Poemalar birdən-birə meydana gəlmir
Poema nəzmin ən geniş ölçüyə malik bölmələrindən biridir. Poemanı ərsəyə gətirmək olduqca çətin bir prosesdir. Adətən, poemalar tarixi, ictimai-siyasi mövzularda yazılır. Ədəbiyyat tarixinə nəzər salsaq görərir ki, bu mövzularda yazılan poemalar daha uzunömürlü olur və şairlərə şan-şöhrət gətirir. Çox zaman poemalar illərlə tamamlanmasını gözləyir. Ədəbiyyatımızda misilsiz poemalar yazılıb. Bu əsərlər içərisində qadın şairələrimizin poemaları təəssüf ki, azlıq təşkil edir. Bu gün isə şairələrimizin ərsəyə gətirdikləri poemalar diqqət cəlb edir və ürəklərimizi oxşayır. Belə poemaları ərsəyə gətirən şairələrimizdən biri də Telli Sənəm Borçalıdır.
Telli xanımın yaradıcılığı diqqəti cəlb edir. Onun şeirlərində fərdi üslub hiss olunur və oxucu auditoriyası üçün poeziya dili daha oxunaqlıdır. Şeirlərindən də görürük ki, Telli xanımda ədəbiyyat sevinci hər zaman özünü büruzə verir. Şairənin qələmə aldığı poemalar ədəbiyyat tariximizdə olan ünlü simalardır. Bu baxımdan əsərin bədii yükü və poemalara tənqidi yanaşma bir o qədər də artır. Şübhəsiz ki, istənilən bir ədəbi mühitdə bu hallar təbii qarşılanır. Telii xanımın S.Vurğun və Z.Yaquba həsr etdiyi poemalar maraqlıdır. Çünki hər iki ədəbiyyat insanı lazımi qədər cəmiyyət tərəfindən tanınır və sevilir. Bu yazımızda ümumi poemanın ədəbi-nəzəri yükünün yox, sadəcə, şairənin bir neçə şeirinin nəzəri təhlilini aparacayıq.
Hər bir yazar üçün “qələm”in onların həyatında oynadığı rol danılmazdır. Qələmsiz külliyyat yaratmaq və gələcək nəsillərə ötürmək çətindir. Telli xanımın “Məktəbli ömrümün Səməd Vurğunu” poeması qələmə həsr olunan şeirlə başlayır. Bu, qələmə olan hörmətin şairə tərəfindən verilən müfəssəl tərifidir.
Bu tale deyilən ömür yolunda,
Mənimlə əbədi yoldaşdı qələm.
Vətən sevgisilə, yurd sevgisilə,
Sel kimi kükrədi, hey daşdı qələm.
Şeirdə insanı valeh edən bir neçə poetik fikirlər var. Həqiqətən, şeirin bədii yükünü təhlil edərkən sözlərin, mənaların bir-birini ardıcıl izləməsini aydın görürük. Bu isə şeirin, doğrudan da ilham pərisi ilə yazıldığına dəlalət verir. Şeirdə heç bir artıq söz və ya əlavəyə rast gəlmirik.
Poemada “qələmə” yazılan şeirlərin bədii gözəlliyi bir-birini əvəz edir. Şeirlərin hər birini verə bilmədiyimiz üçün bəzi seçdiyimiz bəndləri oxucuların diqqətinə çatdırırıq. Aşağıdakı bənddə isə yüksək səviyyəli bədii-fəlsəfi fikirlər işlənir və şeir oxucunu öz təsirinə salır.
Fələk silkələnər onun ahına,
Ədəbi bir yoldur haqq dərgahına.
Külli-kainatın ulu şahına,
Bir həmdü-sənadı, alqışdı qələm.
Xalq şairi Zəlimxan Yaquba həsr etdiyi “Sözün Zəlimxan ətri” poeması diqqət cəlb edir. Poemada, həqiqətən, maraqlı və düşündürücü məqamlar var. Burada söz ardıcıllığı, gözəl qafiyə düzümü, məna axıcılığı poemanı oxuyan kimi hiss olunur. Əlbəttə ki, bu, şairənin poemanı təsirlənərək yazdığına dəlalət verir. Yəni şair üçün poema birdən-birə meydana gəlmir. Mütləq bunun yaranma səbəbi özünü göstərir.
Borçalı elində gəldi cahana,
Sanki gəlişindən can gəldi
cana.
Könül verə-verə neçə
dastana,
Sazın qadasını aldı Zəlimxan.
Fikri yenilməyən uca qaladı,
Sözü dağ döşündə
bitən laladı.
Hər gün misra-misra ocaq qaladı,
Sözün qadasını aldı Zəlimxan.
Telli xanımın
qoşmaları öz
oxunaqlığı və
şirinliyi ilə seçilir. Şairənin qoşmalarında bir doğmalıq var. Hər bir insanın
ürəyindən xəbər
verən qoşmalar özünü sevdirməyi
bacarır. Şairənin
yeni yazdığı
qoşmasına nəzər
yetirək:
Hüsnünə baxmaqdan doymur gözlərim,
Yaxın gəl, su kimi
qoy içim səni.
Sən ki bu dünyanın
cənnət yolusan,
Barı bircə addım qoy keçim səni.
Dodağının rəngi düşüb
çöllərə,
Cəmənlər sevincdən lalə-lalədir.
Bu gözəllik deyil, ay ömrüm-günüm,
Tanrı dərgahından düşən
halədir.
Sənli
duyğularım coşqun
bir dəniz,
Dalğalar sinəmdə qolboyun olub.
Məndən uzaqlara getmə,
ay ömrüm,
Sənsiz misraların gözləri
dolub.
Boylan camalına Telli Sənəmin,
Səpilsin ömrümə odlu baxışlar.
Səni
günahım tək sevirəm, ömrüm,
Bilirəm Allahda məni bağışlar.
Telli xanıma
yaradıcılıq yolunda
uğurlar arzu edirik. Qələmindən süzülən yeni-yeni şeirləri ilə oxucuları sevindirsin.
Mahmud Əyyub
Palitra 2018.- 7 fevral.- S.13.