Dünya ulduzları Bakıda təşkil olunanJara” festivalından məmnundurlar

 

Xəzərin sahilində, Bakının ən gözəl istirahət məkanlarından biriSea Breeze Resortda Beynəlxalq Musiqi Festivalının açılışı olub. Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib, habelə “Jara TV” və “Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırıb. Tamaşaçılar çıxış edən artistləri hərarətli alqışlarla yola salıblar.

 

İnqrid:

Bura mənim evim kimidir

Festivalının iştirakçısı, məşhur fransız müğənni İnqrid AZƏRTAC-a müsahibəsində Azərbaycanla bağlı xoş fikirlərini bildirib. O deyib ki, Bakını çox sevir: “Bura mənim evim kimidir. Gözəl dəniz, əsrarəngiz şəhər, bir sözlə, Bakıda olmağımdan qürur duyuram”.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən İnqrid bu möhtəşəm musiqi bayramına məxsusi hazırlaşdığını dilə gətirib: “Günlər günəşli keçir, əsl dəniz havasıdır. Zəhmətim hədər getmədi, performansım tamaşaçılara zövq yaşatdı. Səhnədə sürprizlər təqdim etməyə çalışdım. Tamaşaçılar ifamı bəyəndilər bu məni çox sevindirir”.

Festivalda ən yaxşı mahnıların səsləndirildiyini, bunun hamıda gözəl əhvali-ruhiyyə, müsbət emosiya doğurduğunu vurğulayan İnqrid deyib: “Səhnə olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. Jaraisə isti Bakı havasına əlavə hərarət gətirir”.

 

Filip Kirkorov:

Azərbaycana böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm

Rusiyanın Xalq artisti Filip Kirkorov deyib ki, onun üçünJarafestivalı böyük bayramdır: “Bakı mənim evimdir. Burada dostlarım çoxdur. Azərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir insanları qonaqpərvərdirlər. Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm”.

Festivalın yüksək səviyyədə keçdiyini bildirən F.Kirkorov burada tanınmış estrada ulduzlarını, əsrarəngiz şounu, tamaşaçı sevgisini gördüyünü vurğulayıb: “Bir daha təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bu, möhtəşəm, fərqli çalarlı musiqi bayramıdır. Jarahər kəsə dəniz qədər pozitiv emosiya unudulmaz xatirələr bəxş etdi. Dostlarımla eyni səhnəni bölüşməyimə şərait yarandığı üçün çox şadam. Məni sevən tamaşaçılarımı yenidən görmək unudulmaz hislərdir. NövbətiJarafestivalını səbirsizliklə gözləyəcəyəm”.

 

Lyubov Uspenskaya:

Bakı inanılmaz dərəcədə gözəl şəhərdir

Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskaya deyib ki, Bakı inanılmaz dərəcədə gözəl şəhərdir: “Burada 25 il əvvəl olmuşdum. O zaman Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Onun yorulmaz fəaliyyəti, güclü iradəsi sayəsində qısa bir zamanda dağınıq olan şəhərdə sabitlik, sülh yaradıldı. Ötən müddət ərzində paytaxtınız çox dəyişib. Mən Bakının gözəlliyinə aşiq oldum. Şəhəri tanıya bilmədim”.

Bu illər ərzində Bakının dünyanın ən gözəl paytaxt şəhərlərindən birinə çevrildiyini bildirən L.Uspenskaya qonşu ölkənin belə sürətli inkişafının Avropa Şərq dəyərlərini özündə birləşdirməsinin onu sevindirdiyini vurğulayıb: “Azərbaycan xalqı qonaqpərvərdir. Festivala üç ay öncədən hazırlaşırdım. Tamaşaçılara sürprizim var. Polad Bülbüloğlu ilə birgəÇiçək, çiçəkmahnısını ifa edəcəyəm. Bu şəhərdə gəzmək istərdim. Mənim dostlarım da hazırda mənimlədir”.

Bu möhtəşəm musiqi bayramına görə Xalq artisti Emin Ağalarova minnətdarlığını bildirən Lyubov Uspenskaya festivalın yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

 

 

 

Stiven Siqal:

Çox sağ ol, Bakı! Mən sizi sevirəm

Hollivud ulduzu, kinorejissor prodüsser Stiven Siqal deyib ki, "Jara" musiqi festivalı ən yüksək səviyyədə təşkil olunub: “Bu festival dünyanın ən yaxşı festivalıdır burada iştirak etmək mənə çox xoşdur. Çox gözəl qarşılandığım üçün hamıya Eminə təşəkkür edirəm. Çox sağ ol, Bakı! Mən sizi sevirəm”.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, “JaraBeynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Festival çərçivəsində Leonid Aqutin Valeriyanın yubiley gecələri keçirilib. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk başqaları tamaşaçılara xoş anlar yaşadıblar.

 

 

Fuad Hüseynzadə

 

Palitra.-2018.- 28.- S.4.