Tarix İnstitutunda yeni kitablar çap
olunub
“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun (rusca) II və III cildləri və “Azərbaycan və Osmanlı imperiyası
XV-XVI əsrlərdə” (türkcə)
adlı kitab çap olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, rus dilində nəşr olunan sənədlər toplusunun
tərtibçisi institutun
Ümumi tarix şöbəsinin müdiri,
professor Tofiq Mustafazadə,
türk dilinə tərcümə olunan kitabın müəllifi isə institutun Mənbəşünaslıq və
tarixşünaslıq şöbəsinin
müdiri, professor Şahin
Fazildir. “XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə”
layihəsi çərçivəsində
nəşr olunub.
Layihənin rəhbəri Tarix
İnstitutunun direktoru,
akademik Yaqub Mahmudovdur. İnstitutun Elmi Şurasının
qərarı ilə çap olunan topludakı sənədlərin
transliterasiyası, “Ön
söz” və şərhlər Tofiq Mustafazadəyə məxsusdur.
Üçcildlik topludakı sənədlər
Rusiya Federasiyasının
müxtəlif arxivlərindən
(Rusiya Dövlət Hərbi-Tarix Arxivi, Rusiya Dövlət Tarix Arxivi və
s.) toplanıb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi
və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə
qiymətli məlumatlar
var. XVIII əsrdə çap
olunmuş və hal-hazırda nadir tapılan
bir neçə əsər də (C.Bell və İ.Qerberin əsərləri)
topluya daxil edilib. Topluya daxil edilmiş
sənədlər Rusiya
çarı I Pyotrun və onun xələflərinin
Azərbaycanla bağlı
yeritdiyi siyasətin işğalçılıq mahiyyətini
açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir. “TEAS Press” Nəşriyyat
Evi tərəfindən
çap olunan “Azərbaycan və Osmanlı imperiyası
XV-XVI əsrlərdə” adlı
kitabda Azərbaycanın
göstərilən dövrdə
yalnız Türkiyə
ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də
münasibətləri haqqında
müəyyən məlumat
var. Əsər fars, türk, italyan, rus, ingilis, alman,
fransız dillərində
mövcud olan bir sıra ilkin
mənbə və tədqiqat əsərləri
əsasında yazılıb.
Qeyd edək ki, Ş.Fazil İsgəndər bəy Münşi, Həsən bəy Rumlu, Jozef Tiflisi və
Yan Tadeuş Kruşinskinin
əsərlərini Azərbaycan
dilinə tərcümə
edib.
Cavidan
Palitra.-
2018.- 13 iyul.- S.13.