Aşıq
Kamandar yad edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində
Rustavi və Marneulidə bir sıra tədbirlərdə
iştirak edib, görüşlər keçirib.
Nümayəndə heyətinin iştirakı ilə
Rustavi şəhərində Heydər Əliyev adına parkda
ümummilli liderin heykəli önünə gül dəstələri
qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra Fuad Muradov
Borçalı aşıq məktəbinin görkəmli
nümayəndəsi Aşıq Kamandarın evində təşkil
edilən anım günündə iştirak edib.
Görüşdə aşığın xatirəsi
anılıb, onun məktəbinin davamçısı olan
aşıqların çıxışları dinlənilib.
Palitra.- 2018.- 15 iyun.- S.16.