Mikayıl Bozalqanlının
şeir dünyası
El şairi,
klassik üslubda yazıb-yaradan şair Mikayıl
Bozalqanlının şeirlərini təqdim edirik.
Düşübdü
Vay halıma - gözlərinə
Gözümün gözü düşübdü.
Atəşindən gözlərimə
Sıçrayıb, közü düşübdü.
Gözüm uyubdu felinə,
Giribdi hicran gölünə.
Elin-obanın dilinə
Bir eşqin sözü düşübdü.
Dərd əyənin qəddi nədir?
İmansızın cəddi nədir?
Mən yazığın həddi nədir?
Çıxmışın özü düşübdü.
Görmədin
Könül evim dağım-dağım,
Sönübdü odum-ocağım.
Bir sevgiydi umacağım,
Onu da rəva görmədin.
Gəlib keçdin saymazyana,
Qoydun məni yana-yana.
Niyə batdın nahaq qana,
Dərdimə dəva görmədin.
Eşqin ilə ləpələndim,
Həsrətinlə qəlpələndim.
Yollarına səpələndim,
Görmədin, tova, görmədin.
Seçərəm
Gülşəndə min cür gül ola,
Gülü-güldən seçərəm.
Gəl-gəl deyən min dil ola,
Dili-dildən seçərəm.
Eşqin kükrəyən sel ola,
Ruhu
oxşayan yel ola.
Siyah
zülfün tel-tel ola,
Teli-teldən
seçərəm.
Ağ
üzdə bəyaz tül ola,
Tutmağa
dümağ əl ola.
Qucmağa
nazik bel ola,
Beli-beldən
seçərəm.
Gəldim
Şen
olsun kəndimi, ellər, ay ellər,
Toz-torpaq
yoluna çiləndim, gəldim.
Uşaqlıq
illərim əl etdi mənə,
Kövrək
xatirəyə bələndim, gəldim.
Xəbər
tutdum xeyirindən, şərindən,
Agah oldum
hər cür dərdi-sərindən.
Halallaşdım
uman, küsən yerindən,
Doyunca
başına dolandım, gəldim.
Genişləndim
kəndim boyda, hürr aldım,
Novruz
tonqalından yanar qor aldım.
Ağsaqqaldan,
ağbirçəkdən nur aldım,
Alqışa,
duaya calandım, gəldim.
Məzarlıqda
qara bayram quruldu,
Zikr
olundu, çox sorğular soruldu.
Göz
yaşları gilələndi, duruldu,
Çilik-çilik
oldum, talandım, gəldim.
Dostlar ilə
məclis qurduq, söz açdıq,
Qara sazda
pərdə-pərdə dolaşdıq.
Cuşa gəldik,
qanadlanıb qol açdıq,
Ruhumun
oduna qalandım, gəldim.
Bu dünyada
Qəlbim
yuxalaşır, kövrəlir daha,
Gör nələr
görərmiş göz bu dünyada.
Dostların
sırası seyrəlir daha,
Oğulsan,
tab gətir, döz, bu dünyada.
Ayrılıq
ömürdə bir dalan yeri,
Dərdlərin
ürəkdə yurd salan yeri.
Gedən
dostlarımın boş qalan yeri,
Basıbdı
bağrıma köz, bu dünyada.
Mikayıl
salamlar sizi, a dostlar,
İtməsin
heç kəsin izi, a dostlar.
Yaşadar,
yaşatsa bizi, a dostlar,
Deyə
bildiyimiz söz, bu dünyada.
Danışım
Otur, qulaq
kəsil, tələsmə, dostum,
Gəl sənə
yenə də sazdan danışım.
İllərin
fəslinə məhəl qoymadan,
Ruha gətirdiyi
yazdan danışım.
Eşq
canını yandıranda, yaxanda,
Qara
zülflü qara sazdan baxanda,
Barmaq
sığal çəkib, ehmal sıxanda,
Simlərdə
işvədən, nazdan danışım.
İgidlər
sazımda meydan tapanda,
Güc
verəndə, qılınc, nizə, sapanda.
Qoç
Koroğlu Qıratını çapanda,
Göyə
bülənd olan tozdan danışım.
Könlünün
başını dərdlər didəndə,
Xəyal
saza uyub, uzaq gedəndə,
Ustad
söz ərkiylə cövlan edəndə,
Sözə
naxış olan sözdən danışım.
Mikayılam,
saz həsrətim, saz qəmim,
Sazdı,
sözdü, neylim, könül həmdəmim.
Ruhum
havalanıb, gələndə dəmim,
Kövrələn,
yaşaran gözdən danışım.
Aşıq ürəyi
Sözün
bulağıdır – axar, çağlayar,
Ruhlara ruh
qatar aşıq ürəyi.
Uca
göylər ilə ülfət bağlayar,
Tanrıya
can atar aşıq ürəyi.
Dərs
alar ustaddan, pürkamal olar,
Ədəbli,
ərkanlı, nur camal olar.
Xoş məqsəd,
xoş məram, xoş amal olar,
Yetirməz
bir xətər aşıq ürəyi.
Yol gedən
atlını atdan endirər,
Könlünün
diliylə oxşar, dindirər.
Gah qəmə
qərq edər, gah sevindirər,
Şirin
dilə tutar aşıq ürəyi.
Saz
inamı, saz ümidi, saz andı,
Gah dərviş,
gah sufi, gah da ozandı.
Ən uca
şərəfi, adı qazandı,
Eşqə,
nura batar aşıq ürəyi.
Səsindən
boy alar arzu, diləklər,
Yayar sədasını
elə küləklər.
Mikayıl,
məkanı, yeri-ürəklər,
Ürəklərdə
yatar aşıq ürəyi.
Gördüm
Xınalı
kəkliyin qaqqıldaşdığı,
Dəlidağ
çayının şaqqıldaşdığı,
Buzlu
bulaqların pıqqıldaşdığı,
Elatın
köç yeri - yaylağı gördüm.
Biçənəklər
dalğa-dalğa yellənir,
Yel
vurduqca tel-tel olur, tellənir,
Zümzüməylə
həzin-həzin dillənir,
Kürənə
qısılan daylağı gördüm.
Qara torpaq
mərd igidlər taxtıdır,
Dirədöymə,
Ənzəlinin vaxtıdır.
Mərci
udmaq, görək, kimin baxtıdır,
İgidlər
at çapan oylağı gördüm.
Qara bulud
gözlərini sıxanda,
Yağış
suyu şırıltıyla axanda,
Colma-cocuq
matdım-matdım baxanda
Seli
qucaqlayan çaylağı gördüm.
Ürəyimi
Çalıquşu,
gəl yubanma, amandır,
Sinəmi
yarıb da, çal ürəyimi.
Alışıb,
yanıram xeyli zamandır,
Üzüb,
əldən salıb xal, ürəyimi.
Yolunu
gözləyib, gözü dörd olub,
Çəkdiyi
həsrəti qara dərd olub.
İncitmə,
sən Allah, belə sərt olub:
Arzusu
gözündə kal, ürəyimi.
Danışasan,
dodaqdan bal süzülə,
Mirvarilər
yanbayana düzülə.
Çox
çəkmə sınağa, qıyma üzülə,
Sorğu-sual
etmə lal ürəyimi.
Doğru
saydıqları güman olubdu,
İnciyib
küsübdü, zaman olubdu.
Yaxşıykən
əhvalı yaman olubdu,
Oxşa,
şirin dillə al ürəyimi.
Bələdsən
dilinə-donuna, tək sən,
İnan,
bərabərsən onuna, tək sən.
İçində
bircəsən, sonunadək sən...
İstəsən
rentgenə sal ürəyimi.
Yazıqdı
Sən
eşqin Allahı, mən eşqin qulu,
Qulunu kərəmdən
etmə, yazıqdı.
Gözü
yaşlı qoyub, ürəyi dolu,
Dağ
üstdən dağ çəkib getmə, yazıqdı.
Yandır
bu yaşında, yax həzin-həzin,
Qoy
yansın cızhacız, bax həzin-həzin.
Qəlbimdə
nəğmətək ax həzin-həzin,
Oxun,
oxunduqca bitmə, yazıqdı.
Tək sənsən
gümanı, sənsən pənahı,
Müqəddəs
saydığı şirin günahı.
Qıymaynan
ömrünə amanı, ahı,
İlğımlar
içində itmə, yazıqdı.
Gedək
Tutum əllərindən,
uçaq göylərə,
Pəmbə
buludların belində gedək.
Unudaq
dünyanın qayğılarını,
Arzu-ümidlərin
selində gedək.
Dəyişək
ikimiz şərtləri belə,
Adlayaq
keçilməz sədləri belə.
Gözü
yolda qoyaq dərdləri belə,
Baş
alaq, nağıllar dilində gedək.
Arzulardan
arzulara atlanaq,
Oda
düşək, odum-odum odlanaq.
Qoy lap
olsun... Leyli-Məcnun adlanaq,
Sevgilərin
xəfif yelində gedək.
Qocalar
Bir
ağlar bulaqdır, bir nəmli bulud,
Kövrələrək
göz dolanda, qocalar.
Bir
tükənən şamdır, bir sönən ümid,
Dam
altında tək qalanda qocalar.
Nə dərd
olsa, nə qəm olsa, dözərlər,
Torpaq
üstə kölgə kimi gəzərlər.
Bu
dünyadan əllərini üzərlər,
Cavabını
tərs alanda qocalar.
Ayaqlara
düşməz, enməz, sürünməz,
Yalvarmaz,
yaxarmaz, danışmaz, dinməz.
Yanar
xısın-xısın, odu görünməz,
Ürəyinə
köz salanda qocalar.
Qıvrılar
içində dərddən, ağrıdan,
Taleyindən
küskün, əzgin, bağrı qan.
Ölüm
arzulayar Ulu Tanrıdan,
Qocalıqda
alçalanda qocalar.
Mikayılam, yerim haqqın yanında,
Canım yanır qocaların canında.
Oğul gərək başa düşə anında,
Sarı
simdə tar çalanda qocalar.
Toplayıb tərtib
etdi:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra.-2018.-18 dekabr.-S.15.