NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib

 

Həmsədrlər bəyanat yaydı: “Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər”

 

Ötən gün Brüsseldə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə ilk görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib:Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunubmövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb”.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikiştirak edib. Bundan əvvəl Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar. ATƏT-in rəsmi saytının yaydığı xəbərə görə, bəyanatda Brüssel görüşünün Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib. Bəyanatda bildirilir ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər. Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.

 

Moqerini: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırırıq”

 

Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb. Bu barədə Avropa İttifaqının diplomatiya xidməti Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb. “Görüş əsnasında F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir", bəyanatda vurğulanıb.

 

Azərbaycanın xarici işlər və müdafiə nazirləri amerikalı həmkarları ilə görüşüblər

NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.

Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

E.Məmmədyarov həmkarına ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.

Xarici işlər naziri E. Məmmədyarov və müdafiə naziri Z.Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.

 

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək

 

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib. “Trend”-in məlumatına görə, bu barədə təşkilatın Brüsseldə 11-12 iyul tarixlərində keçirilən 29-cu sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilən yekun bəyannamədə deyilir. Bəyannamədə bildirilir: "Biz bütün tərəfdaşlarımızın xarici təzyiq və məcburiyyət olmadan xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müstəqil və suveren seçim etmək hüququnu dəstəkləməyə davam edirik". Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqlik bir daha təsdiqlənir: "Bu baxımdan, biz Cənubi Qafqazda münaqişələrin bu beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həlli üçün səyləri dəstəkləməkdə davam edirik. Biz bütün tərəfləri konstruktivgüclü siyasi iradə ilə danışıqların müəyyən edilmiş çərçivələri daxilində münaqişələrin sülh yolu ilə həll olunması üzərində işləməyə təkidlə çağırırıq".

 

 

Səfir: “Ərazi bütövlüyünü hərbi yolla bərpa etmək Azərbaycanın tam suveren hüququdur

 

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Argentinanın aparıcı və ən çox oxucu kütləsinə malik KİV-dən olanClarin” qəzetində erməni əsilli jurnalisti Magda Tagtachianın müəllifi olduğuArtsax və Azərbaycan, müharibə davam edəcəkmi?” başlıqlı yazı dərc olunub. Qəzetdə həmin yazıya Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun "Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir" adlı cavab məktubu dərc edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfir “Clarin” redaksiyasına ünvanlanmış cavab məktubunda Dağlıq Qarabağın tarixən Azərbaycana məxsus olması, ermənilərin müxtəlif dövrlərdə oraya köçürülməsi, Azərbaycan SSR tərkibində DQMV-nin yaradılması, Ermənistan ərazisindən azərbaycanlıların müxtəlif vaxtlarda kütləvi deportasiyası, Ermənistanın ölkəmizə qarşı tarixən mövcud olmuşSovet İttifaqının son illərində yenidən canlanmış ərazi iddiaları, ölkəmizə qarşı hərbi təcavüzü, o cümlədən torpaqlarımızın 20%-nin işğal edilməsi və 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, bu sənədlərin Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılmasını tələb etdiyi haqda ətraflı məlumat verilib.

Məqalədə Azərbaycan ərazisində Ermənistan işğalçı qüvvələrinin mövcudluğubu səbəbdən rəsmi Bakının öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəyinin onun tam suveren hüququ olduğu, bununla belə, Azərbaycanın hələ də münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəmədiyi qeyd olunub.

 

 

Nigar Abdullayeva

 

Palitra.- 2018.- 13 iyul.- S.11.