşı mübarizəsi siyasi rəngə boyanıb. Eləcə korrupsiya yoxlamalarına məruz qalmış sahələrdə proseslər neqativ istiqamətdə irəliləyir. Tutaq ki, ticarət şəbəkələrindəki yoxlamalardan sonra qiymətlər ucuzlaşmaq əvəzinə, bahalaşır”.

Onun sözlərinə görə, N. Paşinyan kəskin dərəcədə qısqanclıq, bəlkə qorxaqlıq nümayiş etdirir: “Keçmiş hakim “Respublikabir yana N. Paşinyan indi hakimiyyət ortağı olanÇiçəklənən ErmənistanDaşnaksutyunpartiyaları ilə yola gedə bilmir. Qagik Çarukyanla siyasi mübarizə hər an partlayışa çevrilə bilər. N.Paşinyanın keçmiş blok yoldaşları ilə problemi var. Rəsmi Vaşinqtonun fikrincə, Ermənistanın daxilindəki bütün bu siyasi qeyri-müəyyənlikləri parlament seçkiləri həll edə bilər”.

O bildirib ki, N.Paşinyanın D. Trampla görüşü onun komandası üçün ən vacib məsələdir: “N. Paşinyanın sentyabrda BMT Baş Assambleyasında iştirakı zamanı ABŞ prezidenti D. Trampla görüşmək niyyətindədir. Baş nazirin 1-ci müavini A. Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə oldu. Öndə olan məsələ D. Trampla N. Paşinyanın görüşünün hazırlanması idi. Amerikalı kolumnist A. Qalstyan A. Mirzoyanın ABŞ-dakı davranışının əks-effektli olduğunu bildirdi.

Ermənistanın ABŞ-dakı səfiri Q. Ovannisyan N.Paşinyanın D.Trampla görüşünü ABŞ Dövlət Departamentindəki tərəfdarları ilə müzakirə etdiyini bildirdi. ABŞ-ın Ermənistandakı səfiri R. Millz D.Trampla N.Paşinyanın görüşünün təşkilinin mümkünlüyü məsələsinə baxıldığını bildirdi. Amma hələlik görüşlə bağlı heç bir qərar qəbul edilmədiyini bildirdi.

48 ABŞ konqresmeni D.Trampa məktub göndərərək Ermənistanın baş naziri N.Paşinyanla görüşməyə çağırış etdilər”.

Politoloq deyib ki, ABŞ konqresmenləri N.Paşinyan baş nazir olduqdan sonra Ermənistanla əlaqəli müraciətlərinin sayını artırıblar: “Dövlət Departamentinə, Evə və “Minilliyin Çağırışı” Proqramına Ermənistana investisiya qoymaq çağırışı ilə müraciətlər göndərilir. Motivasiya Ermənistanın demokratik olmasıdır. Bəlkə də bu, hakimiyyət dəyişikliyinin yaratdığı effektdir. Amma konqresmenlər N. Paşinyanı demokrat adlandırmaqla ondan əvvəlki Ermənistanın antidemokratik olduğunu etiraf edirlər”.

Onun fikrincə, ABŞ-dakı ermənilərlə əlaqəli konqresmenlər və strukturların fəaliyyətində Ermənistana investisiya məsələsi ön plana çıxarılıb:“Erməni soyqırımı” və Dağlıq Qarabağ məsələsinə diqqət minimaldadır. ABŞ Dövlət Katibinin Ermənistan prezidenti ilə görüşməsi və baş nazir N. Paşinyanla görüşməməsi səfir R. Millz üçün aktual olaraq qalmışdı. N. Paşinyanın komandası bu məsələdən əl çəkmək istəmir. Ermənistanın ABŞ-dakı səfiri Qriqor Ovannisyan şəxsi xarici investisiyalar korporasiyasının icraçı direktoru Devid Boxiqyanla görüşüb, Ermənistana ABŞ investorlarının göndərilməsi məsələsini müzakirə etdi. Adıçəkilən korporasiya ABŞ hökumətinin nəzdində olan agentlikdir. Devid Boxiqyan böyük nümayəndə heyəti ilə Ermənistana gəldi. ABŞ Dövlət Departamenti R.Koçaryanın həbsinə dərhal reaksiya verdibu məsələni ciddi diqqətdə saxlayır”.

 

Fuad Hüseynzadə

 

Palitra  2018.- 21 avqust.- S.11.