“Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”

 

Aida Ramiz: “Qış Liderlik Məktəbi bizə nəinki yeni biliklər qazandırmağa, müəyyən qədər liderlik xüsusiyyətləri, bilik və bacarıqlarımızı ortaya çıxarmağa kömək etdi

 

Azərbaycan gəncliyinin özəlliklərindən biribudur ki, gənclərimiz təhsilə ən yüksək səviyyədə diqqət ayırırlar. Bu keçmiş sovet dönəmində də belə olub, indi də belədir. Amma tələbə adını qazanan və təhsil ardınca addımlayan gənclərimiz yalnız elmlə maraqlanmamalı, ictimai işlərdə də aktiv olmalıdırlar, sözün həqiqi mənasında cəmiyyətə qaynayıb-qarışmalıdırlar. Elə müsahib də belə gənclərdəndir. Ali təhsilinin ikinci ilini yaşayan müsahibim bu və digər məsələlər haqqında, ilk dəfə mətbuata çıxmasının həyəcanından və bu cür işlərin ona motivasiyaverməsindən də danışdı.

-Özünüz haqqında məlumat verərdiniz.

Mən -Aida Ramiz 1999-cu ildə Bakıda doğulmuşamorta təhsilə 248 nömrəli məktəbdə başlamışam. 2016-cı ildə orta təhsilimi başa vuraraq Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi ingilis dili müəllimliyi ixtisasına qəbul olmuşam. Hazırda 2-ci kursda təhsil alıram. Düzü, düşünmürdüm ki, ingilis dili müəllimliyi ixtisası üzrə oxuyacağam. Amma ailəmin ən böyük istəyini yerinə yetirmişəm, həm də karyeram üçün uğurlu bir addım atmışam. Bu arada tələbəlik həyatımız, təhsilimiz və ümumilikdə bir gənc kimi bizimlə maraqlandığınız üçün redaksiyanıza təşəkkür edirəm. Müsahib olmağın həyəcanını yaşamaq da gözəl hiss imiş...

- Sizin üçün tələbəlik həyatının özəllikləri nələrdən ibarətdir?

- Tələbəlik illəri hər kəsin yaddaşında müəyyən izlər buraxır. Orta məktəb şagirdi olan bir insan qısa zamanda fərqli bir tədris metodlarına uyğunlaşır, fərqli bir yaşam tərzinə keçir. Əlbəttə ki, tələbəlik həyatında əyləncəli anların çoxluğu da ayrıca özəllikdir. Tez-tez tələbə yoldaşlarımızla unudulmayan anlar, məzəli hadisələr yaşayırıq. Ümumiyyətlə, bildiyim qədərilə tələbəlik illəri hər zaman xatırlanır. Bilirsiniz niyə? Çünki bu illər gənclik illərindən,insan həyatının ən gözəl dövründən başlayır. Bir az bədii formada desəm, gənclik ömrümüzün baharı, tələbəlik illəri isə baharımızın solmayan çiçəkləridir. Təbii ki, yalnız bu saydıqlarımla tələbəlik həyatım kifayətlənmir.

-Bəs universitetinizdən, müəllimlərinizdən razısınızmı? Ümumilikdə tədrisin səviyyəsi sizi qane edirmi?

-Universitet hazırda öz ixtisasımı peşəkarcasına öyrətmək üçün mənə bir çox şanslar yaradır. Həmçinin müəllimlərimizin bizə qayğısı, motivasiyası, verdiyi təhsildanılmazdır. Bildiyiniz kimi, Azərbaycan Dillər Universiteti həmişə ön sıralarda olub. Bu gün bu universitetdə təhsil alan istənilən tələbəyə yaxınlaşıb oxşar sualı versəniz, onlar da heç bir narazılıqlarınınolmadığını deyərlər. Bu mənada deyərdim ki, belə bir təhsil ocağında oxuduğum üçün özümü şanslı saya bilərəm.

-İctimai işlərdə necə, aktivlik göstərirsinizmi?

-Ümumiyyətlə, gənclər təkcə təhsilə deyil, ictimai işlərə kifayət qədər zaman ayırmalıdırlar. İctimai işlər bizə cəmiyyətə açılmaqda yardımçı olur, yalnız kitab oxuyan şagirdləri tələbə həyatında digər məşğuliyyətlərə cəlb edir. Mən bir çox Azərbaycan gənci kimi ictimai işlərdə fəal olmağa çalışıram tədbirlərə, layihələrə qatılmağı çox sevirəm. Yəni bunu özümə məcbur etmirəm, sadəcə, içimdən gələn bir hisdir. İctimai işlərdə, layihələrdə gördüyüm hər bir işi sevib, zövq alıram. Əslində, mən Vətənimə çox bağlı insanam. Bu səbəbdən dövlətimizin gənclərə yaratdığı şansdan maksimum dərəcədə istifadə edirəm. Elə bu layihələrdən biri Gənclər İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan Mingəçevir Qış Liderlik Məktəbidır. Bu layihə artıq 10-ci dəfədir ki, həyata keçirilir. Bu məktəb bizə nəinki yeni biliklər qazandırdı, eyni zamanda müəyyən qədər liderlik xüsusiyyətləri, bilik bacarıqlarımızı ortaya çıxartmağa kömək etdi. Həmçinin yeni insanlar, mükəmməl bir çevrə doğma ailə qazandırdı. Bu layihə həyatımıza özünəməxsus, xüsusi bir imza atdı. Çox istərdim ki, bu kimi layihələrin sayı artsın digər gənclər bizim kimi bu ictimai tədbirlərdən yararlana bilsinlər.

-Azərbaycan gəncliyinin hazırkı durumu sizi qane edirmi?

-Bir gənc olaraq müşahidələrimə əsaslanıb deyə bilərəm ki, tam olmasa da, qane edir. Düşünürəm ki, gənclərimiz günü-gündən inkişaf edir, elm, texnologiya ilə daha da yaxından maraqlanırlar. Son illərdə gənclərimizin uğurlarına, ümumi təhsilə maraq göstərilməsi statistikasına digər məqamlara nəzər salsaq, elə bunu müşahidə edərik. Dövlət gənclər üçün kifayət qədər münbit şərait yaradır, proqram, layihələr, təşəbbüslər varsa, gəncliyimiz necə inkişaf etməsin? Tələbələrə məsləhət görərdim ki, asudə vaxtlarını daha səmərəli keçirsinlər, yeni dillər öyrənsinlər ictimai işlərə maraq göstərsinlər. Yalnız dərslər bədii kitab oxumaqla vaxt keçirmək olmaz. Teatra, konsertlərə getsinlər, intellektual, məntiqi oyunlarda iştirak etsinlər, bir çox layihələrə, proqramlara qoşulsunlar. Yəni özlərini hərtərəfli inkişaf etdirsinlər. Hərtərəfli inkişaf önəmlifaktordur. Hər bir gənc üçün ölkəmizdə bu mənada yüksək səviyyədə şərait yaradılıb. Biz gənclər də maksimum dərəcədə bundan yararlanmalıyıq.

Könüllülük kimi vacib bir fəaliyyəti də qeyd etmək istərdim. Bu gün Azərbaycanda formalaşan könüllülər ordusu böyük beynəlxalq tədbirlərin əsas yükünü, deyərdim ki, öz üzərinə götürür. Könüllülük fəaliyyəti, könüllü olmaq hələ cəmiyyətimiz tərəfindən tam şəkildə qavranmayıb. Bir çox gənclərimiz könüllü olsalar da, hələ də böyük qisim bu şansdan istifadə etmir. Amma könüllülüyün necə əvəzolunmaz xatirələr yaratdığını, təcrübələr qazandırdığını bu fəaliyyətə qatılmayanlar bilmirlər. Onlar bundan xəbərdar olsalar, düşünürəm ki, həmin gənclər də bir gün könüllü olacaqlar. Qısası, hər mənada gəncliyimiz irəli doğru addımlayır, belə gəncləri olan ölkə inkişaf etməlidir.

 

Tural Tağıyev

 

Palitra.-2018.-20 fevral.-S.7.