Xoşməramlı missiya

 

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban Əliyeva həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyəti ilə tanınır. Birinci vitse-prezidentin istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir.

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında Mehriban Əliyevanın mühüm xidmətləri var. Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə sabiq baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə də UNESCO-nun çox səmərəli əməkdaşlığı mövcuddur. Məhz Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddiqeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

UNESCO-nun baş direktoru olmuş Koişiro Matsuura vurğulayıb ki, bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. O bildirib ki, Mehriban xanım fəaliyyətə başlayandan sonra Azərbaycanda qeyri-maddi mədəni irsin qorunmasında böyük işlər görülüb: “Belə ki, Mehriban xanım xoşməramlı səfir kimi YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması işinin təşkil olunması sahəsində çox fəal çalışır. Bunun nəticəsidir ki, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı da "Dünya qeyri-maddi mədəni irs siyahısı"na daxil edilib və artıq mədəni dəyər kimi beynəlxalq səviyyədə qorunur”. K. Matsuura maddi-mədəni irsin qorunması sahəsində də əməkdaşlığın uğurla davam etdirildiyini və Bakının mərkəzi hissəsi - İçərişəhərin də həmin maddi-mədəni irs siyahısına daxil edildiyini qeyd edib. O bildirib ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir. O, Qeyri-maddi mədəni irs üzrə yeni Konvensiyanı nəinki Azərbaycanda, həmçinin dünyanın digər yerlərində böyük uğurla təşviq edir”.

 

UNESCO-nun baş direktoru olmuş İrina Bokova da Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əlaqələrinə və dünya mədəniyyətinə töhfələrini yüksək qiymətləndirib. “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” -2010-cu ilin iyulunda Qəbələdə İkinci Beynəlxalq Musiqi Festivalında iştirak edən UNESCO-nun sabiq baş direktoru İrina Bokova bəşəriyyətin maddiqeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə xoşməramlı səfir Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalını təqdim edib.

Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutskiy bildirib ki, Mehriban Əliyeva Azərbaycan Milli Məclisinin deputatı kimi dövlətçiliyin gücləndirilməsində mühüm rol oynayıb. Xüsusilə də onun Heydər Əliyev Fondunun prezidenti vəzifəsinə toxunmaq istərdim. Mehriban Əliyeva ölkənin mədəni və humanitar sahələrində mövqeyini daha da möhkəmləndirdi”.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev "Mehriban Əliyeva dünyanın siyasi və mədəni tarixində bir çox uğurlara imza atan bir qadın, özünü sübut etmiş bir şəxsiyyətdir. Çalışqan bir insan. Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri kimi, sadəcə, Azərbaycan üçün deyil, dünya və insanlıq üçün əhəmiyyətli işlərə imza atdı. Unutmayaq ki, siyasətdə qadınların rolu böyükdür”.

Azerbaycan-Türkiyə İş adamları Birliğinin (ATİB) sədri Cemal Yangın Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Mehriban Əliyeva, ölkəsinin xaricdə lazımi şəkildə tanıdılmasında əhəmiyyətli rol oynayıb və bu fəaliyyəti hazırda da davam edir: “Mənim fikrimcə, Azərbaycanda yaşayan bütün Türkiyə vətəndaşları belə düşünürlər”.

Qeyd edək ki, bu günlərdə Pakistanın tanınmış "Daily Times" qəzetində və qəzetin internet saytında jurnalist Afşan Malikin "Mehriban Əliyeva: qəhrəman müsəlman lider" sərlövhəli məqaləsi dərc olunub. Məqalədə vurğulanıb ki, Mehriban Əliyeva Qərb və Şərq mədəniyyətinin möhtəşəm sintezinin simvolu kimi İslam dünyasının qadınları üçün ilham mənbəyi olub. Mədəniyyət və incəsənətin təbliğində əsas simalardan olaraq, o, islamiinsani dəyərlərin qorunmasına daim öz əhəmiyyətli töhfəsini verib. Məqalədə Mehriban Əliyevanın rəhbərliyi altında 2004-cü ildə təsis olunan Heydər Əliyev Fondunun Azərbaycanın müxtəlif yerlərində yeni xəstəxanaların, məktəblərin və kolleclərin inşasında əhəmiyyətli rol oynadığı qeyd edilib. Müəllif 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsi tərəfindən Avropada idmanın inkişafında xüsusi xidmətlərinə görə komitənin ən yüksək mükafatı – "Yüksək Orden"lə təltif olunduğunu vurğulayıb. Müəllif birinci xanım Mehriban Əliyevanın Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə layihələr həyata keçirməsindən bəhs edib. Məqalədə vurğulanıb ki, Mehriban Əliyeva tərəfindən icra olunan sosialhumanitar layihələr onun Pakistana dair səmimi münasibətinin təzahürüdür. Həyatın müxtəlif sahələrindəki roluna və fəaliyyətinə görə, o, Fransanın “Şərəf Legionuordeni, Küveytin “Fəxri diplomu, Pakistanın “Hilal-e Pakistanordeni, Polşanın “Xidmətlər görə” ordeni və Serbiyanın “Sretenordeni ilə təltif edilib.

 

Nigar Abdullayeva

 

Palitra  2018.- 28 avqust .- S.5.