Paşinyandan etiraflar: Ermənistan Azərbaycanla müharibədən qorxur, sərhədlərini də qoruya bilmir və yeganə ümidi Rusiyadır

 

Ermənistanın baş naziri Nikol PaşinyanExo Moskvı” radiosuna müsahibə verib. “Trend” yazır ki, o, müsahibəsində rəhbərlik etdiyi ölkənin dolayısilə, xeyr, elə birbaşa Rusiyanın müstəmləkəsi olduğunu etiraf edib. Yazıda qeyd edilir ki, Azərbaycan Ordusunun gücünə yaxşı bələd olan Paşinyan müharibə ehtimalını istisna etmirbu anda baş nazir “çoxəsrlik qardaşdost Rusiya”nın qoltuğu altına sığınır.

SİTAT: “İndi regionumuzda vəziyyət çox gərgindir. Müharibə ehtimalı çox böyükdür. Mən, bütün ermənilər, Ermənistanda olan hamı əmindir ki, Rusiya regionumuzda yeni eskalasiyaya imkan verməyəcək və Azərbaycanı Ermənistana və Qarabağa hücum etməyə qoymayacaq. Bunun üçün Rusiyanın bütün təsir vasitələri var. İnanıram ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız, çoxəsrlik dostumuz olan Rusiya müharibəyə imkan verməyəcək”.

Göründüyü kimi, Ermənistanın baş naziri ölkəsinin döyüş meydanında Azərbaycanla baş-başa gələ bilməyəcəyini anlayır və təbii ki, Ermənistanın “yeganə qoruyucu mələyi” qismində Rusiyanı görür, ondan kömək umur.

Oğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməsinə gəlincə, Paşinyan deyir ki, guya, oğlu Dağlıq Qarabağda hərbi xidmətdə olmağı könüllü şəkildə seçib.

SİTAT: “Bu, sülhpərvər bir jestdir. Yəni düşünürəm ki, əgər mən oğlumu Qarabağa göndərirəmsə, deməli, orada müharibə olmasını istəmirəm”.

Məsələyə daha yaxından bələd olan müxbir belə bir sual verib Paşinyanı dalana dirəyə bilərdi: “Necə olur ki, Ermənistan baş nazirinin oğlu rəsmi Yerevanın belə, müstəqilliyini tanımadığı qondarmaDağlıq Qarabağ respublikası”nda hərbi xidmət keçir?” Maraqlıdır, görəsən, məhz oğlu orada olduğu üçün (!) müharibə istəməyən ata baş nazir Ermənistanın cinayətkar rejiminin erməni gənclərini qonşu ölkəninAzərbaycanın torpaqlarında güllə qabağına verməsinə necə haqq qazandırır?

Davam edək. Müxbirin Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı sualına cavabında isə Paşinyan Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını açıq-aşkar etiraf etdi.

SİTAT: “Rusiya sərhədçiləri Türkiyə-Ermənistan sərhədini mühafizə edir. Bu, Ermənistana çox lazımdır, bizim üçün belə çox yaxşıdır, çünki bizim silahlı qüvvələrimiz bu məsuliyyətdən faktiki olaraq azad olub. Belə uzun sərhədi qorumaq məsuliyyətini öz üzərimizə götürmək bizim üçün böyük yük olardı”.

Bəli, Paşinyan butarixi kəlamıilə tarixə düşür. O, dünyada ilk baş nazirdir ki, ölkəsinin öz sərhədlərini qorumaq bacarığının olmadığını, bu məsuliyyətin altına girmək istəmədiyini elan edir.

Sonda Paşinyan Ermənistanın maliyyə problemi yaşadığını, bu baxımdan da Rusiyadan maliyyə yardımı umduğunu gizlətmir. Bu gün regionda məhz Azərbaycana qarşı təcavüz, işğalçılıq siyasəti yürütdüyünə görə bütün irimiqyaslı layihələrdən kənarda qalan Ermənistan müstəqil olaraq heç bir layihə həyata keçirə bilmir. Yeganə ümidləri isə sovet vaxtından qalan atom elektrik stansiyasının modernləşdirilməsidir ki, buna da pulları çatmır.

SİTAT: “Ermənistan üçün atom enerjisinə malik olmaq çox mühümdür biz atom elektrik stansiyamızın istismar müddətinin 2040-cı ilədək uzadılmasına ümid edirik. Ümid edirəm ki, Rusiya bu məsələdə bizə kömək edəcək. Çünki, təəssüf ki, hazırda bizim bu prosesə müstəqil şəkildə başlamaq üçün kifayət qədər maliyyə vəsaitimiz yoxdur. Lakin Rusiya bizə kömək etsə, çox məmnun olardıq bu məsələdə çox maraqlıyıq...”

Ölkəsinin öz sərhədlərini qoruya bilmədiyini, Azərbaycan ordusu ilə müharibədən isə qorxduğunu gizlətməyənmüstəqil ölkə”nin baş naziri Paşinyana, əslində, bu səmimi etiraflarına görə təşəkkür düşür.

 

 

Azərbaycan XİN Paşinyanın açıqlamalarına münasibət bildirib

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası Azərbaycan xalqıdır. Hərbi təcavüzə işğala məruz qalan tərəf kimi, bu müharibədən 25 ildən artıqdır ən çox əziyyət çəkən Azərbaycan xalqıdır”. APA-nın xəbərinə görə, bunu Ermənistan baş naziri onun həyat yoldaşının sülh barədə açıqlamalarını şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Ermənistanın baş naziriExo Moskvıradiosuna müsahibəsində, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan edirlər. Əgər onlar, həqiqətən, sülh istəyirlərsə, onda Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan “status-kvodəyişdirilməli hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur. Azərbaycan dəfələrlə bəyan edib ki, bu halda regionda davamlı sülh sabitlik bərqərar ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların da məğzi düsturu bundan ibarətdir. Amma, bir tərəfdən işğalı davam etdirmək, işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasətini aparmaq, yüz minlərlə məcburi köçkünün öz doğma evlərinə qayıtmasına imkan verməmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır yanlış süni ictimai təbliğatdan başqa bir şey deyil”, - deyə o vurğulayıb.

XİN təmsilçisi sonda Ermənistanın yeni baş naziri onun həyat yoldaşının bu sülh niyyətləri qeyd edilən istiqamətlərdə sözdən əmələ doğru reallaşacağına ümidvar olduğunu bildirib.

 

Aydın Səfixanlı: “Paşinyan Azərbaycan Ordusundan necə qorxduqlarını bir daha bəyan edib

 

Ermənistanın baş naziri Nikol PaşinyanınExo Moskvıradiosuna müsahibəsində Ermənistanın müstəqil dövlət olmadığını, tarixən kölə olduqlarını digər dövlətlərin himayəsi olmadan mövcud ola bilməyəcəklərini bəyan edib.”

BunuTrend”ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, N.Paşinyan Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədini mühafizə etdiyini etiraf etməklə Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını da etiraf edib:

"Məlum olduğu kimi, sərhəd hər bir dövlətin milli atributudur, müqəddəs əzizdir. Müqəddəsdir, ona görə ki, bu sərhədlərin daxilində vətən adlandırdığımız coğrafi məkan yerləşir. Dövlətçiliyin mühüm atributu olan dövlət sərhədinin mühafizəsi isə dövlət müstəqilliyinin əsasını təşkil edir. Paşinyan isə Rusiya sərhədçilərinin Türkiyə-Ermənistan sərhədini mühafizə etdiyini, belə uzun sərhədi qorumaq məsuliyyətini daşımağın Ermənistan üçün böyük yük olduğunu etiraf etməklə Ermənistanın bir dövlət kimi öz sərhədlərini qorumaq iqtidarında olmadığını beləliklə, müstəqil dövlət olmadığını, bir müstəmləkə olduğunu göstərib".

A.Səfixanlı qeyd edib ki, N.Paşinyan regionda vəziyyətin gərgin olduğunu, müharibə ehtimalının böyük olduğunu, özü daxil olmaqla bütün ermənilərin ümid yerinin Rusiya olduğunu, Rusiyanın Azərbaycanı müharibədən çəkindirəcəyinə əmin olduqlarını bildirməklə Azərbaycan Ordusundan necə qorxduqlarını, özlərini müdafiə etmək qabiliyyətində olmadıqlarını bir daha bəyan edib:

"Paşinyan, həmçinin öz müsahibəsində Ermənistanın işğalçı ölkə olduğunu, erməni hərbçilərinin, hətta öz oğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməsini etiraf edib. Bununla o, Ermənistanın BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri hər hansı bir dövlətin ərazi bütövlüyünə ya siyasi müstəqilliyinə qarşı hər hansı bir təhdidə yol verməməlidirlər" tələbini pozduğunu, digər ölkənin ərazi bütövlüyünə qəsd etməklə işğala yol verdiyini dövlət rəhbəri olaraq etiraf edib".

Ombudsman Aparatının rəhbəri hesab edir ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan rəsmisinin bu etiraflarına ümumiyyətlə, artıq 30 ilə yaxın bir müddətdir ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində törədilən hərbi cinayətlərə etinasız yanaşmamalıdır. Belə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvünə qarşı edilən təcavüzün qarşısı təşkilatın Təhlükəsizlik Şurası tərəfindən dərhal qətiyyətlə alınmalıdır:

"Ümumiyyətlə, beynəlxalq problemlərin münaqişələrin həllində beynəlxalq hüququn norma prinsipləri BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır. Əgər Azərbaycana qarşı edilən təcavüzün qarşısının alınmasında beynəlxalq birlik yenə gözləmə mövqeyi tutarsa, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq, təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək təcavüzkarın cavabını özü verəcək".

 

Nigar Abdullayeva

 

Palitra.- 2018.- 28 iyul.- S.11.