Gülbikə Bəbirli: “Uğur qazanmaq istəyən şairin ən böyük xəzinəsi mütaliədir”

 

Ala gözlərində məsum baxışlar,

Qısacıq ömrünə bəzəkdir, Ana.

Həyatın qasırğa, leysan yağışlar

Hər damla cənnətçün gərəkdir, Ana.

(Gülbikə Bəbirli)

 

Gənc nəsillər arasında sənət adamlarının təbliği, onların yaradıcılığının geniş auditoriyalara çatdırılması oxucu kütlələrinə tanıdılması mətbuatımız qarşısında duran ümdə məsələlərdəndir. Tarixi müstəqilliyinə qovuşan Azərbaycanın azad mətbuatı formalaşmış hal-hazırda da qələm sahiblərinə şərəflə xidmət edir. Bu gün ölkəmizdə sevindirici haldır ki, qələm sahiblərinin yaradıcılığı ən çox oxuculara mətbuat vasitəsilə çatdırılır. Xüsusilə bu sahədə ənənəvi medianın rolu danılmazdır. Ədəbiyyatımızın dirçəldilməsində, yaşadılmasında qorunub-saxlanmasında mətbuatımızın əvəzsiz xidmətləri var. Bu baxımdan, Azərbaycan mətbuatı hər zaman yaradıcı insanlara məhəbbətlə yanaşır onları öz ətrafında cəmləyir. Bu gün belə qələm sahiblərindən biri gənc şairə Gülbikə Bəbirlidir. Bəbirli Gülbikə Gülmurad qızı 1998-ci il iyul ayının 7-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbdə alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alır.

- Hər bir qələm sahibinin ədəbiyyata gəlişi onun yaradıcılıq həyatında unudulmaz xatirəyə ya tarixə çevrilir. Bu baxımdan, Gülbikə xanım, öncə ədəbiyyata gəlişinizdən söhbət açardınız.

- Həmişə ədəbiyyata böyük maraq həvəsim olub. Ədəbiyyata gəlişim isə 13 yaşıma təsadüf edir. Lakin şeir yazmaq üçün ədəbiyyata böyük maraq həvəsin olması kifayət deyil. Çünki bir sətir şeiri ərsəyə gətirmək üçün ilahi ilham gərəkdir. Bir az əvvəl vurğuladığım kimi, mən ilk şeirimi anidən gələn ilham hisləri əhatəsində qələmə almışam. Daha doğrusu, dərin fikirlərə daldığım zaman, özümün hələ indiyədək anlaya bilmədiyim anidən gələn təb sayəsində ilk şeirimi şifahi dilə gətirdim sonra onu qələmə alıb əbədiləşdirdim. Bu hadisədən sonra isə davamlı olaraq şeirləri yazmağa başladım ədəbiyyata gəlişimin ilk addımları atıldı.

- Şeirlərinizi necə yazırsınız?

- Əgər şeir gül-çiçəklə dolu, sərin bulaqlı gözoxşayan cənnətməkandırsa, şairlik isə susuzluq quraqlığın hökm sürdüyü ucsuz səhradır. Cənnət ətirli şeirlərin yaranması üçün bəzi çətinliklərdən keçməli oluram, istədiyim zaman şeir yaza bilmirəm. Şeiri yalnız içimdən gəldiyi zaman qələmi əlimə alaraq yazmağa başlayıram. Şeir yazmaq mənə ilahi bir vergidir, çünki yazarkən yaşadıqlarım məni bu fikir üzərində cəmləşdirib. Çox insan ədəbiyyatı sevə bilər, lakin az insana şair, yazıçı olmaq nəsib olur. Bu ona görədir ki, qələmi əlinə alaraq kiçik misra yazmaq üçün fitri yetənək, ilahi bir vergi lazımdır. Şeir yazmaq sehrli aləmə düşmək kimidir; o anda beynində yaratdığın bütün xəyali obrazlar, müxtəlif fikirlər canlanaraq qonaq kimi ətrafına yığılır, sən onlarla müzakirələr aparırsan sonda aldığın nəticələr lirik notlarla vərəqə düzülərək gözəl bir şeir parçası ərsəyə gətirir.

- vaxt bilirsiniz ki, şeir yazmaq lazımdır?

- Gözəl sualdır. Neçə dəfələrlə bu sualla qarşılaşmışam. Demək istəyirəm ki, əsasən, mənə təb, ilham gecələr gəlir. Birdə görürsüz ki, qeyri-ixtiyari halda beynimdən şeir başlıqları keçir mən bunları vərəqə tökdüyüm zaman ip kimi uzanaraq özlüyündən ardı gəlir. Bu çox qeyri-adi hisdir. Şeir yazmağın özü ayrı bir incəsənətdir. Bu incəsənətdə sözlər musiqi kimi nizama düzülür, şeirimdəki obrazlar teatrda səhnəyə çıxan aktyorlar kimi, beynimdə canlanır, heykəltəraşın gili formaya salaraq şah əsərə çevirməsi kimi, şeirdə formaya salınır.

- Klassik şairlərdən kimi oxuyursunuz ümumilikdə mütaliəyə olan marağınızdan danışardınız.

- Əsasən, klassik ədəbiyyatdan Nizami Gəncəvi, Şah İsmayıl Xətai Hüseyn Cavidə üstünlük verirəm. Nizami GəncəvininXəmsə”sini çox sevirəm. Oradakı dərin məna fəlsəfi fikirlər nəfəs kəsir. Mütaliəyə marağım böyükdür vaxt tapdıqca çalışıram ki, daha çox mütaliə edim. Uğur qazanmaq istəyən şairin ən böyük xəzinəsi mütaliədir.

- Günümüzdə gənclərin böyük bir qismi modernizm postmodernizm cərəyanında şeirlər yazırlar. Bu cərəyana olan marağınızdan danışardınız. Adətən, gənclər klassik üslubdan uzaq dururlar...

- Gənclərin modern üsluba meyil etməyinin səbəbi elə həyatın özünün modernləşməsidir. Yaşadığımız çağın inkişaf sürəti yazıb-yaratmaq istəyən gənclərimizi modern üsluba doğru yönəldir. Lakin modernləşməyə doğru getdikcə keçmiş irsimizi, dahi şəxsiyyətlərimizin kəlamlarını göz önündən kənara qoymamalıyıq. Məncə, modernləşdikcə keçmişimizi danmaqdansa, ədəbiyyatda özünəməxsusluq yaratmaq lazımdır. Özünəməxsusluq dedikdə isə öz cığırını, öz tərzini yaratmaq yenilikçilik etmək lazımdır. Yeniliklər hər zaman hamı tərəfindən xoş qarşılanmasa da, həmişə fərqliliyi ilə yaddaşlarda qalır. Əsas olan isə risk edə bilməkdir. Risk isə həyatın ən gözəl otağına gedən çətinliklərlə dolu yoldur.

-Sonda oxuculara sözünüz nələrdir...

- Əziz oxucular həyatınız sonu görünməyən kitabxana kimi uzun, oradakı kitablar qədər mənalı, təzə kitab ətri qədər çəkici, kitabların ən müqəddəsiQurani-Kərimkimi dəyəri ölçülməz olsun. Sizə bol-bol mütaliə arzu edirəm.

 

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.- 2018.- 28 iyul.- S.15.