“Mənim
tanıdığım adam” adlı kitab işıq
üzü görüb
Aşıq poeziyası xalq ruhunu oxşayan, xalqın daha çox müraciət etdiyi şeir şəkillərindən biri kimi qədim tarixi köklərə malikdir. Bir çox məhəbbət, qəhrəmanlıq dastanları məhz şeirin bu şəkillərində yaranaraq tarixin ən qədim qatlarından uğurla keçərək günümüzə gəlib çatıb. Qoşmalar, gəraylılar və digər aşıq şeiri biçimlərində aşıq və şairlərimiz gözəl poetik nümunələr yaradıblar. Belə ki, həmin aşıqlar xalq arasında ustad aşıqlar, şairlər isə el şairləri kimi yaddaşımıza hopub.
Azərbaycan Respublikasının Tovuz rayonun Bozalqanlı kəndi
isə ustad aşıq və el şairlərinin qədim yurdlarından biridir. Burada Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əkbər
Cəfərov kimi ustad
aşıqlarla yanaşı, Xəyyat Mirzə, Şair Vəli Bozalqanlı kimi
el şairləri də yetişib.
Hazırda Bozalqanlı kəndində bir
sıra el şairləri yaşayır ki, bunlardan biri
də Şair Mikayıl
Bozalqanlıdır. Mikayıl Bozalqanlı
aşıq poeziyası biçimində şeir
nümunələri yaradan bir
el şairi kimi qısa zaman kəsiyində
tanınaraq sevilib. Şairin
bu yaxınlarda 60 illik
yubileyi qeyd edilib və bu münasibətlə
“Mənim tanıdığım adam”
adlı kitab işıq üzü
görüb. Kitabda
şairin yubileyi
haqqında təbriklərlə yanaşı, son
dövrlərdə qələmə aldığı şeirləri
də toplanıb. Kitabın redaktorları Ayaz
Arabaçı, Ehtiram İlham,
rəyçilər Məmməd İsmayıl, filologiya elmləri doktoru, professor Nəsir Əhmədlidir.
Mahmud Əyyublu
Azərbaycan
Aşıqlar Birliyinin üzvü
Palitra.-2018.-18 dekabr.-S.15.