“Aprel
döyüşləri Ermənistanın çürük
və laxlamış sütunlarını daha
da sarsıtdı”
Prezident İlham Əliyev, həmişəki kimi, Nazirlər Kabinetinin
2018-ci ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın
işğalçılıq siyasətini pisləyib.
Dövlət
başçısı Ermənistanda 20 il
ərzində kriminal, korrupsioner,
qaniçən, oğru, yalançı
hakimiyyətin tam iflasa
uğradığını deyib: “Mənim
dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə
dəfə ən mötəbər kürsülərdən,
BMT kürsüsündən Ermənistanın əvvəlki
hakimiyyətini ittiham etmişdim.
Demişdim ki, bu,
kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış
oğru rejimidir, indi bunu erməni
xalqı deyir. Demişdim ki, bu rejim
öz xalqının qanını içir.
Bu gün biabırcasına
hakimiyyətdən qovulmuş
Sarkisyan rejimi, əslində, Ermənistanın
dövlətçiliyinin iflasıdır.
Çünki əgər
müstəqilliyinin 26 ilində,
onun 20 ili
bu hakimiyyət altında keçmişdisə,
onda bu dövlətin
hansı müsbət
cəhətləri var?!
Ermənistan uğursuz dövlətdir”.
Dövlət başçısı bildirib ki, Ermənistan
dövlətçiliyi iflasa
uğrayıb: “Onların
qəhrəmanları, onların
generalları oğrulardır,
onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il
Ermənistana rəhbərlik
etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki,
bu rejimin çökməsində bizim
də rolumuz olub, onu mən
şişirtmək istəmirəm,
bunu biz, necə deyərlər, öz adımıza çıxmaq
istəmirik. Ancaq o da
həqiqətdir ki, bizim apardığımız
siyasət nəticəsində
Ermənistan onlara gəlir gətirə biləcək bütün
layihələrdən məhrum
edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq
və heç kimdən çəkinmədən
mən bu barədə dəfələrlə
Azərbaycan ictimaiyyətinə
və xarici tərəfdaşlarıma demişəm.
Nə qədər ki, torpaqlarımız işğal
altındadır, biz Ermənistana
qarşı təcrid
siyasətimizi aparacağıq.
Bu siyasət nəticəsində
Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri,
demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin
ki, tapılsın.
Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən
dəfələrlə demişəm
ki, Ermənistandan hər il
minimum 50-60 min insan köç
edir. İndi bunu yeni hökumət təsdiqləyir.
Yəni bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün
regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf
da olmaz, sərmayə də qoyulmaz, insanların əhvali-ruhiyyəsi də
yaxşı səviyyədə
olmaz”.
“Ermənistanı ağır
vəziyyətə salan
onların işğalçı
siyasətidir”
Prezident qeyd edib ki, iki il bundan əvvəl Aprel döyüşləri də
Ermənistanın o çürük
və laxlamış sütunlarını daha da sarsıtdı: “Aprel döyüşləri
Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki
il ərzində bu zərbədən özünə gələ
bilmədilər və
əlbəttə, uzun
illər yaratdıqları
mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm
istehkam”ı bir neçə gün ərzində darmadağın
etdik və bu da Ermənistan
cəmiyyətində böyük
məyusluq yaratdı.
Ona görə Ermənistanın
başına gələn
bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış
antimilli siyasət, həm Azərbaycanın apardığı inamlı
siyasət, o cümlədən
bizim inkişaf dinamikamız, bax bunun əsas səbəbkarı oldu.
Çünki Ermənistan
əhalisi yaxşı
bilir ki, Azərbaycan hansı yüksək zirvəyə
qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr,
iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin
həlli. Bizim aramızda yerlə-göy
qədər fərq var və bu,
bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə
salan onların işğalçı siyasətidir.
Əgər işğal olmasaydı,
Ermənistan da bizim təşəbbüsümüzlə
icra edilən layihələrdə yer
ala bilərdi. Onlar
da başqa ölkələr kimi, bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı
ola bilərdi.
O kriminal, 20 il
ərzində erməni
xalqının qanını
içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm
ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq,
münaqişənin həlli
ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə
həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa
ediləcək”.
“Azərbaycanın ərazi
bütövlüyünə dəstək artır”
Prezident
İlham Əliyevin sözlərinə
görə münaqişənin həllinin bir
yolu var:
işğalçı qüvvələr işğal
edilmiş torpaqlardan
çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir,
BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsi icra olunmalıdır: “Bu qətnamələr qüvvədədir
və bu qətnamələrdə
açıq-aydın göstərilib ki,
- əgər kimsə bunu unudubsa,
xatırlada bilərəm, - erməni silahlı qüvvələri
işğal edilmiş
torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Bu
qətnamələr qüvvədədir və qüvvədə
olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından
asılıdır və əlbəttə ki,
Azərbaycan öz prinsipial
siyasətini aparacaq.
Qeyd etdiyim kimi, beynəlxalq əlaqələrimiz
möhkəmlənir, Azərbaycanın ərazi
bütövlüyünə dəstək artır. Demək olar ki,
bir çox ölkələrlə
imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həll olunması tezisi öz əksini
tapır. Əməkdaşlıq etdiyimiz
beynəlxalq təşkilatlarla da təmaslar
əsnasında daim bu
mövzu
qaldırılır və bizim siyasətimiz
böyük dəstək alır.
Dağlıq Qarabağ bizim
əzəli tarixi
torpağımızdır və biz ərazi
bütövlüyümüzü bərpa
etməliyik. Bu istiqamətdə çox böyük
işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim
hərbi hissələrə çoxsaylı səfərlərim
mətbuat tərəfindən işıqlandırılır,
əldə etdiyimiz texnikanın göstərilməsi
müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki,
bizim hərbi potensialımızın
əyani sübutu ötən ay keçirilmiş hərbi
paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat
baxımından aparıcı ordular
sırasındadır və hərbi parad bunu göstərmişdir.
Eyni
zamanda, Ordumuzun döyüş qabiliyyəti çox
yüksək səviyyədədir və bunu
yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri
və qazandığımız böyük
qələbə, 2018-ci ilin mayında
Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın
işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan
Ordusunun döyüş
qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara
müraciəti, əslində, öz məğlubiyyətlərinin
etirafıdır. Əgər səndə güclü
ordu varsa niyə beynəlxalq
təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan
beynəlxalq təşkilatlara şikayətlər edirsən?
Sən bu torpaqları xarici
dövlətlərin dəstəyi ilə işğal
etmisən”.
Yeri gəlmişkən,
müşavirədə “AzerGold” QSC Azərbaycan
ərazisində mövcud perspektivli
əlvan metal yataqlarının işlənilməsində
və istismara verilməsində kompleks yanaşma tətbiq
edir. “AzerGold”
sədri deyib ki, Prezident İlham
Əliyevin göstərişinə əsasən Azərbaycan
Respublikası Baş Prokurorluğu
ilə Azərbaycan Respublikasının işğal
altında olan ərazilərində əlvan
metalların qeyri-qanuni hasilatı ilə
bağlı erməni və xarici şirkətlərin
fəaliyyətinə hüquqi qiymətin
verilməsi prosesinə başlanılıb.
Aleksandr Duqin:
“Qarabağ Azərbaycanın
ərazisidir”
Bu arada Ermənistandakı hökumətyönlü
KİV-lərdən biri, 1in.am saytı
Beynəlxalq Avrasiya Hərəkatının
lideri Aleksandr Duqinlə
müsahibə yayıb. A.Duqin müsahibədə
bu yaxınlarda Azərbaycan Ordusunun 2016-cı ilin
aprelində işğaldan azad
etdiyi Cocuq Mərcanlıya
səfəri ilə bağlı sualı da
cavablandırıb: “Hər şeydən əvvəl, siz bilməlisiniz ki,
Rusiyanın fikrincə, təkcə Qarabağ
ətrafındakı beş rayon deyil, həm də bütün Qarabağ Azərbaycanın
ərazisidir. Bu beynəlxalq hüquqda da təsbit olunub. Və düşünürəm ki, mənim ölkəmin Azərbaycan
torpağı kimi tanıdığı əraziyə
baş çəkməyim təbiidir. İkincisi, bu Lələtəpənin
şəhərətrafına səfər idi.
Bunu heç cür hər hansı hərbi məqsədlərlə
baş çəkmək adlandırmaq olmaz. Mənim əlimdə silah
yox idi və mən hərbi
əməliyyatlarda iştirak etməmişəm.
Sadəcə, anlamaq istəyirdim ki, bu ərazidə nələr
baş verir, onlar nə dərəcədə
dağıdıcıdır, nə qədər təhlükəlidir
və sonrakı hadisələr necə inkişaf
edə bilər. Və təkrar edirəm: biz
bu əraziləri Azərbaycan
torpağı kimi tanıyırıq və
istənilən Rusiya vətəndaşının
orada olması tamamilə normaldır...”.
Fuad Hüseynzadə
Palitra.-
2018.- 11 iyul.- S.11.