Şair Vəli Bozalqanlı irsinin
axtarışında...
Şair Vəli Bozalqanlı 1880-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 20 yaşına qədər çobanlıq edən Vəli daha sonra papaqçı yanında şagird olub. Bir müddətdən sonra isə ayrıca papaq dükanı açaraq orada fəaliyyət göstərib. Şair Vəli Aşıq Hüseyn Bozalqanlıya şagirdlik edib. Ondan bəzi aşıq havalarını öyrənib və ara-sıra ifaçılıqla məşğul olub. Vəli Bozalqanlı bir sıra ictimai yığıncaqlarda iştirak edib. Dövrünün tanınmış söz ustadlarından Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Xəyyat Mirzə ilə deyişib. 1933-cü ilin axırlarında qarayara xəstəliyindən vəfat edib. İndi isə Vəli Bozalqanlının şeirlərini təqdim edirik:
Dolanır
Səhər-səhər, bulaq, sənin başında
Bilirsənmi neçə canlar dolanır?!
Hərami baxışlı, hilalı qaşlı,
Tuti dilli dürr dahanlar dolanır.
Axşam,
səhər başın
baharından yaz,
Kəklik
kimi coşa gələr xoş-avaz,
Dəstə-dəstə bəri gələn sərvi-naz,
Uca boylu nə qılmanlar dolanır.
Hərami
gözlülər, hilal
qaşlılar,
Yorğun
maral kimi xoş baxışlılar,
Tirmə
şal geyimli, qorqan saçlılar,
Ağ bədənlər,
zər-nişanlar dolanır.
Mehmanındır yaşılbaşlı sonalar,
Süzgün baxıb cəllad
kimi can alar,
Cismi insan, hüsnü mələk-simalar,
Təzə məhbub növcavanlar dolanır.
Bir abi-həyatsan gələn
qonağa,
Əcəb seyrəngahsan ayna
qabağa,
Yaxşıyla yamana qiymət qoymağa,
Vəli kimi gövhər-kanlar dolanır.
Gəzdi, qayıtdı
Bir maral baxışlı, tərlan cilvəli,
Sallanıb qarşımda gəzdi, qayıtdı.
Gördü bərəsini laçın
kəsibdi,
Yaşılbaş sonatək süzdü, qayıtdı.
Bir ayna qabaqlı, qaşları kaman,
Qövsi-qüzeh gözlü, ləbləri
yəmən.
Camalın şairə veribdir
nişan,
Qəmər üzlü, qara gözlü qayıtdı.
Könlümün sevdiyi gözəl
həmbabı,
Zülfləri bənd edib on dörd kitabı.
Ənnabi
dodağı, cəvahir
qabı,
Dür-dahanlı, şirin sözlü qayıtdı.
Dürdanədir ağır ellər
içində,
Şəmsi-qəmər o gözəllər içində.
Zəmzəm zəmzəməli göllər
içində,
Bir quba-qaz kimi üzdü, qayıtdı.
Vəlinin də könlü
gəzən çağında,
Məcnun
səhrasında, Fərhad
dağında,
Yüz nazü qəmzəynən
solu sağında,
Gərdənə telləri düzdü, qayıtdı.
Olar
Mənəm deyib bu meydana varanın,
Təbi tüğyan eylər, kirdigər olar.
Arif məclisində gövhər
sərf eylər,
Nəsihət dəhanda dil əzbər olar.
Dərsdən ehtiyacım yoxdu
bir kəsə,
Çıxaram meydana, girərəm bəsə.
Sallam, səni şər xatayi təcnisə,
Cavabında dünya sana dar olar.
Şair
Vəli pəncə atar hər yana,
Kəllə boyun çəkməz
heç körpə dana.
Tülkülər aslanla girməz
meydana,
Tülkünün meydanı xəlvət,
dar olar!
Gəzərsən
Qılman
məlahətli, mələk
simalı,
Könülləri sən, qıralı gəzərsən.
Bir qıya baxışın oxladı məni,
Xumar gözlü
dağ maralı gəzərsən.
Eşq içində atəş
saldın cana
sən,
Ahu kimi süzdün, keçdin yana
sən.
Şonqar
mənəm, yaşılbaşlı
sona sən,
Səyyadından hey aralı gəzərsən.
Əzəldən sevmişəm sən
qızılgülü,
Bir ayna qabaqlı, saçı sünbülü.
Cida salma şeyda qalan bülbülü,
Solar gülün həm
saralı, gəzərsən.
Təbib
sənsən, yaralarım
doğru, yar,
Yar həsrəti
canda ciyər doğruyar.
Axtararsan,
ələ keçməz
doğru yar,
Həm yaslı,
həm yaralı gəzərsən.
Qəvvas
olub dəryaları keçməyə,
Sərraf olub məna, məxrəc seçməyə.
Dostu zəhər versə, alıb içməyə
Mən Vəlini
sən çıralı
gəzərsən.
Yeridi
Şənbənin günündə, yol
kənarında,
Sallandı, qarşımdan sona yeridi.
Biri mehribandır, güldü,
danışdı,
Biri cilvələndi, yana
yeridi.
Biri çox gözəldir, əhli məhəbbət,
Birinin qaməti
şirin hekayət.
Sümükləri uyğun, zülfləri
kəmənd,
Rübənd tutdu, dürr dahana yeridi.
Biri növcavandır, dodağı
ballı,
Biri şirin
sözlü, kövsər
zülallı.
Sürahi
qamətli, ağ
üzü xallı,
Bir ox vurdu,
göhərkana yeridi.
Biri alışdırdı din-imanımı,
Almas kirpikləri tökdü qanımı.
Biri qiya baxdı, aldı canımı,
Nazü-qəmzələri qana yeridi.
Bir gül açıbdır
təzə sənubər,
Vəlinin onlardan şikayəti var.
Gözəllər içində biridir
ülkər,
Şölə salıb nur asmana yeridi.
Sən nəsən?
Şahlar
şahı özü
verib dərsimi,
Qədəminə xaki-payam, sən nəsən?
Sovlatıma nə daş, nə dağ dayanmaz,
Boz bulanıq, coşqun çayam,
sən nəsən?
Ər deyilsən, durma barabarıma,
Aşıqlıq elmimə, şirin karıma.
Pəncən çata bilməz
burcü carıma,
Yeddi qaftək mən qalayam,
sən nəsən?
Əslim
Bozalqanlı, Aşıq
Vəliyəm,
Yol azanın
ərkanıyam, yoluyam.
Firdovsi xəyallı, qırxlar quluyam,
Bir saya sal, mən o sayam, sən nəsən?
Könül muştaq olub mah camalına,
Sənnən şirin-şirin ixtilat eylər.
O kövsər ləbindən,
gül yanağından
Bir busə
lütf etsən, kifayət eylər.
Yenə
canım qaldı dərd ayağında,
Dilbər
sevdasında, gül oylağında,
Könlümün bülbülü hüsnün
bağında,
Oxuyar şövqlə,
qiyamət eylər.
Yoxdur sənin kimi qaşları kaman,
Qul şair Vəlidir oduna yanan,
Mərhəmətli sultan, lütfkar
canan,
Öldürməz aşığı, mərhəmət
eylər.
Eylər
Yarın
vəsfi-halı düşəndə
yada,
Qəm yeyər
könlümü, dad-aman
eylər.
Eşq əlindən yandı dilim, dəhanım,
Atəş sinəm üstə nə yaman eylər.
Səndən ayrı düşdüm
indi nazlı yar,
Qan ağlar
gözlərim, çəkər
ahu-zar.
Verən
olsa yardan mənə bir xəbər,
Elə bilərsən
ki, bir ehsan
eylər.
İtirmişəm tülək tərlan,
maralı,
Gülgəz rəngim gündən-günə
saralı.
Şair
Vəli, düşdüm
yardan aralı,
Bülbül kimi könlüm nə fəğan eylər?!
Canım
Təzə məni eşqə
salan növcavan,
Ağ üzündə gülün
qurbanı canım!
Fərə kəklik kimi dəyib danışam,
Şəhdü şəkər dilin
qurbanı canım!
Düşübdür sinəmə eşqinin közü,
Sənin firqətindən, ay qonşu qızı,
Yanağın dağların lalə, nərgizi,
Üzündəki, xalın qurbanı canım!
Gördü aşıq Vəli oduna yandı,
Məstanə gözlərin canlar, alandı,
Kirpiyin cəlladı, qaşın kəmandı,
Gen qabaqda telin qurbanı
canım!
Toplayıb tərtib
etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-2018.-12 dekabr.-S.15.