Sənan Cəfərov: “Bizi tanıyan xəstələrin heç biri xaricə üz tutmur

 

“Bu gün xəstələr vaxtında həkimə müraciət etmirlər və bu səbəbdən də xəstəlik xronikləşir ”

 

Sənan Cəfərov 1999-cu ildə Türkiyə Respublikası Tibb fakültəsinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünü bitirib. 2002-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Fizioterapiya bölməsində elmi dərəcəyə yiyələnib. 1999-2004-cü illərdə Türkiyə İstanbul Memorial Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri işləyib və professional idmanda fizioterapiya ilə məşğul olub. 2004-2007-ci illərdə İstanbul Ortopediya mərkəzinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri işləyib. Həmçinin 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında şöbə müdiri vəzifəsində çalışıb. 2012-2015-ci illərdə Bioloji Təbabət Klinikasında şöbə müdiri və 2015-ci ildən isə Bakı Klinikasında şöbə müdiri işləyir. Sənan Cəfərov, həmçinin Türkiyə, Avropa və Amerikada bir sıra konfrans və kurslarda iştirak edib.

 

- Sənan doktor, əvvəlcə fizioterapiya haqqında oxucularımıza məlumat vermənizi xahiş edirik.

- “Fizioterapiya nədir, hansı xəstəliklərdən əziyyət çəkənlər bizə müraciət edirlər, bu xəstələr hansı qrup insanlardır” və digər suallar ətrafında çalışacam sizlərə məlumat verim.

Fizioterapiya yunan dilindən tərcümədə “təbiətin gücü ilə müalicə” mənasını daşıyır. Fizioterapiya iki hissədən ibarətdir. Birinci, elektroterapiya - tibbi avadanlıqlarla müalicə üsuludur. İkincisi reabilitasiya - orqanizmin itirilmiş funksiyalarının bərpası və təkrarən sosial həyata qaytarılması üçün olan müalicə üsuludur. Daha çox aşağıdakı reabilitasiyalar fərqləndirilir:

- Beyin cərrahiyyəsindən sonra reabilitasiya;

- İdmançı reabilitasiyası;

- Nevroloji reabilitasiya;

- Ortopedik cərrahiyyədən sonra reabilitasiya;

- Kardio cərrahiyyədən sonrakı reabilitasiya;

- Pediatrik reabilitasiya.

Dünyada yaşla bağlı olan xəstəliklər bir neçə qrupa bölünür. Birinci qrupda 0-18 yaş arası uşaq, ikinci qrupda 18-35 yaş arası gənc, üçüncü qrupda 35-65 yaş arası orta gənc dördüncü qrupa aid olan 65 yaşdan yuxarı, yaşlı xəstələrdir. Bütün yaş qruplarında olan hər bir xəstəyə biz fizioterapiyanı tətbiq edirik. Hal-hazırda bu tip xəstəliklər çox ciddi bir hal alıb. Vaxtında qarşısı alınmazsa, şikəstliyə gətirib çıxara bilər.

- Fizioterapevtin işi nədən ibarətdir?

- Qeyd edim ki, Azərbaycan Tibb Universitetində Fizioterapiya bölməsi yoxdur. Bu ciddi əksiklikdir. Güman edirəm ki, gələcək tədris planlamalarında bu məsələ nəzərə alınar. Qeyd etdiyim kimi, Fizioterapiya bölməsi olmadığına görə fizioterapiyaya ehtiyacı olan xəstələr çox əziyyət çəkirlər. Bəzən adi bir fizioterapiya müalicəsi üçün xarici ölkələrə üz tuturlar. Bir çox zaman isə xəstə, misal üçün, onurğa osteoxondrozuna görə başqa ixtisas həkimlərinə müraciət edir. Halbuki bu xəstəlik sırf fizioterapiya həkiminin sahəsidir.

Hazırda ölkəmizdə təxminən hər 7-8 nəfərdən biri onurğa disk yırtığından əziyyət çəkir. Belə xəstələrin iki yolu var:

1. Fizioterapiya müalicəsi almalıdır.

2. Əgər müalicə effekt verməzsə, əməliyyat olunmalıdır. Bu vəziyyətin izahı, fizioterapiyanın qədər əhəmiyyətli ehtiyac olan bir sahə odluğunu təsdiq edir.

- Bu gün sizlərə ən çox hansı xəstələr müraciət edirlər?

- Hazırda bizə ən çox müraciət edən xəstələr aşağıdakılardır:

- Osteoxondroz (boyun, bel, disk yırtıqları);

- Skolioz, Kifoz;

- Artrozlar (çiyin, bud-çanaq, diz s);

- İflicli xəstələr;

- Travmalar (əzələ, oynaq, sinir);

- Uşaq serebral iflici;

- Doğuş zamanı yaranmış travmalar;

- Displaziya;

- Tortikolis (boyun əyriliyi).

- Bu gün bel-oma disk yırtığı xəstələrinin sayı artmaqdadır. Bu xəstəlik onun müalicəsi haqqında danışardınız.

- Disk yırtığı bütün onurğa boyunca olur. Belə ki, fəqərələr arasında olan disklərdə zədələnmələr meydana gəlir. Diskin içərisində maye var hər hansı bir travmadan yırtılır. Buna görə xəstə çox ciddi əziyyət çəkir. Əgər disk yırtığı xəstənin boynundadırsa, boyunda ağrı əllərdə uyuşmalar olur. Bu halda, beldə ağrı bel-omadan ayaq biləyinə qədər sinir sıxıldığına görə, uyuşma meydana gəlir.

- Biz bir çox xəstəliklərə düzgün diaqnoz qoyulmadığının şahidi oluruq. Bu isə ciddi problemlərin yaranmasına səbəb olur. Bir həkim kimi, sizin işlədiyiniz sahədə belə problemlər varmı?

- Bəzən həkimlər bu tip xəstələrə biganə yanaşır masaj məsləhət bilirlər ki, sanki masajla bu ağrılar keçəcək. Şübhəsiz ki, bu cür xəstələr sağalmırlar onlar artıq pul xərcləyirlər. Çünki, sadəcə, masajla xəstə sağalmaz. Həmin xəstələrə kompleks müalicə tətbiq etmək lazımdır ki, bu işə mütləq fizioterapevt nəzarət etməlidir. Buna görə belə xəstələr mütləq fizioterapiya həkiminə yönləndirilməlidirlər. Biz, fizioterapiya həkimləri xəstəliyin birbaşa özü ilə mübarizə aparırıq. Bir araşdırmada qeyd olunur ki, bu cür xəstələr fizioterapiya müalicəsi aldıqdan sonra nəticələr 80-85% müsbət olacaq. Burada, ancaq 15-20% xəstələr əməliyyat oluna bilərlər. Bu gün xəstə vaxtında müraciət etmir düzgün həkimə gəlib çata bilmir. Bax bu səbəbdən xəstəlik xronikiləşir öz növbəsində xəstənin həkimə inamı azalır. Ancaq bizi tanıyan xəstələrin heç biri xaricə üz tutmur onların xəstəliklərinin müalicəsində yüksək nəticələr əldə olunur.

- Oxucularımız üçün maraqlıdır, bu cür xəstəliklərin yaranma səbəbi nələrdir? Bu gün insanlar bu cür xəstəliklərdən uzaq durmaq üçün etməlidirlər?

- Əvvəllər bu cür xəstəliklər daha az idi. İnsanlar indi az hərəkət edirlər. Hərəkətsizlik bir çox xəstəliklərin yaranmasına səbəb olur. İnsanlarda hərəkətin məhdudlaşması oynaq-dayaq sisteminin xəstəliklərinə gətirib çıxarır. Ağır yük götürmə, travmalar, kontrolsuz bir hərəkət belə xəstəliklərin yaranmasına səbəb olur. Bu baxımdan, mətbuatın gücündən istifadə edib xəstələri maarifləndirmək lazımdır ki, vaxtında doğru həkimə müraciət etsinlər.

Söhbətimizin sonunda təkrar qeyd etmək istəyirəm ki, fizioterapiya həkiminin işi ağrını azaltmaq deyil, birbaşa xəstəliyi yaradan səbəbi müalicə etməkdir. Dünya standartlarında fizioterapiya kursunun müddəti 21 gündür. Biz dünyada qəbul olunan bütün standartları xəstəxanamızda tam şəkildə tətbiq edirik.

Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Ölkəmizin bütün regionlarından, sadə vətəndaşlarımızdan tutmuş ziyalılarımıza, adamlarımıza, rəhbər vəzifələrdə işləyən dövlət qulluqçularımıza qədər hər bir zümrədən insanlarımız bizə müraciət edirlər. Onlara üzümü tutub deyirəm: “Bizə güvəndiyiniz üçün təşəkkür edirəm, hər birinizin müalicəsində əlimizdən gələni edirik edəcəyik”.

 

 

Mahmud Əyyublu

 

Palitra.- 2018.- 6 iyun.- S.12.