Hyuston
şəhərində Azərbaycan Xalq
Cumhiriyyətinin 100 illiyi təntənəli
şəkildə qeyd edilib
(FOTO)
Cari
ilin 31 may tarixində ABŞ-ın enerji paytaxtı sayılan,
ABŞ-ın ən böyük şəhərlərindən
olan və çoxsaylı Azərbaycan icmasının
yaşadığı Hyuston şəhərində ADR-in 100
illiyinə həsr edilmiş rəsmi tədbir keçirilib.
Trend-in
məlumatına görə, tədbir Hyuston-Bakı
qardaşlaşmış şəhərlər
Assosiyasiyası və Hyuston Birləşmiş Millətlər
Assosiyasiyasının birgə təşkilatçılığı
ilə baş tutub. Tədbirin çoxsaylı qonaqları
sırasında Texas ştatında akkreditə olunan xarici
diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan,
Yəhudi, Pakistan, Türk icmalarının nümayəndələri
və Texas ştatının bir sıra nüfuzlu ictimai və
dövlət xadimləri iştirak edib.
Tədbirdə
Hyuston-Bakı qardaşlaşmış şəhərlər
Assosiyasiyasının və Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbəri İradə Axundova çıxış edərək
1976-cı ildən fəaliyyət göstərən
Assosiyasiyanın yaranma tarixi və 42 il ərzində
görülən işlər barədə qonaqlara ətraflı
məlumat verdi.
Hyustonla
Qardaşlaşmış Şəhərlər
Assosiyasiyasının prezidenti Harri Gi öz
çıxışında bayram münasibəti ilə Azərbaycan
icmasını təbrik etdi və Hyuston şəhərinin
xarici əlaqələri barədə məlumat verdi. Hyustonla
bu günədək qardaşlaşmış şəhərlərin
sayının 18 olduğunu qeyd etdi və bu təcrübənin
ölkələr arasında mövcüd əlaqələrə
müsbət təsir göstərdiyini bildirdi.
Daha
sonra Birləşmiş Millətlər Assosiasiyasının rəhbəri
Daniel Stoeker çıxış edərək, ABŞ-Azərbaycan
əməkdaşlığı barədə söz
açdı və bu əməkdaşlığın dinamik
şəkildə inkişaf etdiyini qeyd etdi.
Amerika
Yəhudi Komitəsinin Hyuston şəhəri üzrə
Regional direktoru Randall Çarlinski Azərbaycanda millətlər
və dinlər arası tolerantlıq barədə məlumat
verərək, Azərbaycanın regionda İsrail və
ABŞ-ın ən etibarlı tərafdaşı olduğunu
bildirdi. 2017-ci ildə Texas ştatında baş vermiş
“Harvi” qasırğası nəticəsində
dağıntıya məruz qalmış Beth Yeşurun
senaqoqunun bərpasında Azərbaycan Dövlət Neft
Şirkətinin dəstəyindən danışaraq göstərilmiş
köməkliyə görə minnətdarlığını
ifadə etdi.
Azərbaycan
icması adından çıxış edən Gülər Ələkbərova
tədbir iştırakçılarına Azərbaycan
Demokratik Respublikasının yaranma tarixi barədə məlumat
verdi.
Daha
sonra tədbirdə əsas natiq qismində
çıxış edən Azərbaycan Respublikasının
ABŞ-dakı səfiri Elin Suleymanov Azərbaycan-ABŞ əlaqələri
barədə tədbir iştirakçılarına ətraflı
məlumat verərək Hyuston şəhərinin bu əlaqələrin
inkişafında xüsusi rolunun olduğunu qeyd etdi.
Bu
günki Azərbaycanın 1918-ci ildə yaradılmış
Azərbaycan Demokratik Respublikasının müstəqillik ideyasının
təcəssümü olduğunu bildirdi. Ümümmili lider
Heydər Əliyev tərəfindən təməli qoyulan
müasir Azərbaycanın müstəqil siyasətinin
hal-hazırda Prezident lham Əliyev tərəfindən
uğurla davam etdirildiyini tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. Aparılan müdrik siyasət nəticəsində
ölkəmizin dünyada etibarlı tərəfdaş və
tolerantlıq məkanı kimi tanındığını
bildirdi.
Azərbaycanın
bu gün uğurlu dövlət olduğunu, lakin dövlətimizin
keçdiyi yolun asan olmadığını qeyd edərək,
müstəqilliyinin bərpasının ilk günlərindən
Ermənistanın hərbi təcavüzünə məruz
qalması barədə tədbir
iştırakçılarına məlumat verdi. Hərbi təcavüz
nəticəsində bir milyondan çox insan öz doğma
ocaqlarından didərgin düşərək qaçqın
və məcburi köçkünə çevrildiyini qeyd
etdi.
Bütün
bu çətinliklərə baxmayaraq, Azərbaycan hazırda
regionun lider dövləti olduğunu qonaqların diqqətinə
çatdırdı.
Cari
ilin 29 may tarixində Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən Avropanın
enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi”
layihəsinin Bakıda rəsmi açılış mərasiminin
keçirildiyini qeyd etdi və bu tarixi hadisə barədə
qonaqlara ətraflı məlumat verdi.
Çıxışının
sonunda Elin Suleymanov tədbirin təşkilinə görə təşkilatçılara,
icma üzvlərinə, xüsüsən də İradə
Axundovaya öz dərin təşəkkürünü
bildirdi.
Daha
sonra Texas ştatının qubernatoru Qreq Abbot, dövlət
katibi Rolando Pablos və Hyuston şəhərinin meri Silvester
Turner tərəfindən 28 may 2018-ci il tarixinin Hyuston şəhərində
Azərbaycan Demokratik Respublikası günü elan edilməsi
barədə bəyannamələr tədbir
iştırakçılarına elan edildi.
Tədbirin
sonunda pianoçular Cəmilə Cavadova, Təranə Taylor və
onların tələbələri Mika Jiang, Sean McDonald və
Jilie Jackson tərəfindən bu il 100 illiyi qeyd edilən bəstəkar
Qara Qarayevin əsərləri ifa edildi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da
izləyin
Palitra 2018.- 5 iyun.- S.7.