“Xalq Cümhuriyyəti
xalqımızın tarixində mühüm
bir hadisə idi”
Sona Vəliyeva:
“AXC
dövründə qadınlara seçib-seçilmək hüququnun verilməsini xüsusi
qeyd etmək lazımdır”
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın ictimai-siyasi və sosial-mədəni həyatında fəallıq göstərən qadınlar iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Rəna Mirzəzadə qeyd edib ki, konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır. Həmçinin tədbirin keçirilməsinin daha bir məqsədi bu ilin aprelində keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka dəvət etməkdir. Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz suveren dövlətinə sahib oldu. Lakin müstəqilliyimizin qısa sürməsinə baxmayaraq, həmin dövrdə bir çox mühüm işlər görüldü. Qadınlara seçib-seçilmək hüququnun verilməsini xüsusi qeyd etmək lazımdır.
Türkiyədə yaşayan, Azərbaycan tarixi
və mədəniyyətinin təbliği istiqamətində
fəaliyyət göstərən professor
Aygün Attar ermənilərin
Azərbaycan və Anadolu türklərinə
qarşı törətdiyi soyqırımlarına, Azərbaycanın
dünyadakı nüfuzuna, Prezident İlham
Əliyevin fəaliyyətinə həsr etdiyi məqalələrindən
danışıb, ölkəmizin uğurlarından qürur duyduğunu
vurğulayıb. İctimai xadim Tərlan Musayeva,
Bakı Dövlət Universitetinin Azərbaycan
tarixi kafedrasının dosenti
Lətifə Əliyeva, “Modern İnkişaf və Ailə” İctimai
Birliyinin sədri Zərifə Quliyeva, Azərbaycan Sahibkar
Qadınlar Assosiasiyasının idarə
heyətinin sədri Səkinə Babayeva,
Fövqəladə Hallar Nazirliyi
işçilərinin Həmkarlar İttifaqının sədr
müavini Afət Xanbabayeva,
Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyinin sədr müavini
Samirə Quliyeva konfransın əhəmiyyətindən
danışıblar. Bildirilib ki, əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda - 1991-ci ildə bərpa olundu.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Ümummilli lider Heydər
Əliyevin azərbaycançılıq məfkurəsi
xalqımızın tarixi
yaddaşını özünə qaytardı, müstəqillik
arzularının gerçəkləşməsinə və
möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan
Xalq Cümhuriyyəti yalnız Azərbaycanın
deyil, türk
dünyasının, müsəlman aləminin və
bütövlükdə Şərq tarixinin
ən parlaq səhifələrindən biridir. Sonda konfransın qətnaməsi
qəbul olunub.
Nigar
Palitra.-2018.-15 fevral.-S.6.