İlk Milli
Ordumuz necə yaradılıb?
120 nəfər
könüllüdən ibarət olan “Erkən” adlı hərbi
dəstə öncə Bakıda, Çəmbərəkənd
məscidinin həyətində yerləşdirilib, sonradan
müvəqqəti Lənkərana
köçürülüb
İlk
Milli Ordumuzun yaradılması prosesi, əslində, ölkəmizin
müstəqillik tarixidir. Bu tarixə nəzər salsaq görərik ki, Milli
Ordumuzun yaradılması prosesi hələ Azərbaycan Xalq
Cümhuriyyəti qurulmamışdan əvvəlki dövrə
təsadüf edir. O vaxtlar Rusiya imperiyasının
müsəlman xalqlarına həqarətli münasibəti,
onların orduda xidmətdən “azad” edilməsi bu xalqların
hərbi işləri yadırğamasına gətirib
çıxarmışdı. 1917-1918-ci illərdə
erməni təcavüzünün güclənməsi Azərbaycan
türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi
ilə üz-üzə qoymuşdu. Yaranmış
vəziyyət təcili olaraq ordu quruculuğuna
başlamağı tələb edirdi. Azərbaycanda
ordu quruculuğu ilə bağlı görülən işlər,
o zaman gənclər hərəkatının rəhbəri və
Milli Ordumuzun ilk əsgərlərindən olan Əziz Alpoudun
“Həyatımın hekayətləri” kitabında daha aydın
təsvir edilib. O, kitabında yazır ki, 1917-ci ildə zənginlərimizə
ağız açıblar və onların vasitəsilə
silah təminatına başlanılıb: “Lakin silahların əldə
edilməsi çox çətindir. Çünki
Qafqaz cəbhəsindən darmadağın olub geri qayıdan
rus və erməni birlikləri, zəngin Bakı və
Bakı ətrafında yerləşirdi. Silahların
çoxunu da erməni milli təşkilatları öz
dığaları vasitəsilə asanlıqla əldə
edir, bizim əlimizə isə sınıq-salxaq və ya
qarışıq silahlar keçirdi”. Onun bildirdiyinə
görə, Bakıda, Çəmbərəkənd məscidinin
həyətinə bizim rus ordusundan gələn zabitlərimiz
və nizami əsgərlərimiz yerləşdirilirmiş: “Bu
zabitlər daha çox süvarilər-rusların “Dikaya
Diviziya” (“Vəhşi süvari diviziyası”)
adlandırdıqları və Avstriya cəbhəsinə
göndərilmiş qafqazlı və azərbaycanlı
müsəlman türk birliklərindəndir. Bu ərəfədə
əsgərlərimizin sayı yüz iyirmi nəfər oldu.
Hamımız da süvari döyüş təlimi
keçirdik. Mən onbaşı təyin
olunmuşdum. Bizim yalnız on üç tüfəngimiz
vardı, hərəsi də bir cür: “Lebel”, “Berdan”,
“Aynalı” adlanan, Türkiyədən gəlmə onatan
tüfəng ( o mənimkiydi), rus
“Beşaçılan”ı və s.”.
Ə.Alpoud
bu vəziyyətdə patron təminatının da çox
çətin və ağır vəziyyətdə
olduğunu vurğulayaraq erməni və rus birliklərindən
gizlədilmiş şəraitdə öz Milli Ordumuzu
qurmağa çalışdıqlarını
xatırladır: “Lakin fəaliyyətimizi öyrənən
ermənilər rusları bizə qarşı
qısqırtmağa başlamışdılar. Guya ki, bizə silah versələr, türklər ətrafdakı
rusları qıracaqlar”.
Yeni yaranmış ordunun əsgərləri
arasında Hacı Zeynalabdin Tağıyevin oğlu da olub
Daha
sonra rahat fəaliyyət göstərmək üçün
“Erkən” adlı əsgəri dəstəni Lənkərana
köçürmək gərək olub: “Zabitlərlə bir
iclas keçirdik və bu qərara gəldik ki, bizim hərbi dəstə
Lənkərana köçsün. Bakıda isə
Hərbi Məktəb yaradılsın və başında da
albay (polkovnik) Tabasaranlı (Dağıstanlı) dursun. Elə də elədik. Tələbələr
üçün birləşmiş Hərbi Məktəb fəaliyyətə
başladı. Bizsə Nağıyevlərin
“Evelina” adlı çar gəmisi ilə gecələrin birində
Lənkərana yola düşdük. Başçımız
minbaşı İsgəndər İsgəndərbəyli,
baş leytenant Əli Əsədullayev və polşalı
baş leytenant Koşmaryevskiy, habelə yüz iyirmi nəfərdən
ibarət “ordumuz” səhərə yaxın Lənkərana
çatdı”.
Əsgəri
dəstə lənkəranda əvvəlcədən ələ
keçirilmiş rus məktəbində yerləşdirilib.
Maraqlıdır ki, ilk Milli Ordumuzun əsgərləri
arasında Hacı Zeynalabdin Tağıyevin oğlu da olub: “…qərargah
otağında toplantı keçirdik. Bu məxfi
yığıncaqda, onbaşı olmağıma baxmayaraq, mən
də iştirak edirdim; eynən də dostum ( o
da tələbə idi) milyoner Hacı Zeynalabdin
Tağıyevin oğlu Məhəmməd kimi... Bu oğlan çox millətçi və
yaxşı ürəyi olan bir əsgərdi. O da mənim
kimı könülüydü”.
Milli Ordumuzun tankları da olub
Sonradan
Türkıyədə mühacir həyatı yaşayan Ə.Alpoud
ilk ordumuzun yaradılması sevincini belə
bölüşür: “Çox sevinirdik. Ulu
Tanrı bizə Azərbaycanın ilk ordusunu qurmağa imkan
vermışdi. Dərhal siravi dəstələr
yarandı. Kəndlərdən bir təbilçi
süvari və zurnaçı tapdıq, ordumuzun orkestri də
oldu …”. Onun sözlərinə
görə, daha sonra Milli Ordumuzun tankları da olub və
ordumuz rusları Mil düzünə kimi
sıxişdırıblar. Kitabın tərcüməçisi,
tədqiqatçı-æurnalist
Zakir Sadatliniın fikrincə, Ə.Alpoudun Milli Ordumuzun
yaranması haqqında bu bilgiləri yenidir.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılması müstəqil Azərbaycanın dövlət
quruculuğunun mühüm nəiliyyətlərindən
biridir. 1918-cı il 26 iyun
tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasina
başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi
Nazirliyi təsis edildi. İstedadlı
general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi
nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini
təyin edildilər.
Qısa
müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz
İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları
erməni-bolşevik işğalından xilas etdi.
Bu hərbi birləşmələr Muğanda və
Əskəranda milli hökumətə qarşı baş
vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik
göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni
nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan
ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov,
Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy
Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı
generalları var idi.
AXC
süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv
etdi. Onun rəhbərlərinin əksəriyyəti
Nargin adasına aparılıb güllələndi.
Silahlı Qüvvələrin quruculuğu
sahəsində aparılan işlər ölkəmizdə
qüdrətli ordu yaratmağa imkan verib
Əsası
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qoyulmuş Azərbaycan ordusunun ənənələri
müasir dövrdə də qorunub saxlanilır və
inkişaf etdirılır. Bu isə ümummilli liderimiz Heydər Əlıyevin
ciddi səyləri nəticəsində mümkün
olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin
rəhbərliyi altında Silahlı Qüvvələrin
quruculuğu sahəsində aparılan işlər ölkəmizdə
mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan
verib, onun gələcəkdə daha da möhkəmlənməsi
üçün əsaslı zəmin yaradıb.
Lakin
hələ yaxın keçmişdə Azərbaycan ordusu
yaradılmasına başlanıldiğı vaxtdan müxtəlif
təzyiqlərə məruz qaldi. Həm xaricdən, həm də daxildən göstərilən
təzyiqlərin əsas məqsədi ordu quruculuğunun
qarşısinı almaqla Azərbaycanın müstəqil bir
dövlət kimi mövcudluğuna yol verməmək idı.
Belə ki, Sovet Hakimıyyəti dövründə
də Rusiya imperiyasının azərbaycanlılara
qarşı hərbi siyasəti dəyişməmişdi.
Sovet dövründə çar dövründən
fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə
çağırılırdılar. Lakin
onlar göyüş üçün nəzərdə
tutulmuş hərbi hissələrdə yox, əsasən,
tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar
arasında hərb elminə dərindən yiyələnən,
müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin
yetişdirilməsınə imkan verməmək. Bu siyasətin
mahiyyətini yaxşı başa düşən Heydər Əliyev
Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçivanski adına
ixtisaslaşdırılmış hərbi məktəbi təşkil
etdi. Dövlət başçımız azərbaycanlı gənclərin
Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi
Dənizçilik məktəblərinə, eləcə də
SSRİ-nin digər hərbi məktəblərinə güzəştli
şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu
gün C.Naxçivanskı adına Hərbi
Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində
və o dövrdə ali hərbi məktəbləri
bitirmiş şəxslərin silahlı qüvvələrin
formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan
hərbçiləri Birinci Qarabağ müharibəsində
misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş,
çox mürəkkəb və çətin tarixi
inkişaf yolu keçmişdir.
1991-ci
ildə Azərbaycan Respublikası yenidən dövlət
müstəqilliyini bərpa edərkən artıq Ermənistan
Respublikası ilə müharibə vəziyyətində idi.
O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik
və iradəsizlik nümayiş etdirərək Silahli
Qüvvələri yarada bilmədilər.
1991-ci
il sentyabrın 5-də Müdafiə Nazirlıyınin
yaradılması barədə qərarın və həmin il
oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən
silahlı qüvvələrin yaradılması haqqında
qanunun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi
bu qərarların həyata keçirilməsi
üçün heç bir səy göstərmirdi.
Cəmiyyətin
bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi
çəkişmələrin geniş vüsət alması,
cinayətkar mafioz dəstələrin fitnələri, xarici
xüsusi xidmət orqanlarının qarşısı
alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu
quruculuğu prosesinə göstərdiyi
dağıdıcı təsiri 1993-cü ilin ortalarında
artıq ordunu məhv olmaq təhlükəsi
qarşısında qoydu.
Bütün bunların nəticəsində erməni
silahlı qüvvələri Azərbaycan torpaqlarının
20 faizini zəbt etdi, 1 milyondan artıq vətəndaşımız
öz yurdlarından didərgin salındı, on minlərlə
insan qətl edildi.
Heydər
Əliyevin 1993-cü ildə xalqın tələbi ilə
hakimiyyətə gəlməsi və Azərbaycan
Respublikasının Prezidenti seçilməsi vəziyyəti
kökündən dəyişdi, respublikamızda ordu
quruculuğu sahəsində mühüm tədbirlərin həyata
keçirilməsinə güclü təkan verdi,
cəbhədə vəziyyətin müsbət istiqamətdə
inkişafına şərait yaratdı. Bu
dövrdən etibarən ölkədəki silahlı qüvvələr
dövlətin tam nəzarətinə keçdi. Azərbaycan əsgərinin qəhrəmanlıq
nümunələrinin şahidi olan düşmən cəbhədə
atəşkəsə razılıq verməli oldu.
“Ordumuzun döyüş qabiliyyəti
yüksək səviyyədədir”
Ulu
öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha
da inkışaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın
yaradılması haqqında fərman imzalamışdır. 2001-ci ildə Silahlı Qüvvələr
Gününə həsr olunmuş təntənəli mərasimdə
ümummilli lıder müstəqil Azərbaycan dövlətinin
ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə
qadir olan güclü ordusu olmasından iftixar hissi keçirdiyini
söyləmişdir.
Ordu
quruculuğunun möhkəmləndırılməsi istiqamətində
ulu öndər Heydər Əliyevin apardığı
islahatlar bu gün öz bəhrəsini verməkdədir.
“Ordumuzun döyüş qabilıyyəti
yüksək səviyyədədir, gündən-günə
artır. Ordu quruculuğu prosesi uğurla
gedir, orduda islahatlar dərinləşir”- deyən Prezident
İlham Əliyev tərəfindən bu siyasət uğurla
davam etdirilir. Ölkəmizdə hərbi sənaye
sahələri formalaşdırılıb və müxtəlif
hərbi sursatların istehsalı ildən-ilə
artırılır. Silahlı Qüvvələrin
maddi-texniki bazasının gücləndirilməsi
üçün də hərbi hissələrdə quruculuq
işləri davam edir. Qusarda, Gəncədə, bir
çox bölgələrdə hərbi hissələr
müasir formada qurulur, təmir edilir. Xüsusən,
tibbi şərait müasir standartlara
uyğunlaşdırılır. Həm
hospitallar, həm də tibb məntəqələri
üçün çox müasir avadanlıqlar
alınır. Əsgərlər
üçün çox müasir klublar, istirahət yerləri,
NATO standartlarına uyğun təlim meydançaları
yaradılıb. Bunlar hamısı ordu
quruculuğunda görülən sistemli, məntiqi işin nəticəsidir.
Güclü
ordu güclü dövlət deməkdir.
Ordunun gücü məhz dövlətin
gücü kimi qəbul olunur. Azərbaycanın
bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan
torpaqlarını etibarlı müdafiə etməyə
qadirdir.
Fuad Hüseynzadə
Palitra.-
2018.- 5 iyun.- S.12.