“Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var

 

BritaniyadakıMergul Law” hüquq şirkətinin sahibi Rauf Xəlilov:

Güclü təşkilatlanma olsa, birgə diaspor fəaliyyətini həyata keçirmək üçün maliyyə fondu yaradılsa, bir çox layihələri həyata keçirmək mümkündür

 

 

M üsahibimiz Böyük Britaniya vətəndaşı olan soydaşımız, Londonda fəaliyyət göstərən “Mergul Lawhüquq şirkətinin sahibi, savadlı, enerjiliolduqca aktiv diaspor fəalı Rauf Xəlilovdur. Müsahibimizlə söhbət əsnasında o da məlum oldu ki, o, İngiltərədə məhkəmə hakimi olmağa hazırlaşır və buna nail olsa, ilk azərbaycanlı Britaniya məhkəmə hakimi kimi tarixi nailiyyətə imza atacaq. Beləliklə, R.Xəlilov söhbətimizə özü haqqında məlumat verməklə başladı:

- Mən, Rauf Xəlilov hazırda “Mergul Lawhüquq şirkətinin sahibi olmaqla vəkillik fəaliyyəti ilə məşğulam. Özüm şəxsən mülkiticari məsələlərin həlli ilə bağlı işlərə baxıram. Şirkətimiz ticari, mülki, əmək, miqrasiya, cinayət, ailə, şirkət, təhsil və bir neçə başga hüquqi sahədə xidmət göstərir. Bakıdakı ofisimiz ötən il avqustun 16-da açılıb. Şirkətimizin Bakıda ofisi fəaliyyət göstərir. Bakı ofisimiz də ölkəmizdəki vətəndaşlara eyni xidmətləri göstərir. Vurğulamaq istəyirəm ki, biz ancaq İngiltərədəki məsələlərlə bağlı hüquqi xidmətlər göstəririk. Yerli məsələlərlə bağlı biz müştəriləri yerli partnyorlarımıza yönəldirik. Onu da qeyd edim ki, hazırda Britaniyada hakim olmağa hazırlaşıram və bunun üçün lazım gələn mərhələləri adlamaq əzmindəyəm.

- Britaniyada soydaşlarımızla əlaqələriniz necə qurulub? Ölkəmizin ümumi təbliğat işində hansı işləri görürsünüz?

- Mən və rəhbəri olduğum şirkətdəki həmkarlarım günün 24 saatı ərzində Azərbaycan xalqının xidmətindədir. İstər hüquqi, istərsə də siyasi cəhətdən hər zaman soydaşlarımıza dəstək olmağa hazırıq. Həmişə nəsə bir tədbir, anım mərasimi və ya aksiya olanda biz orada fəal iştirak edirik. Bizim səfirliklə çox yaxın münasibətimiz var. Hər zaman səfirlikdə olan mərasimlərdə, diasporun həyata keçirdiyi tədbirlərdə iştirak edirik. Çox zaman erməni diasporu tərəfindən səfirliyimizin qarşısında millətimizə və dövlətçiliyimizə qarşı təxribat məqsədli piketlər keçirilir. Belə hallarda biz səfirliyimizin önündə toplanıb, onlara qarşı etiraz aksiyası keçiririk. Lazım olduqda isə özümüz Ermənistan səfirliyi qarşısında etiraz aksiyaları keçiririk. Son aksiyalarımızdan biri də Ermənistan ordusu tərəfindən qətlə yetirilən körpə Zəhra balamızla bağlı oldu. Həmin gün mən öz maşınımı Ermənistan səfirliyinin qarşısına sürdümucadan Azərbaycan Respublikasının Dövlət himnini səsləndirdim.

-Britaniyadakı soydaşlarımız Azərbaycanı lazımi səviyyədə təmsil edə bilirlərmi?

- Bəli. Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var. Onların hamısı Azərbaycanı çox yüksək səviyyədə təmsil edir, həqiqətlərimizin çatdırılmasında daim səy göstərirlər.

-Britaniya həyatına öyrəşmək sizə çətinliklər yaratdımı?

- Çətinliklər, təbii ki, var idi. Əvvəllər mənə ingilisləri anlamaq çox çətin idi. Onların bəzi adət-ənənələri və etik normalarını anlamaqda çətinlik çəkirdim, yaxud bunlar mənə qəbuledilməz görünürdü. Zaman keçdikcə mən onları başa düşməyə başladım. Başa düşmək o demək deyil ki, mən onlarla razılaşıram. Elə mövzular var ki, mən onlarla razılaşıram. Elə mövzular da var ki, onlarla razılaşmaq olmaz, mənə görə. Bu, əslində, təkcə İngiltərədəki insanlara aid deyil. Bizim öz insanlarımıza da bu cür xüsusiyyətlər aiddir. Yəni elə soydaşlarımız var ki, onlarla da müəyyən məsələlərə baxışda razılaşmaq olmaz. Hətta deyərdim ki, hazırda mənim öz insanlarımızla daha çox fikir ayrılıqlarım var, nəinki ingilislərlə.

-Azərbaycan həqiqətlərinin Böyük Britaniyada yayılması və təbliği ilə bağlı hansı çatışmazlıqlar var?

- Hər hansı bir siyasi kampaniyanı aparmaq üçün, hər şeydən əvvəl, maliyyə lazımdır. Çox zaman bizim Londonda bu sahədə çalışan soydaşlarımız maliyyə çatişmazlığından əziyyət çəkirlər. Belə hallarda biz bacardıqca kömək etməyə çalışırıq. Məsələn, keçən il İngiltərədə ilk dəfə olaraq bizim gənc soydaşımız Sənan Əli Xocalı Soyqırımı tamaşasını geniş publikaya təqdim etdi. Layihəni hazırlayanda maddi problemləri vardı. Bizimlə əlagə saxladı, biz ona lazımi dəstəyi göstərdik və layihənin baş sponsoru funksiyasını üzərimizə götürdük. Nəticədə çox gözəl bir layihə alındı. Belə layihələr çox önəmlidir və bu istiqamətdə hamımız əl-ələ verib çalışmalıyıq.

- Bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün daha nələri tövsiyə edərdiniz?

- Hər şeyin təməlində birlik durur. Əgər biz yumruq kimi bir olsaq, çox qüsurları aradan qaldıra bilərik. Əfsuslar olsun ki, bizdə hələ də təşkilatlanma tam formalaşmayıb. Bir çox xalqlar, bu baxımdan, çox irəli gediblər. Əgər güclü təşkilatlanma, mütəşəkkillik olsa, birgə diaspor fəaliyyətini həyata keçirmək üçün maliyyə fondu yaradılsa, bir çox layihələri həyata keçirmək mümkündür.

-Azərbaycan deyəndə ingilislərin ağlına nə gəlir?

- Çoxları Azərbaycan haqqında heçbilmir. Hətta belə bir ölkənin varlığından xəbəri olmayanlar çox olur. Əvvəllər, ümumiyyətlə, heç nə bilməzdilər, amma son zamanlar britaniyalılarda Azərbaycan haqqında bilgilər formalaşmağa başlayıb. Mənim fikrimcə, bu da son zamanlar Azərbaycan dövləti tərəfindən həyata keçirilən böyük tədbir və layihələrin sayəsindədir.

 

Fuad Hüseynzadə

Palitra 2018.- 14 fevral.- S.7.