İsmayıllıda turizmin
sosial və internet mediada təbliğinə həsr edilmiş təlim keçirilib
Qloballaşan
Dünyaya İnteqrasiya
İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə həyata
keçirilən “Azərbaycanın turizm
potensialının sosial və internet media vasitəsilə
təbliği” layihəsi çərçivəsində
İsmayıllı rayonunda “Sosial şəbəkələrdə Azərbaycan
turizminin təbliği ilə bağlı
aktiv və düzgün
iştirak” mövzusunda
təlim keçirib. Təlim sosial şəbəkələrdə aktiv və ya “vətəndaş
jurnalistikası” ilə məşğul olan,
xarici dil bilən gənclərin
Azərbaycan turizminin təbliği ilə
bağlı bilik və araşdırma
bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimdə 20-dən artıq
gənc iştirak edib.
Təlimçi, Yeni Media Jurnalistləri İctimai
Birliyinin sədri Xaqani
Səfəroğlu tərəfindən gənclərə Azərbaycan
turizminin dünyada təqdimatı
mövzusunda məlumat verilib,
mənbələr göstərilib, bu sahədə
sosial şəbəkələrdə effektiv statuslarla
çıxış etmək qaydaları aşılanıb.
Təlimi bitirmiş gənclərə sertifikatlar verilib. Qeyd edək ki, 4 aylıq layihə çərçivəsində
xarici dillərdə yazacaq
gənc jurnalistlərin turizmə aid
yazı bacarıqlarının təkmilləşdirilməsi
və eləcə də bu sahədə blogerlik vərdişlərinin
artırılması üçün bundan öncə Bakı Dövlət
Universitetində daha 3 təlim keçirilib, həmçinin layihə
çərçivəsində “Yenimedia.info”
saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi
üçün təkmilləşdirilməsi
və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə
tutulur.
Mahmud
Palitra.-
2018.- 7 iyul.- S.7.